11. Bioqaz haqqında nə bilirik?
Bioqaz üzvi maddələrin mikroorqanizmlərinin sərbəst oksigen olmadan çürüyərək
tərkib hissələrinə ayrılıb artması şəraitində alınan yanar qaz məhsuludur. Tərkib
hissəsi 60-80% metan və karbon dioksiddən ibarətdir. İstiliktörətmə qabiliyyəti
6000-6500 kkal/m3 həddindədir. Bioqazın alınması əsas xammal bitki və heyvan
mənşəli bioloji kütlədir. Bioqaz xüsusi qurğu tətbiq etməklə alınır.
12. Yanacaq kimi istifadə edilən yanar qazlar hansı standartlara uyğun
olmalıdır?
Yanacaq kimi istifadə edilən yanar qazlar hazırda Azərbaycan Respublikasında
qüvvədə olan standartlara uyğun olmalıdırlar:
təbii qaz – ГОСТ 5542-87;
mayeləşdirilmiş qazlar – ГОСТ 20448-90.
Digər növ yanar qazlar (alternativ yanacaq növü) istifadə edildikdə, qaz
təsərrüfatı müəssisələri tərəfindən həmin qazın xüsusiyyətləri nəzərə alınmaqla
xüsusi istismar təlimatı tərtib edilməli, müvafiq qaydada Dövlət Qaz Nəzarəti
İdarəsi ilə razılaşdırılmalıdır.
Dostları ilə paylaş: |