Fevral inqilabı Rusiya monarxiyasını dağıtdı. O Rusiyanın azad demokratiya, liberal-demokratizm yolu ilə inkişafı üçün imkanlar açdı.
Leninin, bolşeviklərin fikrincə isə bu inqilab sinfi qüvvələrin yenidən qruplaşması zəminində, şəraitə müvafiq olaraq ya dinc, ya da silahlı üsyan yolu ilə gözləmədən böyüyüb proletar-sosialist inqilabına keçməli idi. Burada marksistlərin "cəmiyyətin inkişafının lokomotivi" saydan sinfi mübarizə, sinfi qarşıdurma əsas rol oynamalı idi.
Sosialistlərdən bir qrupunun, o cümlədən menşeviklərin, habelə bolşeviklərin müəyyən hissəsinin (Kamenev, Zinovyev, Rıkov və b.) fikrincə Rusiya sosialist inqilabı üçün hələ yetişməmişdi. Fevral inqilabından keçən 85 illik tarixi dövrün yekunları və bu dövr ərzində Rusiyada bərqərar olmuş sosializmin dərin uğursuzluqları bu fikri təsdiq etmişdir.
Dostları ilə paylaş: |