A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Biznesin inkişaf strategiyasının hazırlanması zamanı iyerarxiyanın təhlilində marketinqin rolu



Yüklə 3,11 Mb.
səhifə49/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   45   46   47   48   49   50   51   52   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

4.4. Biznesin inkişaf strategiyasının hazırlanması zamanı iyerarxiyanın təhlilində marketinqin rolu

Biznesin inkişaf strategiyasının hazırlanması zamanı iyerarxiyanın təhlilində marketinqin rolu,əsasən, idarəetmənin ən mühüm vəzifəsini müəyyən etmək və şirkətin məhsulunun alıcıya təqdim olunması hesabına əldə olunan, rəqabət şəraitində olan mübarizədə üstünlüyü təmin edən təşkilatla, ətraf mühitin dinamik qarşılıqlı əlaqəsinin yaranması və dəstəklənməsi mühüm məsələdir. Ona görə də, biznesin inkişaf strategiyasının hazırlanması zamanı iyerarxiyanın təhlilində marketinqin rolu mühüm olduğu üçün, marketinq strateji idarəetmənin aparıcı funksiyalarından biri kimi obyektiv mövqe tutur.


Bir sıra şirkətlər üçün onların hansı məqsəd daşıdığından və hansı strategiyaları həyata keçirdiyindən asılı olaraq marketinq onların uğurlu fəaliyyətini təmin edən əsas funksiyadır. Üstəlik, menecment fəlsəfəsinə uyğun olaraq şirkət öz fəaliyyətində müştərilərin sorğularını tam müəyyən etmək və sonradan müştərilərə istənilən üsulla satmağa çalışmalıdır. Bu baxımdan, şirkət üçün "münasib" olan məhsulları istehsal etməyə cəhd etməmək üçün marketinq, biznesin inkişaf strategiyasının hazırlanması zamanı iyerarxiyanın təhlilində menecment ayrıca daha böyük bir funksiya kimi nəzərdən keçrilməlidir.
Marketinq şirkətlərin fəaliyyətinin bütün sahələrinə getdikcə substansiya olur. Fiziologiya dili ilə desək, marketinq şirkətlərin beyninin və onun hisslərinin, ruhunun və nəhayət, orqanizmini hərəkətə gətirən və həyat enerjisi ilə dolduran impuls mənbəyinin bir hissəsinə çevrilir. Piter Draker marketinqi "Bu, bütün biznesdir, alıcıların nöqteyi nəzərindən, son nəticə nöqteyi-nəzərdən və s. şəkildə göstərilir" şəklidə xarakterizə edir. Aşağıdakı şəkildə marketinq tələbin öyrənilməsi və məhsullarının satışı funksiyasından kənara çıxaraq biznesin inkişaf strategiyasının tərtibatı zamanı marketinqin belə şəraitdə rolu strateji idarəetmədə xüsusi əhəmiyyət kəsb edir.
Eyni zamanda, vurğulamaq lazımdır ki, marketinqin inkişafı, öz növbəsində, strateji idarəetməyə keçidlə menecment fəlsəfəsinin dəyişməsinə səbəb olub.
Şirkətin fəaliyyəti dövründə biznesdə dəyişikliklər yaranırsa, bu zaman şirkətin mühitinə təsir dərəcəsi artırsa, bu prosesə cavab olaraq, marketinq funksiyasını inkişaf etdirilməsi lazımdır. Belə şəraitdə marketinqin inkişafı, xüsusilə, şirkətin özündə idarəetmə konsepsiyasının dəyişdirilməsini tələb edir və istehlakçıların sorğularına əsasən ətraf mühitə uyğunlaşaraq yeni idarəetmə imkanları müəyyən edilməlidir.
Tanınmış iqtisadçı alim F. Kotler öz əsərlərində belə nəticəyə gəlmişdir ki, şirkətin əsasını təşkil edən və şirkət tərəfindən həyata keçirilən funksiyalardan biri kimi marketinqin rolu çox böyükdür və bu məsələ əyani şəkildə aşağıdakı qrafikdə öz əksini tapmışdır.
Marketinqin vasitəsilə istənilən problemə öz münasibətini bildirmək olar, çünki onun əsas mövqeyi heç də bütün şirkətlər üçün səciyyəvi deyil.
Lakin əgər biz bu dəyişikliyi tendesiya kimi qəbul etsək, bax, onda qeyd etmək lazımdır ki, biznesin inkişaf strategiyasının idarə olunması mövqelə­rindən baxsaq, görərik ki, bu biznesdə son zamanlar baş verən real proseslərə tam uyğundur.
Biznesin inkişaf strategiyasının hazırlanması zamanı marketinqdən istifadə olunması çox böyük önəm daşıyır. Şirkətin biznesinin inkişaf strate­giyasının idarə olunmasına marketinqin daxil edilməsinin daha konkret məsələləri barədə danışmaq lazımdır.
İlk növbədə, qeyd etmək lazımdır ki, marketinq fəaliyyəti elə bir fəaliyyətdir ki, bu zaman şirkətin fəaliyyətinin yüksək səviyyəsinə nisbətən daha aşağı səviyyəli fəaliyyətdir və şirkətin məqsədlərinə nail olması üçün vasitə kimi baxmaq olar və şirkətin biznesinin inkişaf strategiyası marketinq xidmətinə münasibətdə məqsəd rolunu oynamalıdır.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin