15. Qaz təchizatı sistemlərinin istismarına nələr daxildir?
texniki xidmət;
təmir işləri (cari və əsaslı təmir);
qəza-bərpaetmə işləri;
mövsümi işləyən avadanlıqların qoşulması və açılması.
16. Qazpaylayıcı sistem və qazpaylayıcı şəbəkə dedikdə nə başa düşülür?
Qazpaylayıcı sistem – bir-biri ilə texnoloji, təşkilatı və iqtisadi əlaqəsi olan qazın
nəqlini və birbaşa istehlakçılara verilməsini həyata keçirən istehsalat kompleksi
deməkdir.
Qazpaylayıcı şəbəkə – qazın mənbəyindən istehlakçıların qaz kəməri girişlərinə
qədər olan xarici qaz kəmərləri və onların üzərində olan tikili, avadanlıq və
texniki qurğular sistemi deməkdir.
17. Qazpaylayıcı mənbə dedikdə nə başa düşülür?
Qazpaylayıcı mənbə – qazın qazpaylayıcı sistemlərə verilməsini təmin edən qaz
təchizatı sistemlərinin ayrı-ayrı elementləri (məsələn: QPS – qazpaylayıcı
stansiya) deməkdir.
Dostları ilə paylaş: |