Məcmu profsit = Alıcılara görə dəyəri – Satıcılara görə xərci
BAZARIN SƏMƏRƏLİLİYİ
Səmərəlilik resursların bölgüsü məcmu profsiti maksimumlaşdırdığı zaman əldə edilir.
BAZARIN SƏMƏRƏLİLİYİ
Bazarın səmərəliliyinə əlavə olaraq, sosial bir planlaşdırıcı bərabərlik, yəni müxtəlif alıcılar və satıcılar arasında rifah bölgüsünün ədalətliliyi ilə maraqlana bilər.
Qrafik 7: Bazar tarazlığında istehlakçı və istehsalçı profsiti
BAZARIN SƏMƏRƏLİLİYİ
Bazarın nəticələri ilə bağlı üç məqam:
Sərbəst bazarlar əmtəələri onlara ən çox dəyər verən alıcılara təklif edir.
Sərbəst bazarlar əmtəələr üçün olan tələbi onları ən az xərclə istehsal edən satıcıya yönəldir.
Sərbəst bazarlar istehsalçı və istehlakçı profsitlərinin məcmusunu maksimumlaşdıran miqdarda əmtəə istehsal edir.
Qrafik 8: Tarazlıq həcminin səmərəliliyi
Bazar tarazlığının qiymətləndirilməsi
Tarazlıq nəticəsində resursların səmərəli istifadəsi mövcud olduğundan, sosial planlaşdırıcı bazar nəticəsinə müdaxilə etməməlidir.
Bu bazarı özü-özünə buraxma siyasəti Fransızca laissez faire termini ilə ifadə edilir.
Bazar tarazlığının qiymətləndirilməsi
Bazar gücü
Əgər bir bazar sistemi tam rəqabətçi deyildirsə, nəticədə bazar gücü doğa bilər.
Bazar gücü qiymətlərə təsir göstərmə qabiliyyətidir.
Bazar gücü bazarların səmərəli olmamasına yol aça bilər. Çünkü qiymət və miqdarı, tarazlıq qiyməti və miqdarından uzaqlaşdırır.
Bazar tarazlığının qiymətləndirilməsi
Xarici effektlər
Xarici effektlər bir bazar nəticəsinin o bazardakı alıcılar və satıcılardan başqa fərdlərə təsir etdiyi zaman ortaya çıxır.
Xarici effektlər bir bazardakı rifahın sadəcə əmtəənin satıcılara olan xərci və alıcılara olan dəyərindən başqa şeylərə bağlı olmasına yol açar.
Alıcılar və satıcılar nə qədər istehsal ediləcəyi və istehlak ediləcəyinə qərar verəndə xarici effektləri nəzərə almadıqları zaman bazardakı tarazlıq səmərəli olmaya bilər.
Xülasə
İstehlakçı profsiti alıcıların bir əmtəə üçün ödəmək istədiyi miqdar ilə onun real olaraq ödədiyi miqdar arasındakı fərqdir.
İstehlakçı profsiti alıcıların bazara qoşulmaları səbəbindən əldə etdikləri faydanı ölçür.
İstehlakçı profsiti tələb əyrisi ilə qiymət arasındakı sahənin hesablanması ilə əldə edilir.
Xülasə
İstehsalçı profsiti satıcıların bir əmtəə üçün əldə etdikləri miqdarla onun istehsal xərci arasındakı fərqə bərabərdir.
İstehsalçı profsiti satıcıların bazara qoşulmasından əldə etdikləri faydanı ölçür.
İstehsalçı profsiti qiymətdən aşağıda, təklif əyrisindən yuxarıda qalan sahəni əhatə edir.
Xülasə
İstehsalçı və istehlakçı profsitlərinin məcmusunun maksimum olduğu hal resursların bölgüsünün məhsuldar olduğunu göstərir.
Siyasətçilər tez-tez məhsusuldarlıq haqqında düşünürlər. Eyni zamanda onları iqtisadi nəticələrin ədalətliliyi də maraqlandırır.
Xülasə
Təklif və tələb tarazlığı istehsalçı və istehlakçı profsitinin məcmusunu maksimumlaşdırır.
Bu eyni zamanda bazarların görünməz əlinin alıcı və satıcıları resursları səmərəli bir şəkildə bölüşdürməyə sövq etməsidir.
Bazarlar bazar çatışmazlıqlarının mövcud olduğu halda resursları səmərəli bir şəkildə bölüşdürə bilmir.
TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR
Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005
Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011
Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008
Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010
İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009
Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010