3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçilər elektron xidmətin göstərilməsi ilə bağlı və vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
3.5.2. Şikayət istifadəçinin özü tərəfindən əsaslandırılmalıdır. Kağız üzərində şikayət Energetika Nazirliyinin poçt ünvanına, elektron formada şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsində müəyyən olunmuş 1 ay müddətində baxılır.
Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə muəyyən edilmiş qaydada baxılır.
“Sənaye qaz qurğusunun istismarına icazə
verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlamentə 1 nömrəli əlavə Fiziki şəxslər üçün