Fevralın 26-da çarın əmri ilə tətilçilər qoşunlar tərəfindən güllə-boran edildilər. Sonrakı gün ümumsiyasi tətil silahlı üsyana çevrilməyə başladı.27-sindən etibarən əsgərlər də qoşulmağa başlayır. Fevralın 27-də 67 min əsgər üsyançılar tərəfinə keçdi. Artıq fevralın 28-də üsyançılar tərəfinə keçən əsgərlərin sayı 127 minə çatmışdı. Martın 1-də isə onların sayı 170 min idi. Fevralın 27-də axşam artıq paytaxtın əksər hissəsi üsyançıların əlinə keçmişdi. Lakin həmin günlərdə mütləqiyyət üsyana qalxan xalqla mübarizə aparmaq üçün hələ real qüvvəyə malik idi.
Ordunun ali rütbəli zabitləri, polis, jandarm hələ də çarın tərəfində idilər. Fevralın 27-də Dövlət Dumasının iclasında Petroqradda qayda yaratmaq üçün başda M.V.Rodzyanko olmaqla 12 nəfərdən ibarət Müvəqqəti Komitə yaradılmışdı. Bu 12 nəfərin 6-sı kadet, 1 nəfər kadetlərə yaxın olan, 2 oktyabrist, 1 menşevik, 1 trudovik və 1 mütərəqqi millətçi daxil idi.
Elə həmin gün menşeviklərin, eserlərin və trudoviklərin liderləri menşevik Çxeidze başda olmaqla Petroqrad fəhlə deputatları Sovetinin Müvəqqəti İcraiyyə Komitəsini yaratdılar. Eser-menşeviklərin rəhbərlik etdikləri Petroqrad Soveti İcraiyyə Komitəsinin razılığı ilə 1917-ci il martın 1-dən 2-nə keçən gecə Dövlət Dumasının Müvəqqəti Komitəsi knyaz Q.Y.Lvov başda olmaqla Müvəqqəti hökuməti təşkil etdi. Beləliklə, 1917-ci il martın 1-də çar mütləqiyyəti devrildi, martın 2-nə keçən gecə Romanovlar sülaləsindən olan axırıncı çar II Nikolay tac-taxtdan əl çəkmək haqqında akta imza etmək məcburiyyətində qaldı.
Dostları ilə paylaş: |