7 elm və texnologiYA



Yüklə 222,5 Kb.
səhifə3/3
tarix10.01.2022
ölçüsü222,5 Kb.
#110006
1   2   3
biətə insani münasibətdir».2 Bu fikri dəqiqləşdirərək demək olar ki, mədəniyyət insanın özünü təbiətdən ayrırmasından və ya təbiətə vasitəli münasibətindən başlanır. Bilavasitə əldə, əlin hə­rə­kət­lərində maddiləşən şüur zaman keçdikcə, fəaliyyət coxpilləli qu­ru­luş kəsb etdikcə, vasitələndirici mərhələlərdə maddiləşməyə baş­la­mışdır. Bu vasitə isə məhz texnikadır. Deməli, texnika tarixən elm­dən əvvəldir və sivilizasiyanın təməli məhz texnika ilə qo­yul­muş­dur.

Maraqlıdır ki, mədəniyyətin, sivilizasiyanın mənşəyini əmək alətləri, texnika ilə bağlamaq yalnız müasir nəzəri təhlilin gəldiyi qənaət deyil. Qədim adamlar özləri də texnikanın onların həya­tın­da oynadığı mühüm dəyişdirici rolu görmüş, özlərini vəhşilərdən yal­nız texnikaya malik olmaqla üstün tutmuşlar. Məsələn, b.e.ə. III minilliyə aid olan "Enki və kainat"3 adlı şumer poemasında «əsas etibarilə toxanı, kərpic ücün formanı – qəlibi ixtira edən, evləri, pəyəni, arxacı tikən və cütcü kimi, bir sözlə şumer dünyasını ibtidai icma dünyasından fərqləndirən "texniki" nailiyyətlərin yaradıcısı kimi göstərilmişdir».4 Lakin şübhəsiz ki, qədim adamların özləri haqdakı fikirləri yalnız tarixi məlumat mənbəyi kimi əhəmiyyətlidir, nəzəri təhlil baxımından isə mötəbər mənbə sayıla bilməz. Kecmişin məlumatları müasir məntiqin im­kanları mövqeyindən təhlil edilməlidir.

Tarixi keçmiş müasir intellektual səviyyədən təhlil olunarkən görünür ki, doğrudan da, texnika insanla təbiət arasında qarşılıqlı münasibəti (məhz qarşılıqlı münasibəti, çünki texnika həm də təbiətin insana təsirinə, başqa sözlə insanın təbiətdən informasiya al­masına xidmət edir; məsələn, gözlük, mikroskop, teleskop, loka­tor, rentgen qurğusu və s.) vasitələndirməklə yanaşı, nitqlə birlikdə həm də biliklərin maddiləşməsi və ötürülməsinə xidmət etmişdir. Biliklər çox vaxt sözlə ifadə edilməkdən daha çox əməli şəkildə nü­ma­yiş etdirilirdi. Anlayışlar hələ kifayət qədər təkmilləş­mə­di­yin­dən, əməli biliklər isə fəaliyyətdən tam ayrılmadığından ilk dövr­lər­də biliyin başqalarına əyani nümunə ilə ötürülməsi sözlə ötürül­mə­sindən asan idi. Söz daha çox dərəcədə koqnitiv biliklərin ifa­də­si ücün zəruri idi. Ona görə texnikanın inkişafı ilə müqayisədə məhz elmin inkişafında sözün, dilin rolu böyük olmuşdur.

Göründüyü kimi, elmi-texniki tərəqqinin genezisi problemi elm və texnikanın genezisi ilə sıx əlaqədardır.

Bundan başqa, elmi-texniki tərəqqinin daxili strukturunu ay­dın şəkildə təsəvvür edə bilmək ücün, elmi-texniki inqilabın ma­hiy­yə­tini müəyyənləşdirmək üçün əvvəlcə elm və texnikanın nisbi müs­təqil tarixi inkişaf yolunu öyrənmək tələb olunur. Bu cür tələ­bat təkcə baxılan sahə üçün yox, ümumiyyətlə istənilən ictimai ha­di­sə üçün zəruridir. Doğrudan da, ayrılıqda elm və texnikanın ilkin for­malaşma dövründən başlayaraq keçdikləri tarixi mərhələlər mə­lum olmadan "elm-texnika" sisteminin müasir dövrdəki strukturu­nu müəyyən etmək çətindir.

Elmi-texniki tərəqqi müəyyən tarixi şəraitdə, ictimai tərəq­qi­nin qanunauyğun nəticəsi kimi meydana çıxır və bundan sonra elmi və texniki tərəqqi ilə yanaşı, elmi-texniki tərəqqidən də danış­maq lazım gəlir.

Müasir sistem-struktur təhlil metodunun və "bütövlük" haq­da­kı təlimin əsas məziyyətlərindən biri budur ki, "nisbi müstəqil" an­layışının qeyri-müəyyənliyini aradan qaldırmağa imkan verir. Mə­sələ burasındadır ki, "nisbi müstəqillik" anlayışı istənilən iki əla­qədar tərəf arasındakı münasibətə aid edilə bilər və buna görə də, müəyyən bir hadisənin nisbi müstəqilliyi hələ onun daxili tam­lı­ğına dəlalət etmir. "Daxili tamlıq" şəraiti isə sistemli yanaşmanın mümkünlüyü üçün əsas şərtdir.

Elm və texnika öz inkişafının ilk mərhələsində tam müstəqil ol­masalar da, ayrıca sistemlər kimi mövcud olmuşlar. Onlar müa­sir dövrdə də öz nisbi müstəqilliklərini saxlamaqda davam edirlər. Bun­dan başqa, elm və texnika arasında qarşılıqlı əlaqə, əvvəllər də möv­cud olmuşdur və «nisbilik» şərtini zəruri edən səbəblərdən biri də məhz belə əlaqənin olmasıdır. Bu baxımdan yanaşdıqda yeni "elm-texnika" sisteminin formalaşması haqqında heç bir ciddi elmi qə­naətə gəlmək mümkün deyil. Yeni nisbi mustəqil sistemin - "elm-texnika" sisteminin əmələ gəlməsi yalnız əlaqə ünsürləri çox­lu­­ğunun tədricən müəyyən daxili tamlıq əldə etməsi ilə izah oluna bilər.

Elm və texnikanın bütöv sistem kimi keçdiyi tarixi mərhələ­lə­rin, həmçinin bu sistemlərin daxili strukturunun öyrənilməsi on­la­rın sosial mahiyyətini də müəyyənlşdirməyə imkan verir ki, bu da elmi-texniki tərəqqinin bir ictimai hadisə kimi tədqiq oluna bilməsi ücün əsas şərtdir.

Elm və texnikanın bir sistem kimi formalaşması prosesi hələ lap başlanğıcdan insanın və cəmiyyətin yaranması prosesi ilə bütöv bir tam təşkil edir. Elm ictimai tərəqqinin, ümumi tarixi inkişafın mən­tiqi nəticəsi, mənəvi məhsuludur. Eləcə də texnika. Təkcə bir fərq­lə ki, texnika ictimai tərəqqinin mənəvi məhsulu olmaqla bəra­bər, həm də maddi mənsuludur.

Texnika primitiv şəkildə də olsa, ilk insan qruplaşmaları za­ma­nından, birinin düzəltdiyi əmək vasitələrindən, digərlərinin də is­ti­fa­də etdiyi vaxtdan meydana gəlmişdir. Belə vasitələrin dü­zəl­dil­məsi də müəyyən zəruri ictimai tələbin ödənilməsi – minimal sər­vət bolluğunun yaranması halında mümkün olmuşdur. S.Lilli ya­zır: «Yalnız öz əkin işlərinin öhdəsindən müvəffəqiyyətlə gələn bəzi adamlar və ailələr əmək alətləri düzəltmək üçün sərbəst vaxt əldə edir və ya məhsulun artıq hissəsini verib sənətkarlardan müa­sir əmək alətləri alırdılar» (S.Lilli. Lödi, maşinı i istoriə. M., 1970, s. 21). İnsanlarda şüurluluq və ictimailəşmənin zəif inkişaf etdiyi dövrlərdə – sabahkı həyata inam hissinin azlığı şəraitində əsas məq­­səd gündəlik yem tədarükü görməkdən, öz başına çarə qıl­maq­dan ibarət olub. Ona görə də, yalnız öz maddi ehtiyacını kifa­yət qədər ödəmiş olan adamlar başqa işlə məşğul olmaq üçün sər­bəst vaxt əldə edə bilərdi... Belə bir dövrdə elm və texnikanı so­sial sis­tem kimi qəbul etmək mümkündürmü? Əsla yox. Əvvəla, ona gö­rə ki, həmin dövrdə spesifik əmək bölgüsü yox idi; yəni tex­ni­ki va­sitələrinin hazırlanması ilə məşğul olan adamlar hələ əkin­çi­lik­dən tamamilə ayrıla bilməzdilər, zira bu halda onların şəxsi həyatı şüb­hə altına düşə bilərdi. İkincisi, müxtəlif ərazilərdəki insan qrup­la­rı arasında əlaqələrin zəif olması nəticəsində bir yerdə istifadə olunan texniki vasitələr başqa yerlərə ötürülə bilmirdi və s. Bü­töv­lük­də cəmiyyət miqyasına uyğun gələn, daxili tamlığa malik olan vahid texnika sistemi hələ formalaşmamışdı. Texnikanın istehsal prosesinin ayrılmaz tərkib hissəsi və özünəməxsus daxili tamlığa malik olan bir tərəf kimi formalaşması yalnız kapitalizmin inkişafı sayəsində mümkün olmuşdur və eyni zamanda bu inkişafın özünə böyük təkan vermişdir.

Elmin bir sosial sistem kimi formalaşması da məhz bu dövrə təsadüf edir. Nə zaman ki, informasiyanın ötürülməsi vasitələrinin inkişaf səviyyəsi elmi nailiyyətlərin bütün cəmiyyət miqyasında ya­yıl­masına imkan vermişdir, nə zaman ki, elmi yaradıcılıqla isteh­sa­lın qoyduğu tələblər arasında müntəzəm qarşılıqlı əlaqə ya­ran­mış­dır, o vaxtdan başlayaraq elm də qlobal miqyas kəsb etmiş, bir so­sial sistem kimi formalaşmışdır.

Elə xassələr vardır ki, onlar baxılan tərəfə hec də həmişə xas olmayıb, onun inkişafının yalnız müəyyən mərhələsində təzahür edir. Elmi inkişafın təcilli xarakteri də yalnız elm qlobal, ümum­ic­ti­mai sistem kimi formalaşmağa başlayarkən təzahür etmişdir. Ümu­miyyətlə müasir dövrdə elm və elmi inkişaf hadisəsi ücün sə­ciy­yəvi olan xassələrin əksəriyyəti elmin daxili tamlıq və qloballıq kəsb etməsi sayəsində əmələ gəlmişdir.

Elm bir sosial sistem kimi yalnız XVI əsrdən, vahid qnoseo­loji sistem kimi isə yalnız XVIII əsrdən formalaşmış olsa da, o hələ lap başlanğıcdan ictimai münasibətlər sferası ilə qırılmaz surətdə bağ­lı olmuş və qnoseoloji funksiya daşımışdır. Belə ki, hər hansı el­mi fəaliyyətin mümkünlüyü əvvəlcə elmi işçinin maddi cəhətdən tə­min olunmasını tələb edirdi ki, bu da həmin dövrdə elmi ya­ra­dı­cı­lığın mövcud iqtisadi münasibətlərdən asılı olduğunu göstərir. Mə­sələn, məlum olduğu kimi yalnız köləlik əkinçiliklə sənaye ara­sın­da böyük miqyasda əmək bölgüsünü mümkün etdi, beləliklə də qə­dim dünya mədəniyyətinin – yunan mədəniyyətinin tərəqqisi üçün şərait yaratdı.



Elmin bütün cəmiyyət miqyasında vahid qnoseoloji sistem ki­mi formalaşması da, onun texnikaya tətbiqinin müntəzəm xa­rak­ter alması da məhz elmin sistem statusu kəsb etməsi sayəsində mümkün olmuşdur.

1 Anlayışlardan, daha doğrusu, sözlərdən (çünki sözlər, həm də məcazi, rəmzi mənalarda işlənə bilir) istifadə edərək yenidən hissi obrazlar və insanı düşündürməklə yanaşı, həm də təsirləndirmək xüsusi yaradıcılıq sahəsi olan bədii ədəbiyyatın funksiyasıdır.

1 Дж. Бернал. Наука в истории общества. М., 1956, стр. 61-62.

2 В.М.Межуев. Культура в истории. М., 1977, стр. 107.

3 Bax: С.Н. Крамер. История начинается в Шумере. М., 1965, стр. 116-dan sonra.

4 И.П. Вейнберг. Человек в культуре древнего Ближнего Востока. М., 1986, стр. 23-24.






Yüklə 222,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin