Vermikulyar qrafitli çuqun (VГЧ) yeni konstruksiya materialı kimi ümumi maşınqayırmada, dizel mühərriklərinin hazırlanmasında və metallurgiyanın müxtəlif sahələrində istifadə edilir. Çuqunda vermikulyar qrafitin alınması üçün hal – hazırda müxtəlif üsullardan istifadə edirlər. Bu məqsədlə xarici ölkələrdə maye çuquna tərkibində 0,015...0,040% Mg, 0,2...0,5% Ti və 0,001...0,01% Ce (cerium) olan liqatur verirlər. Çuqunda qalan Mg –un miqdarı 0,015...0,025% olmalıdır. Geniş yayılmış liqaturun tərkibində 30% nadir torpaq metallar, 40...50%Si, 20...30% -i isə Fe olur. Maye çuquna verilən liqaturun miqdarı onun tərkibində olan NTM –in və çuqunda olan S miqdarından asılıdır. Belə çuqunların mexaniki xassələri: olur.