A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Sxem 11.6 Daxili proseslər müştərilər və səhmdarlar üçün dəyəri yaradır



Yüklə 3,11 Mb.
səhifə135/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   131   132   133   134   135   136   137   138   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Sxem 11.6
Daxili proseslər müştərilər və səhmdarlar üçün dəyəri yaradır

Bazarda məhsulun liderliyini saxlamaq üçün öz strategiyasını quran şirkətlər xüsusi diqqəti innovasiya proseslərinin təkmilləşdirilməsinə ayırırlır ki, ümumi xərclərin azaldılması olmasın və istehsal proseslərinin mükəmməlliyinə cəhd göstərmək imkanları olsun. Lakin, şirkətlərin hansılarının ki, tam müştəri təklifinin strategiyasını həyata keçirir, deməli, istehlakçıların daha tam idarə edilməsi prosesləri üçün müxtəlif metodlar axtarılmalıdır (sxem 11.6).
Hətta daxili təşkil edənin dörd istiqamətindən birinə tətbiq olunan yeni yanaşmaya uyğun "tənzimlənmiş" strateji məzənnə üzərində həyata keçirilməsi və onlardan hər birinə yeni vəsaitlər əsasında sərmayə qoyulması önəmli məsələdir. Bir qayda olaraq, proseslərin təkmilləşdirilməsində maliyyə xeyirləri müxtəlif vaxt müddətlərinə əsasən nəzərə çarpan olur. Əməliyyat proseslərinin yaxşılaşdırılması ilə əlaqədar maya dəyərinin azalması ən sürətli nəticəni (ən azı on iki aya qədər) verir. Müştəri münasibətlərinin yaxşılaşması istiqamə­tində gəlirlərin artması orta müddətli dövrdə (12-aydan 24-ə qədər) olur.
İnnovasiya prosesləri əsasında artım, adətən, gəlir gətirir. Deyək ki, 24-dən 48 aya qədər uyğun işlərin icrasından və şirkətlərin qanunlardan istifadə edilməsi üstünlükləri daha çox ola bilər. Bölgədə fəaliyyət göstərən şirkət üçün münasib imkanlar yaradılmalı və qanundan çıxmayanlara üstünlüklər veril­məklə işə götürənin mövqeyini bərkidərək, daha çox uzunmüddətli vasitələrdən istifadəyə dövlət tərəfindən şərait yaradılması məqsədəuyğundur.
Şirkətlərdə, eyni zamanda, ilkin dəyər bu və ya digər cür yaradılan yüzlərlə yeni proseslər ola bilər. Biznesin inkişafı üçün strategiya sənəti ona görə lazımdır ki, orada inkişafın konkret istiqamətini müəyyən etmək imkanı olar. Bu zaman, mükəmməl olan istehlak dəyərinin təklif olunması üçün ən əhəmiyyətlisi müəyyən edilir və təklif edilir. Onlardan bir neçəsini dəqiqləşdirib çatdırmaq daha məqsədəuyğundur.
Şübhəsiz, bütün proseslərin idarə olunması üçün səmərəlilik lazımdır, lakin bir qədər strateji xəritəyə (SX) xüsusi diqqət və güclərin konsentrasiya­sı­nın tələb edilməsi varsa, deməli, bu halda məhz onlar dərəcələrə ayırmanı yarada bilərlər. Belə prosesləri seçmək olar və onlar dörd istiqamətin hər birində gedə bilər. İstənilən strategiya istehsal prosesinin idarə olunması çərçivəsində bir və ya bir neçə prosesi müəyyən etməlidir. Müştərilərin idarə olunması, innovasi­yalar, həmçinin qanunverici və sosial aspektlər.
Beləliklə dəyərin yaradılması prosesinin nisbətən qısamüddətli və uzunmüddətli dövrlərdə tənzimlənməsi mümkün olur və səhmdarlar üçün dəyərin möhkəm və fasiləsiz artmasını təmin etmək mümkün olur.
Bir neçə ən əhəmiyyətli strateji proseslərin strateji istiqamətləri tez-tez for­malaşdırıla bilər və şirkət öz hərəkətlərini uyğunlaşdırmağa və özündə mə­daxil və məxaric strukturunu yaratmağa borcludur. Strateji istiqamətlər tək­mil­ləşdirilməsi mümkün olan blokdur və burada strategiyanın həyata keçrilməsinə ma­ne olan faktorlar yoxdur (qrafik 11.1).

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin