A ZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
Niyazi Əlikram oğlu Həsənov
BİZNESİN STRATEJİ İDARƏ EDİLMƏSİ
(Dərslik)
Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris Metodiki Şurasının 06 iyul 2018-ci il 05 saylı protokoluna əsasən ali məktəblər üçün dərslik kimi təsdiq edilmişdir
BAKI-2019
RƏYÇİLƏR:
Azərbaycan Dövlət İqtisad Universiteti “Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri
i.e.d., professor A. Ş. Şəkərəliyev
Bakı Dövlət Universiteti “İqtisadiyyat və idaretmə” kafedrasının müdiri i.e.d., professor A.M.Məhərrəmov
AMEA-nın İqtisadiyyat İnstitutu “Sahibkarlıq və inhisarçılığın təsnifləşdirilməsi problemləri” şöbəsinin baş elmi işçisi
i.e.d., professor T.N.Əliyev
Azərbaycan Dövlət İqtisad Universiteti “Marketinq” kafedrasının müdiri
i.e.d., professor T. İ. İmanov
Azərbaycan Dövlət İqtisad Universiteti “Biznesin idarə edilməsi” kafedrası
i.e.d., professor R. Ş. Muradov
Elmi redaktor:
Azərbaycan Dövlət İqtisad Universiteti “Biznesin idarə edilməsi” kafedrasının müdiri i.ü.f.d., dos. M. Ə. ƏLİYEV
Rəqabətli bazar mühitində biznesin strateji idarə edilməsi müasir sahibkarlığın əsas tərkib hissəsi sayılır. Dərslikdə biznesin strateji idarə edilməsinin elmi-nəzəri və praktiki məsələləri araşdırılmış, strateji idarəetmənin hazırlanmasının və həyata keçirilməsinin üç fərqli istiqamətdən baxılması təmin edilmişdir. Biznesin xarici mühitində yaranmış inkişaf strategiya davranışları və inkişafı sferasının müəyyən edilməsinə uyğun olaraq, əmtəə istehsalı ön plana çəkilmişdir.
Dərslik ali məktəblərin tələbələri və magistrları, biznes məktəblərinin dinləyiciləri və sahibkarlar üçün nəzərdə tutulmuşdur. Kitab müasir şəraitdə dövlət və biznes qurumları rəhbərləri üçün də faydalı əyani vəsait ola bilər.
Dostları ilə paylaş: |