Qrafik 4.1
Şirkətlərdə marketinqin dəyişən rolu
1.Marketinq bərabər funksiya kimi. 2.Marketinq daha əhəmiyyətli funksiya kimi.
Marketinq
Maliyyə
İstehsal
Maliyyə
Marketinq
Kadr
Marketinq
Kadr
3. Marketinq əsas funksiya kimi. 4. İstehlakçı nəzarətçi funksiya kimi.
İstehsal
Maliyyə
İstehsal
Marketinq
Maliyyə
Kadr
İstehlakçı
Marketinq
İstehsal
Baxmayaraq ki, marketinq xidməti səviyyəsində də marketinq strategiyası hazırlanır, onlar şirkətin strategiyası deyil, yalnız onların yerinə yetirilməsi vasitəsi kimi çıxış edir. Bununla əlaqədar olaraq, demək olar ki, marketinq strateji idarəetmədə iki funksiyanı yerinə yetirir:
Bu bir vasitə olaraq şirkətin biznesinin inkişaf strategiyaların müəyyənləşdirilməsi və hazırlanması üçün informasiyaların emalı və toplanması vasitəsidir;
Bu bir vasitə olaraq şirkətin biznesinin inkişafı strategiyalarınin həyata keçirilməsi vasitəsidir.
Məsələn, əgər şirkətin bazarda genişləndirmə mövqeyi strategiyasını həyata keçirirsə, o, ya bu məhsulun istehlakının həcminin artırılması hesabına, ya rəqiblərin alıcılarının cəlbedilməsi yolu ilə, ya rəqibi udmaq yolu ilə, ya da, nəhayət, əvvəllər bu məhsulları istehlak etməyən yeni alıcıların cəlb edilməsi hesabına onu reallaşdıra bilər. Bu vəsaitlərin kombinasiyalarından da istifadə etmək mümkündür.
Şirkətdə həyata keçirilən bu strategiyalarda marketinqin rolu, göründüyü kimi, olduqca böyükdür. Biznesin inkişafı üçün baxılan strategiya marketinq xidməti üçün məqsəd qismində çıxış edəcək, lakin strategiyanın həyata keçirilməsi vasitəsini müəyyənləşdirən marketinq strategiyaları olacaqdır.
Marketinq strategiyasını seçmək üçün konkret vəziyyətdə aşağıdakı suallara cavab verməyə kömək edəcək bazarda müvafiq olaraq marketinq xidmətini tədqiqini aparmaq lazımdır:
Niyə bəzi müştərilər şirkətin məhsulunu alır, digərləri isə onu deyil rəqiblərinin məhsulunu alırlar;
Alıcılar şirkətin məhsulunu necə istifadə edirlər, onların nə xoşuna gəlir və nə xoşuna gəlmir;
Hansı əlavə fəaliyyətlər şirkətin məhsuluna diqqəti cəlb edə bilər;
Hansı qrup alıcılar bu məhsulu heç işlətmirlər, niyə və s.
Bu suallara cavab verdikdən sonra marketinq xidməti marketinq strategiyalarının yerinə yetirilməsində vasitə kimi çıxış edən marketinq qrupu təkliflər verə bilər.
Bu məqamda yaddan çıxarmaq lazım deyil ki, strateji planlaşdırmada marketinq mühüm rol oynayır. Marketinq xidməti strateji planlaşdırma xidmətini daxili bölmələr üçün məqsədlərin işlənməsinin əsasında duran zəruri informasiya ilə təmin edir. Marketinq xidmətinin bu məqsədinə çatması üçün marketinq xidmətinin müvafiq bölmələrində həyata keçirilən marketinq planları yerləşir.
Deyilənləri ümumiləşdirərək, belə nəticəyə gəlmək olar ki, marketinq biznesin inkişaf strategiyasının idarə olunmasında xüsusi və müstəsna rol oynayır. Onun bütün proseslərini işləyərək marketinq şirkətin fəaliyyətini, istehlakçı tələbatına uyğunlaşdırır və bununla şirkətin ətraf mühitə daha çevik uyğunlaşmasını təmin edir. Marketinq və biznesin inkişaf strategiyasının idarə olunması dialektik məntiqə əsasən qarşılıqlı əlaqədə olur (sxem 4.2).
Dostları ilə paylaş: |