10. Təbii qaz, onun fiziki kimyəvi xassələri və partlayış həddi haqqında nə
deyə bilərsiniz?
İstehlakçılara verilən təbii qaz 5542-87 QOST-na uyğun olmalıdır. Təbii qazın
tərkibinin əsas hissəsini metan təşkil etdiyindən onun fiziki kimyəvi xassələri
metan qazına aid olan xüsusiyyətlərdir. Metan qazı – CH4 – iysiz və rəngsiz,
havadan təxminən 1,8 dəfə yüngül qazdır, xüsusi çəkisi 0,714 kq/m3. Qapalı
şəraitdə havanın tərkibində 5-15 % təbii qaz olduqda partlayış həddi yaranır. 1m3
təbii qazın yanması üçün 9,52 m3 hava tələb edilir.
Dostları ilə paylaş: |