A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


İnkişaf strategiyalarında innovasiyaların



Yüklə 3,11 Mb.
səhifə134/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   130   131   132   133   134   135   136   137   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

11.3. İnkişaf strategiyalarında innovasiyaların
rolu və yeri

Yaddan çıxarmaq lazım deyil ki, biznesin inkişafında innovasiya pro­ses­lə­rinin əhəmiyyəti cox önəmlidir. İnnovasiyalı məhsulların hazırlanması, yeni ba­zar­lara şirkətin keçməsinə və istehlak bazarının yeni seqmentlərin fəthi kimi başa düşülür. Yeni innovasiyalar tez-tez imkan verir ki, yeni məhsulların, proseslərin və xidmətlərin surətli inkişafı təmin olunsun. İnnovasiyaların idarə olunması növbəti nəticələrə gətirib çıxarır:


- yeni məhsulların və xidmətlərin imkanlarının təyin olunması;


- hazırlanacaq yeni məhsulların və xidmətlərin irəliləməsi üçün inves­ti­si­ya portfelinin idarə olunması;
- bazarlara yeni hazır məhsulların və xidmətlərin irəliləməsi;
- bazara yeni məhsulların və xidmətlərin tətbiq edilərək irəliləməsi.


Menecerlər artıq əldə olan məhsulların və xidmətlərin imkanlarını geniş­ləndirərək, yeni texnologiyalar üçün təqdimat mərasimləri keçirərək, məhsulla­rın istehlakçılarının təkliflərini və müştərilərin arzularını nəzərə alaraq yeni ide­yalarıa yaradıcı yanaşmalıdırlar. Yeni məhsulun və ya xidmətin ideyası xülasə edi­lərək daha real olanları menecerlər tərəfindən qəbul etməli və layihə əsa­sında hansı maliyyələşdirmə əsasında həyata keçəcəyi açıqlanmalıdır. Bu mə­sə­lələrin həllinin hansıları daxili mənbələrdən ödənəcək və ya başqa hansı şirkət ilə birgə fəaliyyət göstərmək məcburiyyətində olması və lisenziya alaraq, digər tə­rəfləri isə autsorsinq şirkətlərinə tapşırmaq məqsədəuyğunluğu müəyyən edil­məlidir.
Hamı bilməlidir ki, planlaşdırma və məhsulun istehsalı özünü inkişaf prosesinin özəyidir və belə yanaşmalar tamamilə yeni konsepsiyaları bazara gətirir. İstənilən prosesi müvəffəqiyyətli hesab etmək olar, məhz o vaxt ki, nəticədə bazarın məqsədli seqmenti üçün cazibədar funksional məhsul alınsın və daimi keyfiyyətli məhsul istehsal etmək və ləyaqətli gəliri götürmək mümkün olsun. Bazara hansısa layihənin birgə komanda ilə təqdim edilməsi, yeni məhsulun istehsal edilməsi üçün son mərhələ hesab edilir. Belə məqamlarda konkret layihənin innovasiya prosesi qurtarır və şirkətin funksionallığının, keyfiyyətin və maya dəyərin müəyyən edilmiş səviyyədə planlaşdırılmış satışın həcmi və istehlakçıya çatırılması qarşıda əsas məqsəd kimi durur.
Qanunverici baza və sosial proseslər şirkətlərin inkişaf şəraitinə yaxşı təsir edir və bu baxımdan, məhz o cəmiyyətlər və ölkələr öz inkişafı üçün münbit mühiti qazanaraq inkişaf edir. Dövlət tərəfindən qəbul edilmiş qanunlar, misal üçün ekologiya haqqında, sağlamlığın qorunması haqqında, əməyin təhlükəsizliyi, heyətin işə qəbulu, bu regionda qəbul edilmiş qaydalara və normalara riayət edilməsi üzrə qarşıya müəyyən öhdəliklər qoyur.
Buna baxmayaraq, çox şirkətlər yalnız minimal qanunverici tələblərə riayət etməyə çalışır, çünki dövlət məmurları öz hərəkətləri ilə dolayı yollarla iş görməklə reputasiya qazanırlarsa, iş adamlarına üstünlük verirlər.
Şirkətlər növbəti meyarlara riayət edərək öz fəaliyyətini qurmalıdır:

- ətraf mühit;


- təhlükəsizlik və sağlamlıq;
- işəgötürmə;
- cəmiyyətin inkişafına investisiyalar.


Əlbəttə, ətraf mühitin qorunmasına, sağlamlığa, təhlükəsizliyə, işəgötürmə və cəmiyyətin inkişafına investisiyalar yalnız yaradıcı xarakterə malik olmamalıdır. Qaydalara riayət edən şirkətin normativlərinin qüsursuz reputasi­yası, o cəmiyyətdə qüvvədə olur ki, onlar insan ehtiyatları sahəsində prosesləri daha səmərəli etmək və ən yaxşı yüksəkixtisaslı mütəxəssisləri cəlb etmək, sax­la­maq mümkün olsun. Bundan başqa, ətraf mühitin çirklənməsinin, təhlükə­siz­liyin təmin edilməsi və şirkətin heyətin sağlamlıq vəziyyətinin yaxşılaşması is­ti­qamətində tədbirlərin sayının artması, istehsal xərclərinin miqdarını aşağı sa­lır.
Nəhayət, əla ehtiyatlara malik şirkətlər, bir qayda olaraq, müştərilərin və investorların xüsusi yerləşməsindən istifadə edir. Bütün bu amillər ixtisaslaşdırılmış heyətdir, daxili, müştəri və maliyyə məsələlərini təşkil edən ilə bağlı prosesləri göstərir, qanunverici və sosial proseslərin səmərəli idarə olunması kimi məsələləri səhmdarlar üçün uzunmüddətli dəyərin müvəffəqiyyətli yaradılması amilinə çevrir.
Biznes inkişaf strategiyasına uyğun, eyni zamanda, bir-biri ilə qarşılıqlı tamamlayıcılar üzrə istiqamətlərə uyğun inkişaf etməlidir. Bu baxımdan, strateji xəritə (SX) daxili təşkil edəni hazırlayaraq, menecerlərə ən əhəmiyyətli prosesləri müəyyənləşdirməyə kömək edir.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin