7. isanin başqa təLİMLƏRİ: MƏNİm qonşum kiMDİR? (Luka 10: 25-37) Ətrafli məlumat



Yüklə 10,58 Kb.
tarix21.10.2017
ölçüsü10,58 Kb.
#7725

7. ISANIN BAŞQA TƏLİMLƏRİ: MƏNİM QONŞUM KİMDİR? (Luka 10:25-37)
ƏTRAFLI MƏLUMAT: Yerusəlimdən Yerixoya gedən dağlıq yol 30 kmdir və çox təhlükəli idi, çünki yolun kənarında olan quldurlar səyahətçilər üçün pusquda dururlar. Levili məbəddə bir növ qapıçı kimi işləyən insandır. İsanın dövründə yəhudilər onlarla bir ölkədə yaşayan samariyalılar ilə düşmən idilər. (Öz ölkənizdən nümunə götürün. RUSİYA: Bu məsəli anlamaq daha asandır, əgər siz hekayədə olan başqa insanların rusiyalı olduğunu düşünsəniz, samariyalı – çeçendir. MONQOLA: Bu məsəli anlamaq daha asandır, əgər siz hekayədə olan başqa insanların monqol olduğunu düşünsəniz, samariyalı – çinlidir.
1. İnsan əzab çəkən yoldaşının qayğısına qalmırsa, yalnız özü və ailəsi barədə düşünürsə, xoşbəxt ola bilərmi?

  • Ehtiyacda olan insanlara kömək məqsədilə tez-tez pul verirsinizmi?


2. Əvvəlki dərsdə biz bu mətndə olan qanun müəllimi kimi İsaya eyni sualı verən siyasətçi barədə öyrəndik. Bu mətndə İsanın dediyinə əsasən göylərə aparan yol nədir (25-27)?

  • Əgər şərtlər 27-ci ayədə İsanın öyrətdiyi kimidirsə, sizin göylərə getmək barədə hansı şanslarınız var?


3. İsa quldur dəstəsi tərəfindən huşunu itirinə qədər döyülmüş kişi haqqında məsəl danışır. Bu yaralı insanın yolun kənarında saatlarla uzanıb qaldığı vaxt nə fikirləşdiyini düşünün (30).

  • Onun arvadı və uşaqları atalarının vəd etdiyi vaxtda evə gəlmədiyini görəndə nə düşünürdülər?


4. Döyülmüş kişinin yanından keçənlər üçün ona kömək etməkdə təhlükə nə idi?

  • Kahin və levili məbəddə öz dini öhdəçiliklərini yerinə yetirməyə gedirdilər. Əgər bu yaralı insan onların oğulları olsaydı, sizcə bu iki kişi nə edərdi?

  • Nəyə görə bu iki kişi cinayətin naməlum qurbanına kömək etməkdən imtina etdi, mümkün qədər çoxlu səbəblər fikirləşin (31-32)?

  • Sizcə belə vəziyyətdə necə hərəkət edərdiniz?


5. Kahin və levili uşaqlıqdan bəri onlara öyrədilən sevmək əmrini necə şərh edirdilər? 27-ci ayəyə baxın.

  • Belə sözlər deyən insan barədə nə fikirləşərdiniz: “Mən əlbəttə Allahı sevirəm, amma əfsus olsun ki, başqa insanlara kömək etmək üçün heç bir imkanım yoxdur.”


6. Əgər samariyalı döyülmüş yəhudinin yanından keçsəydi, o öz hərəkətinə görə özünə necə bəraət qazandırardı? Ətraflı məlumata baxın.

  • Hansı mənada belə vəziyyətdə samariyalı başqalarının gözlədiyindən daha çox edərdi (33-35)?

7. İki dinar iki günün məvacibidir, bir aylıq orta məvacibin on üçdə bir hissəsidir. Bu məbləğ ilə insan mehmanxanada iki ay qala bilər. Sizin pul vahidiniz ilə iki dinari təqribən nə qədər olar?

  • Samariyalının tamamilə yad bir insana bu qədər pulu nəyə görə verdiyi barədə səbəbləri fikirləşin (35).

  • Sizin fikrinizcə, samariyalı səyahətçi sevmək əmrinin neçə faizini həyata keçirdi? 27-ci ayəyə baxın.


8. İsa “qonşu” sözü ilə nə demək istəyirdi?

  • Sizin kömək etməli olduğunuz yaxında və uzaqda olan qonşular kimlərdir?


9. Sizdən xahiş olunsaydı ki, bu məsəldə olan rollardan birini seçəsiniz, hansı birinə ən yaxşı uyğunlaşardınız: döyülmüş insan, yol kənarındakı quldur, kahin, levili və ya mehmanxana sahibi? Bu xüsusi rolu seçdiyiniz üçün öz səbəblərinizi göstərin.

  • Bu məsəldə İsa samariyalıya hansı tərzdə bənzəyir?

  • İsa döyülmüş yəhudiyə necə bənzəyir?

  • 27-ci ayədə təsvir olunan yoldan başqa İsa göylərə digər yol hazırladı? Bu nə idi?


XOŞ XƏBƏR SUALLARI: “Get, sən də eyni cür et” – İsa dedi və getdi Özü də həmin işi etdi. Hətta bütün insanlar həmişə yanından sənin kədərlərinə diqqət vermədən keçiblərsə, O bunu etməz. O, indi sənin yanında dayanıb və sənin ürəyinin yaralarını sarımaq istəyrir. Sən Ona nə cavab verərdin? (Sən öz ürəyində cavab verə bilərsən.)

  • (Hər bir kəs cavab versin): Bu Müqəddəs Kitab dərsi zamanı öyrəndiyiniz ən vacib şey nə idi?

Yüklə 10,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin