6 yanvar 2007-ci il. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə»



Yüklə 21,65 Kb.
tarix22.10.2017
ölçüsü21,65 Kb.
#11090

«Azərsu» Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə
QƏRAR № 4
6 yanvar 2007-ci il.

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli 341 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 saylı qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları»na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:



1.«Azərsu» Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətlərinin aşağıda göstərilən tarifləri təsdiq edilsin.

Su təchizatı üzrə

Sıra
№-si


İstehlakçı qrupları

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir Əli-Bayramlı, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə

Digər regionlar
üzrə


Tariflər 1 m3 üçün
ƏDV ilə


Tariflər 1 m3 üçün ƏDV ilə

1.

Əhali

18 qəpik

14 qəpik

2.

Digər sahələr

70 qəpik

70 qəpik

3.

Sudan xammal kimi istifadə edənlər

12,0 manat

12,0 manat


Tullantı suyunun axıdılması xidməti üzrə

Sıra
№-si


İstehlakçı qrupları

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir Əli-Bayramlı, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə

Digər regionlar
üzrə


Tariflər 1 m3 üçün
ƏDV ilə


Tariflər 1 m3 üçün ƏDV ilə

1.

Əhali

4 qəpik

3 qəpik

2.

Digər sahələr

20 qəpik

20 qəpik

2. «Azərsu» Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının təsnifatı» aşağıdakı qruplar üzrə təsdiq edilsin.

Sıra №-si

İstehlakçı qrupların adı

I qrup istehlakçılar

1.

Əhali

1.1.

Yaşayış mənzilləri, fərdi yaşayış evləri, yataqxanalar, yaşayış binalarındakı mənzildənkənar köməkçi sahələr, təsərrüfat tikililəri, fərdi qarajlar, bağ və həyətyanı sahələr.

Qeyd: 1 bəndində göstərilən mənzillərdən və binalardan istehsal, xidmət və ticarət məqsədləri üçün istifadə olunursa və ya həmin mənzillər və binalar gəlir əldə etmək məqsədi ilə fiziki və hüquqi şəxslərə icarəyə verilərsə, onda istifadə olunan suyun və axıdılan tullantı suların haqqı uyğun qrup istehlakçılar üçün nəzərdə tutulmuş tariflə ödənilməlidir.

II qrup istehlakçılar

2.

Digər sahələr (büdcə təşkilatları, istehsalçılar, ticarət və xidmət sahələri, digər hüquqi və fiziki şəxslər)

2.1.

I və III qruplara aid olmayan bütün istehlakçılar.

III qrup istehlakçılar

3.

Sudan xammal kimi istifadə edənlər

3.1.

Sudan xammal kimi istifadə etməklə pivə, spirtli və spirtsiz içkilər istehsal edən sahələr.

3. 01.10.2002-ci il tarixindən qüvvədə olan «Bakıkanalizasiya» İB-nin çirkab suyun axıdılması xidmətləri üzrə istehlakçı qrupların təsnifatı və 01.01.2005-ci il tarixindən qüvvədə olan «Azərsu» Səhmdar Cəmiyyəti üzrə istehlakçı qruplarının təsnifatı qüvvədən düşmüş hesab edilsin.

4. Sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 6 m3 müəyyən edilsin.

5. Qərar 2007-ci il 08 yanvar tarixindən qüvvəyə minir və əvvəllər «Azərsu» Səhmdar Cəmiyyəti üzrə qəbul edilmiş tariflər qüvvədən düşmüş hesab edilir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri      H.Babayev

Yüklə 21,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin