8. İSa iKİ quldur iLƏ GÖRÜŞÜR (Luka 23: 32-43) Ətrafli məlumat

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 10.57 Kb.
tarix22.10.2017
ölçüsü10.57 Kb.

8. İSA İKİ QULDUR İLƏ GÖRÜŞÜR (Luka 23:32-43)
ƏTRAFLI MƏLUMAT: Roma imperiyasında çarmıxa çəkmə ən pis cinayətkarlar üçün istifadə olunurdu. Ona görə də biz güman edə bilərik ki, bu iki kişi peşəkar qatillər idilər, yəqin ki, pul ilə insanları öldürürdülər. Məsih, yəhudilərin Əhdi-Ətiq dövründən gözlədikləri padşahın titulu idi.
1. Başqalarını yumruğu və ya dili ilə döyən insan xoşbəxt ola bilərmi?

  • Nəyə görə indiki dövrdə bir çox cavanlar zorakılığa əl atırlar və başqalarına hücum edirlər?


2. Bu iki kişinin gənclik dövrlərindən nəyə görə zorakılığa əl atdıqları barədə müxtəlif səbəbləri düşünün.

  • Bu iki nəfəri sonuncu məqama gəlib çıxmazdan əvvəl kimlər dayandıra bilərdi?

  • Siz davranışınızın özünüzə və başqalarına zərərli olduğunu anlayanda həmişə dəyişilə bilirsinizmi?


3. İki cinayətkar İsanın davranışını başqalarından daha yaxın müşahidə edə bilirdilər. İsanın hansı sözləri və əməlləri onları daha çox heyrətə gətirmişdi (34-38)?

  • İsa nəyə görə Ona əzab verənləri göylərdəki Atasının qarşısında müdafiə edirdi (34)?

  • Ən pis düşməniniz üçün dua edə bilərsinizmi: “Ata, onları bağışla. O özü də bilmir ki, mənə qarşı necə pis davranıb?” (34)


4. Mətndən tapın və görün ki, izdiham, rəhbərlər, Roma əsgərləri və cinayətkarlardan biri İsanın üstünə qışqıraraq nə deyirlər (34b-39)?

  • Nəyə görə bu insanlar İsanı ələ salırdılar (35-39)?

  • Nəyə görə İsanın dostları onu müdafiə etmədi?

  • Əgər sən çarmıxın aşağısında dayansaydın, nə deyərdin və edərdin?


5. Cinayətkarlardan birini nə vadar etdi ki, İsanın padşah olduğunu və Onun padşahlığının olduğunu düşünsün (37-38, 42)?

  • Çarmıxda olan İsanı bu dünyanın başqa padşahları ilə müqayisə edin. Onlar arasında əlamətdar fərqlər hansılardır?

  • Cinayətkarlardan birini nə vadar etdi ki, İsanın təkcə padşah deyil, həm də Allah olduğunu düşünsün (40-41)?


6. Əksər cinayətkarlar heç hansısa bir səhv etdiklərini etiraf etmirlər. Cinayətkarlardan birini nə vadar etdi ki, ölüm cəzasının onun üçün düzgün cəza olduğunu etiraf etsin (41)?

  • O biri cinayətkar nəyə görə hətta bu vəziyyətdə öz günahını etiraf etmədi?

  • Bu cinayətkarlardan hansı birini daha yaxşı başa düşürsən: öz günahını etiraf edən, yoxsa öz günahını inkar edən?


7. 42-ci ayə çox qısa duadan ibarətdir: “Məni xatırla!” Biz əzab çəkərkən bizi xatırlayacaq kiminsə olması bizim üçün nəyə görə vacibdir?



8. İsanın ona verdiyi cavabı eşidərkən bu cinayətkar nə düşünmüşdü (43)?

  • İsa nəyə görə soyuqanlı qatili Cənnətə (və ya göylərə) getməyə icazə verdi?

  • Sizcə bu cinayətkar nə vaxt İsaya iman etdi? Ayəni göstərin.


9. İsaya iman edən cinayətkarın son anların təsəvvür edin. Həmin saatlarda o, xoşbəxt idi, yoxsa bədbəxt?

  • Ola bilsin ki, keçmiş cinayətkarın anası, arvadı və ya uşağı çarmıxın aşağısında dayanmışdı. Bu kişi öz ailəsi üçün nə cür xatirə qoydu?

  • Bu kişi haqqında Müqəddəs Kitabdan oxuyan gələcək nəsillər üçün bu kişi nə cür şəhadətlik qoydu?


10. XOŞ XƏBƏR SUALLARI: Cənnətin darvazaları cinayətkarın önündə açıldı, amma İsa Özü isə cəhənnəmin darvazalarından keçməli oldu. Bu cinayətkar kimi siz də dua etmək istəyərdinizmi: “İsa, məni xatırla!” Əgər belə etsəniz, O sizə eyni cavabı verəcək: “Bir gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan.” (Sən öz ürəyində cavab verə bilərsən.)

  • (Hər bir kəs cavab versin): Bu Müqəddəs Kitab dərsi zamanı öyrəndiyiniz ən vacib şey nədir?


Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə