A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Biznesin inkişaf strategiyasının hazırlanmasında



Yüklə 3,11 Mb.
səhifə45/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   41   42   43   44   45   46   47   48   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

4.3. Biznesin inkişaf strategiyasının hazırlanmasında
portfelin iyerarxiyasının təhlili

Biznesin inkişaf strategiyasını idarə etmək üçün şirkətin portfelinin iyerarxiyasının təhlili və əsasən, şirkət tərəfindən həyata keçirilən struktur təhlili, ümumi və ayrı - ayrı bizneslərin keyfiyyət və dinamikası ilə bağlılığı nəzərdə tutulur. Ona görə də, şirkətin portfelinin iyerarxiyasının təhlili meto­dikası biznesin inkişaf vahidlərini öyrənməyi nəzərdə tutduğu üçün portfelin ierarxiyası xüsusi önəm kəsb edir. Lakin portfelin iyerarxiyasının təhlili metodları şirkət üçün biznesin inkişaf strategiyası baxımından xarakter daşıyan əmtələrə uyğun portfelin iyerarxiyasının təhlilinə tətbiq edilə bilər. Bu cür əmtələrə şirkətin bazarda reallaşdırdığı bütün əsas məhsullar aid edilə bilər.


Portfelin iyerarxiyasının təhlili müxtəlif üsullardan istifadəni nəzərdə tutur.
Ən məşhur metodlardan biri 60-ci illərdə həmin dövr üçün təşkilatın fəaliyyətinin səmərəliliyini müəyyən edən "əyri təcrübə" konsepsiyasının inkişafı üçün hazırlanmış və Boston məsləhət qrupunun matrisi adlanan metod sayılır. Bu metod müxtəlif məhsullar istehsal edən, həyat tsiklinin müxtəlif mərhələlərində olan, müxtəlif artım tempinə və bazarda müxtəlif payı olan şirkətə uzunmüddətli perspektivə malik investisiyalar üzrə qərar qəbul etməyə imkan verir. Portfelin iyerarxiyasının təhlili qalan bütün metodlar kimi bu metod da natamamdır, lakin məhsulların təsnifat ideyası və bazar payı artım tempinə görə çox məhsuldardır.
Belə bir vəziyyətdə istifadə olunan "Bazarın artan payı" matrisi işimizə yarıya bilər. Boston məsləhət qrupunun "Bazarın artan payı" matrisi (Matris 4.1) aşağıdakı kimi qurulmuşdur. Üfüqi ox hər bir məhsulun aldığı (strate­giyanın bazar vahidi, SBV) bazar payını göstərir. Bazarın payı liderliyi həyata keçirən analoji məhsulların həcmi ilə ölçülür. Yəni, əgər şirkət liderdən fərqli olaraq bu məhsuldan az satırsa, bu zaman məhsul matrisin sağ hissəsinə və müvafiq payın əksinə yerləşəcək, əgər daha çox satırsa - bu zaman matrisin sol hissəsinə düşəcək. Üfüqi ox 0,1-dən 10-adək dəyişir, bölünmə loqarifma şkalası üzrə yerinə yetirilir.
Şaquli ox bu sahədə məhsulun illik artım tempini göstərir: 0% -dən 20% -dək və daha çox; 10% sürətli və yavaş artım arasında istifadə kimi ayrılır.

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin