7. Atçılığın inkişafı üzrə Proqramın həyata keçirilməsi üçün 2008-2012-ci illər üzrə tədbirlər planı



Yüklə 74.89 Kb.
tarix09.07.2018
ölçüsü74.89 Kb.

7. Atçılığın inkişafı üzrə Proqramın həyata keçirilməsi üçün

2008-2012-ci illər üzrə tədbirlər planı


Sıra №-si

Tədbirin adı

İcra müddəti

(illər üzrə)



İcraçı təşkilatlar

1

2

3

4

7.1. Atçılığın normativ hüquqi bazasının təkmilləşdirilməsi

7.1.1.

7.1.2



Damazlıq atların bonitirəsi haqqında təlimatın, atçılıq subyektlərinin zavod, reproduktor, genofond təsərrüfatları, atçılıq idman klubları və digər kateqoriyalara aid edilməsi qaydalarının, kütləvi atçılıqda (turizmdə, kənd təsərrüfatı işlərində, ordu bölmələrində, müalicə-sağlamlıq ocaqlarında, nəqliyyat-da və s.) atlardan istifadə edilməsinə dair tövsiyələrin hazırlanması

Atçılıq sahəsində korporativ idarəetmənin formalaşdırılması məq-sədi ilə müvafiq at cinsləri üzrə cəmiyyətlərin, atçılıq klublarının və digər ictimai birliklərin yaradılması və kütləvi atçılıq sahəsində təşkilatlanmanın dəstəklənməsi



2008-2010

Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi

7.2. Atçılıq üzrə dövlət damazlıq müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi

7.2.1.

Bakı Cıdır meydanı üzrə:

- cıdır meydanında tamaşaçı tribunasının yenidən qurulması, tövlələrin və ümumi hasarın təmiri, cıdır yollarının müasir tələblərə uyğun yenidən işlənilməsi, o cümlədən yaşıl yolların salınması, yaşıllaşdırma və abadlıq işlərinin aparılması;

- texnika və avadanlıqların alınması və quraşdırılması, meydanın ərazisin-də artezian su quyularının işə salın-ması, suvarma sisteminin yaradılması;

- totalizator sisteminin təşkil edilməsi, istehsalat və yardımçı sahələrdə tikinti-quraşdırma işlərinin aparılması



2008-2010

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Giymətli Kağızlar üzrə Dövlət Komitəsi

7.2.2.

Ağdam və Ağstafa atçılıq zavodları, Şəki rayonundakı “Daşüz” damazlıq təsərrüfatının atçılıq ferması və Ağstafa rayonundakı “Dilbaz” atçılıq təsər-rüfatları üzrə:

- dövlət atçılıq zavod və müəssisələrinin damazlıq atçılıq subyektlərinə olan kriteriyalar üzrə komplektləşdirilməsi, təsərrüfatlarda “qan təzələnməsi” məqsədi ilə ayğır və madyanların alınması, cinslər üzrə tələblərə cavab verməyən atların ilxılardan çıxarılması və kütləvi atçılıqda istifadə edilməsi;

- tövlə və yardımçı binaların tikilməsi, təmiri, məşq qurğularının düzəldilməsi, texnika və ləvazimatların alınması, meliorasiya və suvarma işlərinin aparılması;

- Ağdam Atçılıq zavoduna əlavə torpaq sahəsinin ayrılması, atlar üçün yaylaq məsələsinin həll edilməsi



2008-2012

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyəti orqanları

7.3. At cinsləri genofondunun qorunması və seleksiya-damazlıq işlərinin yaxşılaşdırılması

7.3.1.


7.3.2.

7.3.3.

7.3.4.

Ölkədə bütün təsərrüfat kateqoriyaları üzrə yetişdirilən cins atların uçotunun aparılması, o cümlədən yerli Quba yorğalarının, Kiçik Qafqaz və Şirvan atlarının tədqiq edilməsi, onların cins kimi formalaşdırılması üçün seleksiya-damazlıq planının hazırlanması

Özəl qurumlarda yetişdirilən atların cins tərkibinin yaxşılaşdırıl-ması və kökü kəsilməkdə olan at cinslərinin qorunub artırılması məqsədi ilə damazlıq reproduktor və genofond təsərrüfatlarının yaradıl-ması, döllük qrupların qorunması, cinslərin inkişaf istiqamətlərinin sax-lanması, məqsədyönlü və elmi əsas-landırılmış seçmə-taylaşdırma işləri-nin aparılması və digər sahələrdə nəzarət və tənzimləyici tədbirlərin həyata keçirilməsi

Atçılıqda mərkəzləşmiş damazlıq uçotu sisteminin qurulması, cins atların dövlət qeydiyyatı və identikləşdirmə sisteminin təkmilləş-dirilməsi, atçılıqda zootexniki uçot işlərinin aparılması üçün formaların, şəhadətnamələrin (pasport-ların) hazırlanması və nəşr etdirilməsi, damazlıq atçılıq təsərrüfatları üzrə uzunmüddətli seleksiya-damazlıq planlarının işlənib hazırlanması

Cins atların cıdır meydanlarında müntəzəm olaraq sınaqdan keçirilməsi və onların nəticələri üzrə tədbirlərin aparılması, milli at cinslərinin pasportlaşdırılması, yeni seleksiya nailiyyətlərinin patentləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi



mütəmadi

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları

7.4. Atçılıq biznesinin inkişafı və marketinq

7.4.1.

7.4.2.

Cıdır meydanlarında cıdır-şans totalizator oyunlarının təşkili, bölgələrdə və cıdır meydanlarında at satışı hərraclarının, sərgi və baxışlarının keçirilməsi, damazlıq və kütləvi atçılığın müxtəlif sahələrində pullu xidmətlərin təşkili

Atçılıqda istifadə olunan alət, avadanlıq, geyim və digər aksesuarların istehsalı və satışının təşkili üzrə tədbirlərin, marketinq və reklam işlərinə xidmət edən kataloqların, bukletlərin, reklam çarxlarının hazırlanması



2008-2012

Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Giymətli Kağızlar üzrə Dövlət Komitəsi

7.5. Atçılığın elmi təminatı və kadr hazırlığı

7.5.1.
7.5.2.

7.5.3.

Qarabağ cinsli atlara aid Dövlət Damazlıq Kitabının 3-cü, Dilbaz cinsli atlara aid Dövlət Damazlıq Kitabının 2-ci cildinin hazırlanması və nəşr etdirilməsi, “Azərbaycanda atçılıq” jurnalının təsis edilməsi

Atçılıqda seleksiya və sınaq tədbirlərinin elmi əsaslarla həyata keçirilməsini təmin edən immunogenetik ekspertiza laboratoriyasının yaradılması, sahənin prioritet istiqamətləri üzrə fundamental və tətbiqi tədqiqat işlərinin aparılması, xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq, atçılığın problemlərinə dair elmi konfransların keçirilməsi

Atçılıq sahəsində çalışan jokeylərin, məşqçilərin və hakimlərin hazırlanması üçün kursların təşkili, bu sahədə yeni texnologiyaların öyrənilməsi məqsədi ilə mütəxəssislərin xarici ölkələrə ezam edilməsi


2008-2012

Kənd Təsərrüfatı Nazirliyi

7.6. Kütləvi atçılığın inkişaf etdirilməsi, milli atçılıq mədəniyyətinin

bliği və maarifləndirmə

7.6.1.

7.6.2.


7.6.3.
7.6.4.


Kütləvi atçılığın müxtəlif sahələri üçün təyinatlı atların (daxili qoşunlar üçün hündür və sakit temperamentli, təsərrüfat işləri və qoşqu üçün güclü atlar və s.) yetişdirilməsi məqsədi ilə xarici ölkələrdən lizinq yolu ilə törədici ayğırların alınması

Atçılıq turizminin inkişaf etdirilməsi məqsədi ilə respublikanın bölgələrində atçılıq turizm mərkəzlərinin yaradılması

Milli atüstü oyunların (“Çovqan”, “Sürpapaq”, “Atüstü güləş”, “Qıza çat” və s.) qorunması və geniş təbliğ edilməsi məqsədi ilə respublikanın bölgələrində milli atüstü məşq bölmələrinin yaradılması

Atçılıq sahəsində tarixi-milli irsin qorunması və təbliği məqsədi ilə atçılıq muzeyinin yaradılması, atçılığın geniş təbliğinə xidmət edən filmlərin, kliplərin, plakatların, açıqcaların hazırlanması



2008-2012

Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi



__________________

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə