5. İSanin təLİMLƏRİ: İTMİŞ OĞul (Luka 15: 11-24) Ətrafli məlumat



Yüklə 10,07 Kb.
tarix24.05.2018
ölçüsü10,07 Kb.
#51270

5. İSANIN TƏLİMLƏRİ: İTMİŞ OĞUL

(Luka 15:11-24)
ƏTRAFLI MƏLUMAT: İsanın danışdığı hekayə məsəl adlanır. Heç vaxt ata hələ sağ ikən miras alınmır. İsanın dövründə evlər təpədə yerləşmirdilər, dar kənd yolunun yanında yerləşirdilər. Kəndin kənarından gördüyünüz yeganə yer evlərin damı idi (20). Əvvəllər qeyd etdiyimiz kimi kişilər dünyanın bu yerlərində qaçmırlar.
1. Əgər cavan oğlanın azadlığını valideynləri məhdudlaşdırsaydı, o xoşbəxt olardımı?

  • Cavan oğlanın yaxşı evi və yaxşı atası olsa da, o nəyə görə xoşbəxt deyildi?

  • Əgər siz Atanın yerində olsaydınız, öz oğlunuzun xahişinə necə cavab verərdiniz (12 a)?

2. Nəyə görə Ata peşmançılığını və narahatçılığını gizlətdi, baxmayaraq ki, o yaxşı bilirdi ki, oğluna icazə versə, nə baş verə bilər (12b)?

  • Bu məsəldə Ata Allah deməkdir. Oğul isə burada Allaha iman etdikdən və ya Onun adı ilə vəftiz olduqdan sonra Onu tərk edən insan deməkdir. Nəyə görə Allah öz övladını dayandırmır ki, o Ondan uzaqlaşmasın?


3. Nəyə görə bu gün bir çox cavanlar bu cavan oğlanın həyat tərzinə – heç bir məsuliyyət olmadan və cibdə çoxlu pul ilə xaricdə tək olmaq istədikləri həyat tərzinə cəlb olunublar?


  • Bu cavan oğlan Atanın pulundan necə istifadə etdi: 13 və 30-cu ayələrə baxın?

  • Nəyə görə bu cavan oğlanın bəxti gətirməyəndə yanında dayanan əsl dostları yox idi?


4. Donuz yəhudilər arasında natəmiz heyvan sayılırdı. Bu cavan oğlan donuz fermasında iş axtarmalı olanda nə fikirəşdi? (14-15)?

  • Nəyə görə cavan oğlana öz aclığını öldürmək üçün, hətta donuz yeməyini yeməyə icazə vermirdilər (16)?


5. Cavan oğlanı çıxılmaz vəziyyətində sui-qəsd etməkdənsə, “özünə gəlməyə” nə vadar etdi (17)?

  • 18-19-cu ayələrdə cavan oğlanın Atasına edəcəyi etirafı görəcəksiniz? Onun Atasına qarşı etdiyi günahları nələr idi?

  • Bu cavan oğlanın “göylərə qarşı” etdiyi günahları nələr idi (18)?

  • Sizin a) göylərə, b) valideynlərinizə qarşı etdiyiniz günahlarınız nələrdir? (Siz öz ürəyinizdə cavab verə bilərsiniz.)


6. Nəyə görə bu cavan oğlan Atasından xahiş etmədi ki, onu oğlu kimi geri götürsün (19)?

  • Adətən nə cür insanlar Allahın övladları adlanmağa layiq olmadıqlarını düşünürlər (19)?


7. Ata oğlunu kəndə gələn yolda ayaqyalın və cır-cındır içərisində, ayaqlarını sürüyən görəndə nə fikirləşdi (20)?

  • Ata üçün öz oğlunu uzaqdan tanımağa nə səbəb oldu (20)? (Ətraflı məlumata baxın.)

  • Sizcə Ata oğlunun ondan kənarda olduğu vaxtlarda nə edirdi (20)?


8. Nəyə görə oğul fikrində tutduğu bütün şeyləri Atasına demədi (18b-19 və 21)?

  • Atanın sözləri və hərəkəti oğluna nəyi çatdırdı (22-23)?

  • Ata oğlunu nə vaxt bağışladı? Ayəni göstərin.

  • Oğul nə vaxt atasının məhəbbətinə və bağışlamasına inandı? Ayəni göstərin.

  • Ata 24-cü ayədə sözləri ilə nə demək istəyirdi?


9. Allahın sevgisi insanların sevgisindən necə fərqlənir?

  • Bu məsəl bizə tövbə haqqında nə öyrədir?


10. XOŞ XƏBƏR SUALLARI: “Mənim oğlum ölmüşdü, amma indi yenə də sağdır.” İsa da Atanın evindən çıxıb yer üzünə gəldi, Öz Atasının iradəsinə qarşı üsyan etmədi, onu yerinə yetirməyə gəldi. O evə qayıdanda göylərin qapısı Onun üzünə bağlanmışdı və O qışqırmalı oldu: “Mənim Allahım, mənim Allahım, məni nəyə görə tərk etdin?” Nəyə görə məsəldə olan oğlan İsanın qarşılanmalı olduğu bir tərzdə qarşılandı? Və nəyə görə İsa oğlanın rədd olunmalı olduğu bir tərzdə rədd olundu?
Yüklə 10,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin