A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Sxem 4.2 Şirkətin biznesinin inkişaf strategiyasının idarə olunmasına



Yüklə 3,11 Mb.
səhifə51/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   47   48   49   50   51   52   53   54   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Sxem 4.2
Şirkətin biznesinin inkişaf strategiyasının idarə olunmasına
marketinqin daxil edilməsi

Strateji idarəetmə




Əks-əlaqə



Əks-
əlaqə





Məhsulların satışı



Məhsulların hazırlanması


Bir tərəfdən marketinqin inkişafı digər proseslərlə yanaşı biznesin inkişaf strategiyasının idarə olunmasında keçid imkanları yaradır. Marketinq biznesin inkişaf strategiyasının idarə olunmasının əsaslarından biri sayılır. Eyni zamanda, biznesin inkişaf strategiyasının idarə olnmasına keçid marketinqin inkişafı üçün güclü təkan verir və şirkətdə onun rolunu dəyişdirir.
Məhz marketinq, biznesin inkişaf strategiyasının idarə olunmasını ön plana çəkir və onun əhəmiyyətini daha da artırır. Bu baxımdan, biznesin inkişafının həyata keçirilməsində onun rolunu keyfiyyətcə dəyişdirir.
Bu istiqamətdə bütün yuxarda deyilənləri yekunlaşdırsaq aşağıdakı nəticələrə gəlmək olar:
1. Məhsul şirkətin strategiyasında mühüm rol oynayır. Məhsulu yaratmaq və bazarda reallaşdırmaqla şirkət aydınlaşdırmalıdır ki, məhsulu alıcı necə qarşılayır.
Məhsul özündə mürəkkəb vəziyyəti daşıyır, belə ki, o alıcının məhsul seçimində həlledici rol oynayan bir neçə hissədən ibarətdir. Məhsulun əsas tərkib hissələri bunlardır:

  1. funksional istehlak xassələri;

  2. markanın imici və etiketi;

  3. qablaşdırma;

  4. zəmanət.

Məhsul daim dəyişməkdə olan canlı varlıq kimi yaranma, inkişafı, yetkinlik və yavaş - yavaş məhv olma mərhələsindən keçir.
2. Şirkətin biznesinin inkişafına əsaslanan, rəqabət strategiyası rəqabətli gücü və rəqabət mühitində tutduğu mövqe vəziyyətinə əsasən qurulur. Hər birinin öz strategiya və taktikası olan dörd rəqabətli mövqe mövcuddur.
3. Şirkətin istehsal etdiyi məhsulların struktur təhlili ayrı - ayrı məhsullara uy­ğun, biznesin inkişaf strategiyasının müəyyənləşdirilməsi üçün çox böyük əhə­miyyətə malikdir. Şirkətin məhsullar portfelinin aparılan təhlili metod­la­rından biri Boston məsləhət qrupu tərəfindən hazırlanmış "Artım - bazar payı" mat­risidır. Bu matrisin köməyi ilə portfelin təhlili məhsula münasibətdə hansı uzun­müd­dətli strategiyanın qəbul edilməsi barədə nəticə çıxarmağa imkanı verir. Həm­çinin məhsul portfelinin təhlili üçün Makkinzi məsləhət firması tərəfindən ha­zırlanmış "Sahənin cəlbediciliyi - rəqabət mövqeyi" matrisindən istifadə oluna bilər.
4. Marketinq biznesin inkişaf strategiyasının idarə olunmasının inkişafı ilə çox sıx bağlıdır, biznesin inkişaf strategiyalarının reallaşdırılması vasitəsi kimi çıxış edir, belə ki, şirkətin inkişaf strategiyalarının hazırlanması prosesini informasiyalarla, xüsusilə də, şirkətin məhsul strategiyasının hazırlanmasını təmin edən vasitələrdən biridir.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin