54. Qlobal şəbəkə texnologiyaları



Yüklə 14,2 Kb.
tarix29.06.2022
ölçüsü14,2 Kb.
#117307
54) Qlobal bk texnologiyalar


54. Qlobal şəbəkə texnologiyaları
Qlobal şəbəkələr (wide area Network, wan) böyük bir coğrafi sahəni, tam bir
dövlətli hətta belə qitəni əhatə edir. İstifadəçi proqlamlarını yerinə yetirmək üçün
nəzərdə tutulan maşınları birləşdirir. Ənəvi terminologiyadan istifadə etməklə
həmin maşınları xost adlandıracağıq. Adətən xost maşınlar istifadəçilərin xüsusi
maşınları hesab olunurlar. Məlumatların xostdan xosta ötürülüməsi məsələsi isə alt
şəbəkələr üzərinə qoyulur. Beləliklə, şəbəkənin kommunikativ (əlaqə) aspekti (alt
şəbəkə) tətbiqi aspektdən (xostlardan) aralanmışdır. Bu da şəbəkənin strukturunu
olduqca sadələşdirir.
Əksər qlobal şəbəkələrdə altşəbəkə iki ayrı komponentlərdən ibarətdir: əlaqə
xətti və dəyişdirmə elementləri. Kanal yaxud magistral adlanan əlaqə xəttləri
verilənləri bir maşından digərinə ötürülür. Dəyişdirmə elementləri isə üç və daha
çox əlaqə xəttlərini birləşdirmək üçün istifadə olunan xüsusiləşdirilmiş
kompüterlərdir. Verilənlər giriş xəttində meydana gələn zaman dəyişdirici element
həmin verilənlərin sonrakı marşrutu üçün çıxış xəttini seçməlidir. Bu kompüterlərin
adlandırılması üçün əvvəllər standart termin yox idi. Hal-hazırda bunları
marşrutizator (router) adlandırırıq.Ancaq biz bilməliyik ki, terminologiya nöqtei
nəzərincə hal-hazırda vahid bir fikir mövcud deyil.
Marşrutizator iştirak edən aşağıdakı modeldə xost lokal şəbəkə ilə
birləşdirilmişdir. Ancaq bəzi hallarda xost marşrutizatora birbaşa birləşdirilə bilər.
Əlaqə xəttləri yığımı və marşrutizatorlar (xostlar olmadan) alt şəbəkəni təşkil edir
(şəkil.58).
Qlobal şəbəkələr çoxsaylı kabellərdən yaxud marşrutizator cütlərini
birləşdirən telefon xəttlərindən ibarətdir. Əgər hər hansı iki marşrutizator əlaqə
xətti ilə birbaşa əlaqələndirilməmişsə, onda onlar başqa marşrutizatorların köməyi
ilə əlaqə saxlamalıdır. Paket bir neçə aralıq marşrutizatorlar vasitəsi ilə bir
marşrutizatordan başqasına göndərilərsə, o hər bir aralıq marşrutizatorlarla tam
qəbul edilir və tələb edilən əlaqə xətt azad olunana qədər onda saxlanılır, sonra isə
ötürülməsi davam etdirilir. Bu prinsiplə işləyən alt şəbəkələrə aralıqlı saxlanılan alt
şəbəkə (store and forward) yaxud paketlərin kommutasiyalı alt şəbəkəsi (packet
switched) deyilir. Bütün qlobal şəbəkələrdə (istifadə olunan peyklə olan əlaqədən
başqa) aralıq saxlanılan alt şəbəkələr vardır. Sabit ölçülü böyük olmayan paketlərə
xanalar (cell) deyilir.
Onu qeyd etmək vacibdir ki, paketlərin kommutasiyalı şəbəkələrinin prinsipi
olduqca geniş istifadə olunur.
Yüklə 14,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin