Şəkil 5.4.2.Nebitdağ
Türkmənistan sahillərində yeni nəqliyyat şəbəkələrinin, xüsusilə boru kəmərləri və avtomobil yollarının yaradılması və onsuz da seyrək olan otlaqlarda getdikcə daha çox qoyun otarılması, əlbəttə, təbii tarazlığı pozaraq səhralaşma prosesinin intensivləşməsinə birbaşa təsir göstərir.
Xəzərin Türkmənistan sahillərinin qeyri-bərabər səviyyədə mənimsənilməsi müvafiq olaraq antropogen səhralaşmanın yayılmasında da öz əksini tapır.Belə səhralaşma lokal xüsusiyyət daşıyaraq əsasən Türkmənbaşı-Çələkən sənaye zonasında və həmçinin Bekdaş-Qaraboğazqol sahəsində daha aydın nəzərə çarpır.Belə ki, Bekdaş-Qaraboğazqol istiqamətində dəniz səviyyəsinin tərəddüdü körfəzin ətraf sahələrində duzla örtülmüş geniş ərazilər yaratmışdır.Bu duz örtüyünü güclü küləklər uzaq məsafələr daşıyaraq yeni səhralaşan arealların əmələ gəlməsinə səbəb olur.
Dostları ilə paylaş: |