YERLİ (BƏLƏDİYYƏ) BÜDCƏLƏRİN XƏRCLƏRİ VƏ ONLARIN STRUKTURU Yerli büdcələrin xərcləri-yerli özünüidarəetmə orqanlarının vəzifə və funksiyalarının maliyyə təminatına yönəldilən pul vəsaitidir. Yerli büdcələrin xərc hissəsinə yerli əhəmiyyətli məsələlərin, inzibati rayon və şəhərlərin iqtisadiyyatının və sosial sferasının idarə edilməsi və inkişafı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi xərcləri daxildir. Yerli büdcələrin xərc hissəsi yerli özünüidarəetmə orqanlarının maliyyələşdirdiyi kifayət qədər geniş növ xərc siyahısım əhatə edir ki, bunlar da əsasən aşağıdakılardan ibarətdir: * yerli özünüidarəetmə orqanlarının saxlanılması;
* bələdiyyə mülkiyyətinin formalaşması və onun idarə edilməsi;
* təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, sosial müdafiə, sosial inkişaf, idman, kütləvi informasiya vasitələri, bələdiyyə mülkiyyətində olan və ya yerli özünüidarəetmə orqanlarının tabeçiliyində olan digər idarələrin təşkili, saxlanılması və inkişafı;
* ictimai asayişin qorunmasının bələdiyyə orqanlarının saxlanılması;
* bələdiyyə mənzil-kommunal təsərrüfatının (yaşayış evləri, küçə, həyət və bağların) təşkili, saxlanılması və inkişafı;
* bələdiyyə yol tikintisi və yerli əhəmiyyətli yolların saxlanılması;
* bələdiyyə qurumlarının və ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması;
* məişət tullantılarının istifadəsi və emalının təşkili;
* bələdiyyə orqanlarının tabeliyində olan qəbiristanlıqların saxlanılması;
* əhaliyə və bələdiyyə mülkiyyətində olan idarələrə nəqliyyat xidmətinin təşkili;
* yanğına qarşı təhlükəsizliyin təmin edilməsi;
* bələdiyyə qurumlarının ərazisində ətraf mühitin qorunması;
* yerli özünüidarəetmənin qəbul etdiyi proqramların reallaşdırılması;
* bələdiyyə borclarına xidmət və onun ödənilməsi;
* əhalinin məqsədli dotasiyalaşdırılması;
* bələdiyyə arxivlərinin saxlanılması;
* bələdiyyə seçkilərinin və referendumlarının keçirilməsi;
* yerli əhəmiyyətli məsələlərə aid edilən sair xərclər. Bələdiyyə qurumlarının hakimiyyət orqanları yerli büdcələrdən xalq təhsili idarələrinin (məktəb, məktəbəqədər müəssisələr), səhiyyənin (poliklinika, xəstəxana), mədəniyyət idarələri (klubların, muzeylərin, teatrların, kinoqurğuların və s.) və qeyri-istehsal sahəsinin bir çox digər idarələrinin maliyyələşdirilməsini həyata keçirirlər. Bir sıra rayon və şəhərlərdə qeyri-istehsal sahələrinə məsrəflər büdcə xərclərinin yarıdan çoxunu təşkil edir. Yerli büdcələrdən mənzil-kommunal təsər- mfatının, əhali məskənlərinin və s. maliyyələşdirilməsi həyata keçirilir. Bir sıra rayonlarda yerli büdcə hesabına bələdiyyə sənayesinin və kənd təsərrüfatının inkişafına maliyyə dəstəyi göstərilir.
“Bələdiyyələrin statusu haqqında" və “Bələdiyyə maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunları ilə maliyyə resurslarının formalaşması və istifadəsində yerli özünüidarəetmə orqanlarının hüquqları xeyli genişləndirilmişdir. Qanunla yerli hakimiyyət orqanlarının onların ərazisində yerləşən müəssisələr ilə qarşılıqlı əlaqəsi reqlamenliəşdirilir. Qarşılıqlı əlaqə müqavilə əsasında qurulur. Bu zaman bütün müəssisələr yerli büdcələrin formalaşmasında, O cümlədən təbiəti mühafizə tədbirlərinin, su təchizatı, kanalizasiya, zibil emalı və məişət tullantılarının məhv edilməsi sisteminin inkişafı üzrə tədbirlərin maliyyələşdirilməsində iştirak etməlidirlər. Sənaye müəssisələri İ.SƏ onların ərazilərinə yanaşı olan ərazi yollarının saxlanılmasını və sahələrin yaşıllaşdırılmasını maliyyələşdirməlidirlər. Son illərdə yerli təcrübədə müəssisələrin yerli özünüidarəetmə orqanları ilə birlikdə infrastruktur obyektlərin yaradılmasında pay iştirakı metodundan istifadə edilir. Nəhayət, yerli özünüidarəetmə orqanlarının qarşısında ərazinin sosial-iqtisadi inkişafı məsələlərinin və ətraf mühitin qorunmasının həll edilməsində vətəndaşların səy və müstəqilliyini inkişaf etdirmək vəzifəsi qoyulur. Buradan da büdcə xərclərinin planlaşdırılmasmın aşkarlığını təmin etmək, xərclərin maliyyələşdirilməsi üzrə büdcə məsələlərinin müzakirəsinə əhalini cəlb etmək yolu ilə bir sıra problemlər aradan qaldırılır. Xərclərin öz gəlirləri hesabına təmin olunmayan hissəsi (kəsir) dövlət büdcəsindən alınan dotasiya və subvensiya vasitəsilə örtülə bilər və respublikamızda da bu təcrübədən istifadə edilir. Lakin bu zaman bələdiyyə Şuraları yuxarı dövlət təşkilatlarına subvcnsiyaların məqsədəuyğunluğunu sübut etməli və həmin vəsaitin alınmasına cəhd göstərməlidirlər. Dövlət büdcəsindən dotasiya, subvensiya və ssuda alan yerli büdcənin xərclərinin hesablanmasında tətbiq olunan normativlər dövlət büdcəsi xərclərinin hesablanması üçün tətbiq olunan xərc normativlərindən yüksək ola bilməz. Dotasiyanın yuxarı həddinin hesablanmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınır. Əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən ayrılan məqsədli vəsait, o cümlədən subvensiya hesabına xərclərin maliyyələşdirilməsi yerli büdcələrin məxaric his.səsində ayrıca sətirlə göstərilir. Dövlət büdcəsindən dotasiya nəzərdə tutulan yerli büdcə layihəsi tərtib edilərkən lazımi sənədlər və məlumatlar may ayının 1-dək müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. 2013-cü büdcə ilində yerli büdcələrə ayrılmış dotasiya 5,2 mln, manat təşkil edir. Bələdiyyələr ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada büdcədənkənar fondlarda yarada bilərlər. Belə fondlar məqsədindən asılı olaraq müddətli və müddətsiz ola bilərlər. Müddətli büdcədənkənar fondlar adətən konkret proqramın həlli məqsədilə yaradılır və həmin məsələnin həlli başa çatdıqdan sonra onların fəaliyyəti dayandırılır. Müddətsiz büdcədənkənar fondlar isə çox hallarda yerli sosial müdafiə və sosial inkişaf məsələlərinin müəyyən istiqamətləri üçün nəzərdə tutulur. Bələdiyyələrin büdcədənkənar fondlarının müəyyənləşdirilməsi məsələləri ölkə qanunvericiliyinə uyğun olaraq həll edilir.