5. Xəzər sahilində əhalinin məskunlaşması



Yüklə 0,9 Mb.
səhifə16/17
tarix10.01.2022
ölçüsü0,9 Mb.
#110272
1   ...   9   10   11   12   13   14   15   16   17
Nəticə

1. Xəzərdə bioloji ehtiyatlarların,o cümlədən nərə balıqlarının kəskin azalması mühüm problemlər sırasında yer alır. Yaranmış gərgin vəziyyəti aradan qaldırmaq üçün bütün Xəzəryanı dövlətlər dənizin balıq ehtiyatlarını mühafizə etmək sahəsində əməkdaşlığı gücləndirərək müvafiq tədbirlər planı həyata keçirməlidirlər.Yalnız birgə və razılaşdırılmış tədbirlər keçirməklə olduqca qiymətli və bənzərsiz Xəzər dənizinin və onun balıq ehtiyatlarını gələcək nəsillər üçün qoruyub-saxlamaq mümkündür.

2. Xəzərin sahilyanı ərazilərində intensiv antropogen təsir və təbii amillərin təsirindən nəticəsində səhralaşma prosesi mütəmadi olaraq genişlənməkdədir.Nəzərə almaq lazımdır ki, sahilyanı ərazilərin 60%-dən çoxu yarımsəhra və səhralardır. Lakin hətta subtropik zonaların belə səhralaşması dəhşətdir.Odur ki elə günü bu gündən insan fəaliyyətində tənzimləyici üsullardan istifadə olunmazsa və bu sahədə Xəzəryanı dövlətlər arasında əməkdaşlıq yeni mərhələdə inkişaf etməzsə, yaxın gələcəkdə sahilyanı ərazilərdə səhra landşaftlarının daha da artacağına heç bir şübhə yoxdur.Yaranmış vəziyyət Xəzəryanı dövlətlərin bu sahədə əməkdaşlığını, özü də əməli əməkdaşlığını tələb edir.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin