1
6. İdrak proseslərinin psixodiaqnostikası
Diqqət və hafizənin diaqnostikası.
İntellektual inkişaf səviyyəsi müxtəlif növ fəalıyyətin muvəffəqiyyətindən asılı
olan amillərin təsirinin kompleks xarakter daşıyır. Onda insanlann psixi proseslari,
xüsusi ilə də qavrayış və təfəkkürün xüsusiyyətləri öz əksini tapır. Bütün bunlarla
yanaşı intellektual testlərin müvəffəqiyyətli icrası həm də insanın diqqətindən də
asılıdır. Yəni bütün testləşdirmə müddətində fıkrini tapşırıgın uzərındə
mərkəzləşdirmək, yayınmamaq bacarığından çox asılıdır. Bu prosesdə dıqqətlə
yanaşı hafizə də mühüm rol oynayır. Bir sıra intellektual testlər ozundə hafızəni
diaqnozlaşdıran testləri də birləşdirir (məsələn, D.Vekslerin. R.Amtxauerin testləri).
Bu hər şeydən əvvəl testlərin hazırlanması, tapşırıqlanrın spesifıkasına aiddir.
D.Veksler şkalasında «rəqəmlərin təkrarı» və «cümlələrin təkrarı kimi subtestlərin
meydana gəlməsi onunla bağlıdır kı,
bunlar təkcə psixoloji deyil, həm də psixiatrik
diaqnozlarrı qoyulması vasitəsidir.
Fərdin hafızəsinin psixodiaqnostikası belədir:
İradi və qeyri iradi hafızənin göstəriciləri heç də əqli inkışaf gostərıcılərı
deyildir. O halda ki, təfəkkür sonra öyrəniləcəklə intellektual ınkışafı əlaqələndirən
fəaliyyətə qoşulur yaddasaxlama ilə yaratma (yaradıcı fəaliyyət) arasında
vasitəçilik edir. Bu prosesdə də əsas faktor təfəkkurdur. Çünki, ixtiyari və (fıkri)
sözlü yaddasaxlama onun inkişaf səvıyyəsındən asılıdır. Bu əsasda da təfəkkürün
diaqnostik sərhəddini müəyyən etmək olar. Psixi
cəhətdən normal münasibətli
insanların diqqəti müəyyən normalar həddındə mövcuddur (bunlar psixi
vəziyyətdən asılılığı inkar etmir). Rundan başqa diqqət psixikanını spesifık
funksiyasıdır. Onun göstəriciləri insanın maraq və meylləri ilə müəyyən edilir.
Əgər fəaliyyət prosesində insanda müsbət motivlər
yoxdursa onda bu diqqətin
davamlılığına mənfı təsir göstərır, diqqətin mərkəzləşməsi zəif olur. Belə
vəziyyətdə psixoloji metodıkalar vasitəsilə diqqəti qıymətləndirmək çətin olur.
Onun aşağı səviyyəsı psıxı nöqsanlarla deyil, eksperimental tapşırığın icra
olunmasında fərdi motivlərın aşağı səviyyədə olması ilə izah edilir.
Bunda
xüsusilə, uşaqların psıxı diaqnostikasında nəzərə almaq lazımdır. Uşaqların
diqqətının davamlılığı, bu iş üzərində davamlı surətdə məşğul olmaq müddəti və
onun üçün maraqlı olmayan məşğələ üzərində diqqətini mərkəzləşdirməyə məcbur
etməyin mümkün olmadığı hamıya məlumdur.
Yuxarıda deyilənlərin nəzərə alaraq qeyd etmək olar ki, uşaqların təfəkkür və
təsəvvürünü intellektual testlər vasitəsilə diaqnozlaşdırarkən diqqət və hafizəni
qiymətləndirmək zəruriyyəti də meydana çıxır. Bu
psixodiaqnozun intellektual
səviyyəsinin zəifləməsinə şübhə yaranan uşaq üzərində iş apararkən xüsusi vaciblik
və əhəmiyyət kəsb edir. Bunlar isə adətən mərkəzi sinir sisteminin zədələnməsi və
ya somatik xəstələnmə əsasında yaranan psixoloji ləngimə və ya əqli cəhətdən zəif
inkişaf etmə zamanı baş verir. Belə uşaqlarda nəinki təsəvvür və təfəkkürün, həm
də diqqət və.hafızənin də funksiyası pozulur. Bu uşaqlarda hafızə
pozğunluğu
özünü qeyri-ixtiyari yadda saxlamanın səmərəliliyinin 1,5 dəfə aşağı düşməsində,
azalmasında özünü göstərir. Belə uşaqlar fıkri əzbərləmə üsullarına malik olmurlar.
Bu və ya digər ifadəni adı, şəkli dediklərinin fərqinə varmadan dəfələrlə təkrar edir.
2
Onlar mnemik fəaliyyət göstərmirlər, öyrənilənləri
yadda saxlamağa cəhd
göstərmirlər. Əzbərlənmiş materialların təkrarı və tətbiqi qeyri dəqiq olur, sadə
mətnlərin təkrarı zamanı çoxlu səhvlər buraxılır. Beləliklə hafızənin diaqnostikası
zamanı təkcə onun kəmiyyət göstəriciləri deyil, həm də mnemik fəaliyyətin özünün
xüsusiyyətlərinə, buraxılan səhvlərin xarakterinə də diqqəti cəlb etmək lazımdır.
Yaddaş çoxlu xüsusiyyətlərə malikdir. Onların aşağıdakı fərqlərıi
mövcuddur:
-
yaddasaxlamanın quruluşu (ixtiyari və qeyri ixtiyari)
-
yaddasaxlama müddəti (qısamüddətli və uzunmüddətli)
-
materialın yadda saxlama xasələri (verbal - məntiqi, surətli, emosional)
-
yadda saxlama üsulları (mexaniki, mənalı)
Hafızənin mühüm göstəricilərindən biri də qısamüddətli olmasıdır.
Uşaqlarda
qısamüddətli hafızənin həcmini qiymətləndirmək bir neçə metodikalarla
mümkündür.