32. Qaz kəmərlərinin və qaz avadanlıqlarının istismara qəbulu hansı
sənədlərə əsasən və necə həyata keçirilməlidir?
Qaz kəmərlərinin və qaz avadanlıqlarının istismara qəbulu AzDTN 1.6-1, СниП
3.05.02-88*, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın və eləcə də
digər normativ sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
Polietilen borulardan tikilmiş qaz kəmərlərinin istismara qəbulu həyata
keçirilərkən istismar təşkilatları qabaqcadan aşağıdakılarla təmin edilməlidirlər:
müxtəlif ölçülü (diametrli) polietilen borular və onların birləşdirici hissələri
(detalları);
təmir işlərini yerinə yetirmək üçün lazım olan avadanlıq və alətlər (siyahı əlavə
olunur).
Həmçinin Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qaz kəmərlərinin və
onun qurğularının üfürülməsi və sınağı qaz vasitəsilə aparıldığı halda, tikinti
təşkilatı, göstərilən işləri təhlükəsiz yerinə yetirmək üçün sifarişçi ilə
razılaşdırılmış təlimatı Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin
Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə və Dövlət Qaz
Nəzarəti İdarəsinə təqdim edərək onlardan rəsmi icazə almalıdır.
Dostları ilə paylaş: |