6-ci siNİF ŞAGİrdləRİNİn məKTƏb qaydalarini pozduqlari halda onlara təTBİq olunacaq cəza nöVLƏRİ



Yüklə 21.45 Kb.
tarix21.06.2018
ölçüsü21.45 Kb.

bsb logo

6-CI SİNİF ŞAGİRDLƏRİNİN MƏKTƏB QAYDALARINI POZDUQLARI HALDA ONLARA TƏTBİQ OLUNACAQ CƏZA NÖVLƏRİ

Hörmətli Valideynlər,


Aşağıda qeyd olunan cəza növləri hər il məktəbin 6-cı sinif şagirdlərinə qaydalara riayət etmədiklərində onlara tətbiq olunan cəza növləridir.Sizdən xahiş edirik ki, vaxtınızdan ayırıb yazılanları oxuyub həm siz, həm də övladınız imzalayıb bizə göndərəsiniz.İmzanızı istəməkdə məqsədimiz sizin məktubu aldığınızdan və qaydalarla tanış olduğunuzdan əmin olmaqdır.

MƏRHƏLƏ 1

1.Gündəlik qayda pozutuları; məsələn: dərsə gecikmək, ev və sinif tapşırıqlarını yerinə yetirməmək, dərsi pozmaq, kitabları unutmaq və s
CƏZA

Yuxarıdakı hallar 3 dəfə təkrarlanarsa, Bazar ertəsi, Çərşənbə və ya Cümə günlərindən birində Direktor müavini ilə 20 dəqiqəlik görüş olacaqdır.



MƏRHƏLƏ 2

1.Əgər şagirdin bir ay və ya rüb ərzində 3 cəzası olarsa;

2.Mütəmadi olaraq dərsi pozarsa və verilən tapşırıqları yerinə yetirməzsə ;
CƏZA

Valideynlərə email vasitəsilə cəza haqqında məlumat göndəriləcəkdir.

Şagird Çərşənbə axşamı dərsdən sonra 1 saat əlavə Direktor müavinin yanında qalacaqdır.

6
MƏRHƏLƏ 3 A

1. Mərhələ 2-nin cəzasının tətbiq olunmasına baxmayaraq heç bir dəyişiklik olmazsa;

2. Mütəmadi olaraq cəza almaq, tapşırıqların yerinə yetirilməməsi və dərsin pozulması;
CƏZA

Valideynlərə email vasitəsilə cəza haqqında məlumat göndəriləcəkdir.

Şagird Çərşənbə axşamı dərsdən sonra 2 saat əlavə Direktor müavinin yanında qalacaqdır.

MƏRHƏLƏ 3 B

1.Vurmaq, xəsarət yetirmək, dava etmək, müəllimlərə və işçilərə hörmətsizlik etmək, məktəb əşyalarına ziyan vurmaq və s


CƏZA

Şagirdin davranışı ilə bağlı valideynə Direktor müavini ilə görüş təyin olunacaqdır. Görüşün vaxtı öncədən valideynə email vasitəsilə göndəriləcəkdir.Cəza olaraq şagird ona verilən tapşırıqları yerinə yetirmək üzrə 1 günlük öz sinifindən uzaqlaşdırılıb başqa sinifə gondərilə bilər. Həmçinin şagirdin davranışı 1 həftə ərzində nəzarət altına alına bilər və nəzarətçilərdən yazılı şəkildə davranış hesabatı tələb oluna bilər.



MƏRHƏLƏ 4

  1. Davranış ilə əlaqədar yazılı hesabatda müsbət dəyişiklik müşahidə olunmazsa;

  2. Məktəb tərəfindən qoyulan qaydalara və tətbiq olunan cəzalara riayət etməkdən imtina edilərsə;


CƏZA

Valideynlər və şagird Direktor və onun müavini ilə görüşə çağrılacaqlar.

Məktəb tərəfindən gərəkli olan prosedurlara başlanılacaqdır.
Şagird, Valideyn, Direktor və Direktor müavini arasında davranış qaydalarına əsaslanan razılıq imzalanacaqdır. Məktəbdən uzaqlaşdırılma tətbiq olunacaqdır.(1-5 gün arası, hadisənin ciddiliyindən asılı olaraq)

Uzaqlaşdırma bitdikdən sonra şagird üçün 2 həftəlik davranış hesabatı tələb olunacaqdır.Növbəti müzakriə 2 həftə başa çatdıqdan sonra olacaqdır.


MƏRHƏLƏ 5

  1. İmzalanmış razılığın öhdəliklərinə riayət etməmək

  2. Əvvəlki cəzalara / qaydalara riayət etməmək



3. 1 Əgər uzun müddət müəllimə maneə törədərsə və dərs prosesini pozarsa

CƏZA

Direktor müavini direktorla görüşüb məsələni müzakirə edəcəkdir.Valideyn Direktor müavini, Direktor və İcraçı Direktorla görüşə çağrılacaqdır.Ondan sonra yeni razılıq imzalana bilər və ya məktəbdən uzaqlaşdırılma tətbiq oluna bilər.

Ən son qərar kimi məktəb Direktoru və İcraçı Direktor məktəbdəki digər şagirdlər zərər görməsin deyə həmin şagirdi məktəbdən kənarlaşdırmağı da qərara ala bilərlər .
QEYD

Əgər şagird 4 həftə ərzində heç bir problem yaratmazsa və cəza almazsa və sonradan hər hansı qaydanı pozarsa cəzaya əvvəldən, mərhələ 1-dən başlanacaqdır.

Əgər şagird 4 həftə bitmədən yenidən hər hansı qaydanı pozarsa, o zaman cəzaya qaldığı mərhələdən davam edəcəkdir.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------

6-CI SİNİF ŞAGİRDİNİN QAYDA POZUNTULARI ZAMANI VERİLƏCƏK CƏZADAN XƏBƏRDAR OLMASI
Məktəbdə davranış qaydalarına riayət etmədikdə tətbiq olunacaq cəzalardan xəbərdaram və qaydaları pozduğumda veriləcək cəzaları qəbul edirəm.
Şagirdin adı və soyadı _______________________________________ Tarix: __________________

VALİDEYNİN DAVRANIŞ QAYDALARINA RİAYƏT EDİLMƏDİKDƏ ÖVLADINA CƏZA TƏTBİQ OLUNACAĞINDAN XƏBƏRDAR OLMASI

Mən övladımın davranış qaydalarını pozduğu zaman ona məktəbin qaydalarına əsasən cəza tətbiq olunacağından xəbərdaram və razıyam.


Valideynin imzası: _________________________________________ Tarix: _________________
Zəhmət olmasa qeyd olunan tarixdə qaytarın:




1



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə