2.5. Layihələr çərçivəsində strategiyaların tətbiqinin metod və metodologiyası
Biznesdə strategiyaların tərtibi və tətbiqi üçün digər önəmli məsələ məntiqi yanaşma prinsipinin metodologiyasından istifadədir. Bu zaman, MYP (Məntiqi Yanaşma Prinsipi) metodologiyası planlaşdırılmış fəaliyyətin, üstə gəl mövcud dərəcənin ehtimalının hər bir addımında kifayət qədər şəraiti özündə əks etdirdiyini müəyyən etmək olar. Elə ki, layihə yarandı rəhbər və ya menecer hər bir anda konkret şərtlər daxilində onların düzgünlüyünü qiymətləndirmək üçün ardıcıl olaraq ehtimalı izləməli və ya yoxlamaların vacibliyini sübut etməlidir. Əgər təhlil aparan görürsə ki, ehtimal doğru deyil, vəziyyəti dəyişdirmək üçün o, hər hansı bir tədbir görməlidir. İnvestisiya layihəsi çərçivəsində ardıcıl olaraq ehtimalın izlənilməsi əsasında vaxtında korrektə tədbirləri görməklə yaranmış riskləri azaltmaq və ya kompensasiya tədbirlərini işləyib hazırlamaq lazımdır. Ehtimal , eləcə də layihənin yoxlanılması səviyyəsində vacibdir, çünki onların təhlili üçün verilmiş tapşırıqların həlli layihənin nəticələrini öyrənməyin vacibliyini sübut etmiş olar.
Məntiqi əsasın vacib konsepsiyalarından biri layihə tapşırıqlarının müvəffəqiyyətli həllinin siqnalı olacaq, şərtlərdən biri kimi, təyinetmə üçün yoxlayıcı alət və ya vasitə kimi başa düşülən obyektiv yoxlanılan göstəricilərin istifadəsinin mümkünlüyü öz təsdiqini tapacaqdır. MYP investisiya layihəsində işləri bu cür təyinedici göstəricilərlə dəqiq və aydın seçmək üçün layihənin işlənilməsində, onun konkret məqsədlərinə çatmasının müvəffəqiyyətini təsdiq edəcək şərtlər toplusundan istifadə etmək lazımdır.
Bu zaman, obyektiv yoxlanılan göstəricilərin varlığı ilkin mərhələdə strukturun dəyişilməsini mümkün etməklə, MYP əsasında layihənin işlənməsinin interaktiv xarakteri haqqında vacib nəticəyə gətirib çıxaracaqdır. Obyektiv yoxlanılan göstəricilərin planlaşdırılmış nəticələrinin (o vaxt ki, bu göstəricilər obyektiv yoxlanılır) əldə edilməsini əks etdirən «xarakterik göstəricilərin» kriteriyalarının müəyyənləşdirməsi, layihənin işlənməsinə əlavə məna və anlam verdiyi əsaslandırılmalıdır. Buna görə kriteriyaların müəyyənləşdirilməsində bu göstəriciləri nəzərdə tutmaq təklif olunur:
a) müvafiq məqsəd (tapşırıq) çərçivəsində vacib olanı ölçməli;
b) real;
v) məqsədyönlü;
ç) müstəqil olmalı.
Verilmiş dörd məsləhət göstəricilərinin mütləq kəmiyyət, keyfiyyət, zaman və bölüşdürmə baxımından nəzərdə tutulmalıdır. Bundan başqa, müəyyən bir səviyyədə məqsədə çatmağı aydınlaşdıran göstəriciləri digər, daha yüksək səviyyədə nailiyyətin nümayişində istifadə etmək olmaz prinsipi təsdiqlənməlidir. Bu, təsdiqin MYP metodologiyasında son dərəcə sadə təqdim edilməsində istifadə edilən vasitələrin ölçülməsi yolu ilə nəticələrin nümayişinin ümumi ideyası fonunda onun işlənməsinin ən zəif yerlərindən biri hesab etmək olar. Müəyyənləşdirilən göstəricilər baxımından digər vacib məsələ onların ölçülmə qabiliyyəti ilə bağlıdır, belə ki, göstəricilər məqsədə çatmağı təsdiq edir, əgər onların ölçülməsi üçün məlumat tapmaq mümkün deyilsə, onda nəticəni nümayiş etmək də mümkün olmayacaq məsələsi öz sübutunu tapmış olur. Əgər nailiyyəti (və ya qeyri-nailiyyəti) ölçmək mümkün deyilsə, layihənin (proqramın) həyata keçirilməsinin sübut olunması şübhə doğurduğundan, daha münasib göstəricilərə korrelyasiya edən alternativ göstəricilərdən istifadə etmək prinsipi ön plana çıxır.