Dolayı xərclər elə istehsal xərcidir ki, bu zaman firmalar konkret məbləğ pul sərf etmirlər.
Mühasibat mənfəətinə qarşı İqtisadi mənfəət
İqtisadçılar firmanın iqtisadi mənfəətini məcmu gəlirdən məcmu xərci (birbaşa və dolayı xərclərin məcmusu) çıxmaqla hesablayırlar.
Mühasiblər mühasibat mənfəətini firmanın məcmu gəlirindən yalnız birbaşa xərclərini çıxmaqla hesablayırlar.
Mühasibat mənfəətinə qarşı İqtisadi mənfəət
Nə vaxt məcmu gəlir birbaşa və dolayı xərclərdən çox olur, firma iqtisadi mənfəət əldə edir.
İqtisadi mənfəət mühasibat mənfəətindən kiçik olur.
Diaqram 1: Mühasibat mənfəətinə qarşı İqtisadi mənfəət
Cədvəl 1: İstehsal Funksiyası və Məcmu xərc: Ac Helenin Biskivü Fabriki
İSTEHSAL VƏ XƏRCLƏR
Istehsal funksiyası
İstehsal funksiyası məhsul istehsalında istifadə olunan istehsal faktorlarının miqdarı ilə istehsal olunan məhsulun miqdarı arasındakı əlaqəni göstərir.
Azalan marjinal verimlilik istehsal faktorunun marjinal verimliliyinin elə bir xüsusiyyətini ifadə edir ki, istehsal faktoru artıqca bu verimlilik azalır.
Məsələn: Firmada işçilərin sayı artırıldıqca hər əlavə işçinin məhsul istehsalındakı rolu getdikcə azalır. Çünkü firmada maşın və avadanlıqların miqdarı məhduddur.
Qrafik 1: Ac Helenin İstehsal Funksiyası
İstehsal funksiya
Azalan marjinal verimlilik
İstehsal funksiyasının mailliliyi məsələn, işçi kimi istehsal faktorunun marjinal istehsal verimliliyini ifadə edir.
Nə vaxt marjinal istehsal verimliliyi azalır, istehsal funksiyası daha düz olur.
İstehsal Funksiyasından Məcmu Xərc Əyrisinə
Firmanın istehsal miqdarı ilə xərcləri arasındakı əlaqə qiymətqoyma qərarlarını müəyyən edir.
Məcmu xərc əyrisi bu əlaqəni qrafik olaraq göstərir.
Cədvəl 1A: İstehsal Funksiyası və Məcmu xərc: Ac Helenin Biskivü Fabriki
Qrafik 2: Ac Helenin Məcmu Xərc Əyrisi
XƏRCİN MÜXTƏLİF YOLLARLA HESABLANMASI
İstehsal xərcləri sabit xərclər və dəyişən xərclər olmaqla iki yerə bölünür.
Məhsul buraxılışının artması ilə marjinal xərc də nəhayət artacaqdır.
Orta məcmu xərc əyrisi U formalıdır.
Marjinal xərc əyrisi ilə orta məcmu xərc əyrisi orta məcmu xərcin minimum olduğu noqtədə kəsişir.
QISA VƏ UZUN MÜDDƏTLİ DÖVRDƏ XƏRCLƏR
Əksər firmalar üçün məcmu xərclərin sabit və dəyişən xərclər arasında bölüşdürülməsi zaman kəsiyindən asılı olur.
Qısa müddətli dövrdə bəzi xərclər sabit olur.
Uzun müddətli dövrdə sabit xərclər dəyişən olur.
QISA VƏ UZUN MÜDDƏTLİ DÖVRDƏ XƏRCLƏR
Bir çox xərclərin qısamüddətli dövrdə sabit, uzunmüddətli dövrdə isə dəyişən olması, firmanın uzunmüddətli xərc əyrilərini qısamüddətli xərc əyrilərindən fərqləndirir.
Miqyas iqtisadiyyatları uzunmüddətli dövrdə məcmu buraxılış həcmi artdıqca orta məcmu xərcin azalmasını ifadə edir.
Miqyas qeyri-iqtisadiyyatları uzunmüddətli dövrdə məcmu buraxılış həcmi artdıqca orta məcmu xərcin artmasını ifadə edir.
Miqyasa görə sabit gəlir uzunmüddətli dövrdə məcmu buraxılış həcmi artdıqca orta məcmu xərcin eyni qaldığını ifadə edir.
Qrafik 10: Qısa və Uzun müddətli dövrdə orta məcmu xərc
Xülasə
Firmanın məqsədi mənfəəti maksimumlaşdırmaqdır. Mənfəət də məcmuu gəlirdən məcmu xərci çıxmaqla hesablanır.
Firma davranışı təhlil olunduğu zaman istehsalın bütün alternativ xərclərini nəzərə almaq vacibdir.
Bəzi alternativ xərclər birbaşa, bəziləri isə dolayıdır.
Xülasə
Firmanın xərcləri onun istehsal prosesini əks etdirir.
Tipik firmanın istehsal funksiyası azalan marjinal verimlilik səbəbindən aşağıya doğru əyilir.
Firmanın məcmu xərcləri sabit və dəyişən xərclər olmaqla iki yerə bölünür. Sabit xərclər, firmanın məhsul buraxılışı həcmini dəyişdikdə dəyişməyən xərclərdir; dəyişən xərclər isə firmanın məhsul buraxılışı həcmini dəyişdikdə dəyişən xərclərdir.
Xülasə
Orta məcmu xərc məcmu xərcin məhsul buraxılışına bölünməsi ilə əldə edilir.
Marjinal xərc hər əlavə vahid məhsul buraxılışının məcmu xərcdə yaratdığı artımdır.
Marjinal xərc məhsul buraxılışı davam etdikcə yüksəlir.
Orta xərc məhsul biraxılışı artan kimi əvvəlcə azalır, sonra isə artır.
Xülasə
Orta məcmu xərc əyrisi U şəkilində olur.
Marjinal xəərc əyrisi həmişə orta məcmu xərc əyrisi ilə ATC-nin minimum nöqtəsində kəsişir.
Firmanın xərcləri zaman kəsiyindən asılı olaraq da dəyişir.
Əksər xərclər qısamüddətli dövrdə sabit, uzunmüddətli dövrdə isə dəyişən olur.
TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR
Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005
Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011
Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008
Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010
İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009
Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010