39. Qaz təchizatı sistemlərinə xidmət edən qəza, təmir-bərpa xidmətlərinin
idarəetmə sisteminə nələr daxildir?
qazın təchizatçılardan qəbul edilməsi və istehlakşılara buraxılması rejimlərinin
tənzimlənməsi;
təchizatçılar tərəfindən qazın verilməsində müqavilə şərtlərinə (qazın tərkibinin
texniki şərtlərə uyğunluğuna, proqnozlaşdırılan qazın həcminə, müəyyən edilmiş
təzyiq rejimlərinə) əməl edilməsinə nəzarət;
təchizatçıların növbətçi heyəti ilə bütün gün ərzində operativ rabitə əlaqəsinin
saxlanması;
xidmət olunan qaz nəqli xətləri və şəbəkələrinin normal və xüsusi şəraitlərdə
(qaz çatışmadıqda, qəza vəziyyətində, qaz kəmərlərinin ayrı-ayrı sahələrində
təmir işləri yerinə yetirildiyi zaman, yeni obyektlər (qaz kəmərləri, QTM-lər, iri
istehlakçılar) istismara buraxıldıqda iş rejimlərinin tənzimlənməsi;
qaz təchizatı sistemində qazın təzyiqi və sərfi üzrə toplanmış rejimlərin təhlili,
QTM-in fəaliyyət zonasının müəyyənləşdirilməsi, sistem üzrə eyni vaxtda qazın
təzyiqinin ölçülməsi, qaz şəbəkəsinin yeni daha səmərəli iş rejimlərinin
işlənilməsi və tətbiq edilməsi, bütövlükdə sistemin və onun ayrı-ayrı rayonları
üçün təzyiq rejimlərinin tənzimlənməsi üzrə metodikaların işlənilməsi;
qaz çatışmazlığı müddətində qaz təchizatı qrafikinə uyğun olaraq iri
istehlakçıların (obyektlərin) qaz təchizatı şəbəkəsindən açılması və qoşulması;
təmir, qəza, yeni qaz kəmərlərinin qoşulması işləri yerinə yetirilən zaman qaz
şəbəkəsinin ayrı-ayrı sahələrinin açılması və ya onlarda qazın təzyiqinin aşağı
salınması;
lazımi istismar sənədlərinin aparılması və saxlanılması.
Dostları ilə paylaş: |