A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Cədvəl 5.1 Biznes mühitinin dəyişikliklərinin tarixi perspektivləri



Yüklə 3,11 Mb.
səhifə53/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   49   50   51   52   53   54   55   56   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Cədvəl 5.1
Biznes mühitinin dəyişikliklərinin tarixi perspektivləri

Dəyişkən
xüsusiyyətlər.

1900-cü il

1930-cu il

1950-1970-ci illər

1980-2000-2010-cı illər

İ stehsalın bazar xüsusiyyəti



İlkin tələbatı
olan əmtəələr

Diferensial
tələbat

Texnologiyaların
qeyri sabitliyi

Birinci


nəsil sahələrin
tələbatının
zənginləşdirilməsi

Beynəlxalq sifariş­lə­rin inkişafı


Dövlət bazarlarının inkişafı
İndustrial bazarların sabitliyi

Yeni texnologiyaların əsasında


sahələrin
inkişafı

Gözlənilməyən
strategiyalar
Şirkətin
xarici mühiti

Şirkətin
bazar fəaliyyəti


İnkişafın və ehti­yat­ların məh­dud­luğu


Sosialist ölkə­lərin inki­şaf fak­to­runda olan prob­lemlər


İnkişafda olan


ölkələrin
bazar faktoru

Coğrafi
amillər

Milli
dövlətlər

İnkişaf-etmiş
Ölkələr

İnkişaf etməkdə olan dövlətlər



Sosialist və üçüncü dünya ölkərəri ida­rəetmə sis­tem­ləri təzyiqinin artırılması

Daxili
mühit.

İstehsalın
səmərəli
materialları.

Ədalətli əməyə


görə ədalətli əmək haqqı

Səmərəliyin
bazar
kriteriyası

Əməyin məzmunun artırılması



Əməyin xasiyyətinin dəyişməsi
strateji qərarların verilməsi

Biz bu cədvəli təhlil etdikdən sonra ümumilikdə biznes mühitinin dəyişikliklərinin tarixi perspektivlərinin istiqamətlərini öyrənərək praktiki fəaliyyətdə nəzərə ala bilərik ki, bu da bizim biznes strategiyamızın səmərəliliyini artırmağa yardımçı olar.




5.2. Strategiyaların biznesin tələblərinə
uyğun inkişafı
Bazar iqtisadiyyatı şəraitində, ictimai xarakterli xidmətlər üçün yeni tələblər artıb və çətinləşib onlardan istifadə üçün əsasən, çox çətinləşən rəqabət mühütündə işləmək, yeni potensial bazarları yaratmaq və fərqli gəlirlilik istiqamətləri yaratmaq lazımdır.
Belə ki, sənayenin müasir təlabatı şirkət üçün dolanışıq mənbəyinə çevrilir, yeni informasiya texnologiyalarına uyğun, ətraf mühitin ictimai-siyasi tələblərinə cavab verən şirkətlər bu təlabatı ödəyə bilir. Bu baxımdan onların dəyəri artır, çünki bu kanallar vasitəsilə yeni iş fəaliyyəti üçün informasiya axtarışı və rəhbərlik üçün aydınlıq gətirilir və sahibkarlıq üçün təhlükəli siqnalların məhdudiyyətləri yaranır, yeni sosial tələblərə nail olmaq mümkün olur.
İlk baxışdan post - sənaye dövründə şəraitdən asılı olaraq, dinamikaya uyğun olan dəyişikliklər, sənayedə inqilab mücərrət görünə bilər. Lakin yaddan çıxarmaq lazım deyil ki, indi çox mürəkkəb dinamika mövcuddur. Əvvəllər sahibkarın əsas narahatlığı bazar üçün məhsul və əmtəə bazarlarını özləri təmin etməsi idisə, indi rəqabət mühütü bu şərtləri dəyişmişdir.
İdeyalar uğrunda səylər göstərməklə, onlar kifayət qədər istedad və təcrübəyə malik olan insanlardırlar. Lakin onların arzularından asılı olmayaraq rəqabət mühütündə onlar üçün açılan imkanlardan istifadə etmək imkanı olmadan fəaliyyətlərinə uyğun xüsusi bir mühütü yaratmaq ki, sırf sahibkarlıq, təşkilati problemlərin həlli, yeni bir istiqamətin işlənməsidir.
İstehsal mexanizminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı olaraq səmərəli olan yeni nəzarət mexanizmləri gəldi və bunlar da çox səmərəli olduğundan, gəlirli artıma nail olundu. Daha sonralar isə sahibkarlığa marketinq tədqiqatları yeni bir təkan verdi. Belə ki, indiyə qədər dünya bazarında 50 mərhələdə şərait dəyişib. Əsas uğur parametrləri və yeni prioritetləri keçmiş rəhbərlik fəaliyyətini tədricən dəyişdi və bizim respublikada bu məsələlərə diqqəti keçid dövrü dəyişdi.
Sosialist istehsal münasibətlər dövründə yeni prioritetlərə az yer verildiyindən köhnə istehsal prosesləri yeniləri ilə əvəz olunmurdu. Lakin sahibkarlıq fəaliyyətinin beynəlmilləşdirilməsinin təsiri altında, resursların və sürətli texnoloji bazar şəraitində rəqabətin olmaması, istehsal prosesləri kəsilmədən inkişaf davam etməyə başlamış və hal-hazırda da davam edir. Müasir istehsal və satış problemlərinin artırılması və daha mürəkkəb texnalo­giyaların və onların bazarda digər texnoloji nailiyyətlərə əsaslanan, texnaloji köhnəlikləri geridə qoyan, iqtisadiyyatın strukturunu və bazarda dəyişiklikləri təmin edən, şirkət dövlət, şirkət və cəmiyyət arasında əlaqələrin üst-üstə düşməsi üçün səylər dayanmır. Müasir sahibkarlıq daima narahatlıq içərisində, müsabiqələrdə iştirak edə - edə, öz biznesi haqqında müntəzəm narahatlıq keçirən düzülmüş yolların axtarışındadır. Ümumiləşdirərək, biz son illərdə iş fəaliyyətində baş verən bütün dəyişkliklərdə ciddi bir artım olduğunu qeyd etməliyik. Şirkətlərin bu cəmiyyətdə rolu marketinq və istehsal texnologiyaları ilə tanışlıq, dünyanın tanımadığı texnologiyaları, gözlənilməz rəqibləri, yeni is­tehlakçı ehtiyacları və sosial nəzarət üçün yeni çərçivələrin tanımadığı dünyanı dəyişdirən problemləri öyrənmək üzərində qurulmuşdur desək yanıl­marıq.
Bütün yuxarıda deyilənləri nəzərə alsaq belə nəticələrə gəlmək olar ki, şirkətin fəaliyyətinin ilk yüz ili ərzində onun əsas inkişafı bu problemlərin ardıcıl həllindən keçir:
1. Sahibkarlar tərəfindən müasir şirkətlərin yaradılması;
2. Kütləvi istehsalın təşkilati prinsiplərinin təkmilləşdirilməsi;
3. Kütləvi marketinqin tətbiqi və texnikanın inkişafı .
Bütün bu müddət ərzində, şirkət cəmiyyətə, tələb olunan işlərin həyata keçirilməsi üçün biznes maraqlarına uyğun fəaliyyət göstərir. Beynəlxalq miqyaslı , idarəetmə prinsipləri müəyyən sosial qüvvələrin geniş maraqlarına səbəb olur və sənayenin inkişafında cəmiyyət şirkətlərin rolunu qəbul etmiş olur ki, rəqabətin intensivliyi artır və bu da sahibkarlıq fəaliyyətini canlandırır. 50-ci illərdən başlayaraq, bu sahədə yeni çağırışlar səslənməyə başladı ki, bunlardan biri də sistem təkamülüdür. Vəzifələrin idaretmə sistemlərini hazırlayaraq, koordinasiyalı və səmərəli nəticələr əldə etmək üçün mexanizmləri daima təmilləş­dirmək lazımdır.
Burada məqsədi – şirkət səviyyəsində iqtisadi idarəetmə sistemlərinin təkamülünə fikir vermək və bu məsələləri elmi-nəzəri cəhətdən öyrənməkdir. Biznesin inkişaf strategiyasını öyrənmək və idarə etmək bacarıqlarına yiyələnmək, son sistemlərin ən əhəmiyyətlisini seçmək bacarığı, bu kitabı sona qədər oxuduqdan sonra və əsasən, ardıcıl fəsillərində ətraflı tədqiq olunacaqdır.
Keçmişdə bəzi mütərəqqi sistemləri qabaqcıl şirkətlər icad edilmişdir. Tarixən bu şirkətlərin uğurlu sübutları vardır, bu çoxları tərəfindən qəbul edilmişdir. Biznesin inkişaf strategiyasının səmərəliliyinin artırılmasında elmin rolu günü - gündən artmaqdadır və bu yeni sistemlərin inkişafına kömək edir.
Yeni sistemin tətbiqi şirkətin səmərəli fəaliyyətini artırır və əvvəlki sistemdən yaxşı olduğu üçün şirkətin problemlərini daha yaxşı həll etdiyindən bu məsələyə daha böyük önəm verilir. Biz artıq tarixi mərhələlərlə perspektivli sistemlər barəsində müəyyən fikirlərdən istifadə edərək, bəzi sistemləri gələcəkdə qarşılıqlı eksklüziv olaraq təhlil edəcəyik ki, bu sistemlərin hərtərəfli olduğunu göstərək. Biznesin inkişaf strategiyasını hərtərəfli təmin etmək üçün bu sahədə olan problemləri həll etmək vəzifəsini müəyyən edərək əlavə bir xüsusi tapşırıq həll etmək lazımdır. Burada biz çalışmışıq ki, hər hansı bir şirkətin sistemlərinin hüququ birləşməsi ilə özünəməxsus, istifadəni edərək sadə və sürətli texnikanın təklif edilməsi vacib məsələlərdəndir.
Xarakterik dəyişikliyin dəqiq qiymətləndirilməsi önəmli məsələ olduğundan şirkətlərin tarixi təkamülü, ümumi xüsusiyyətlərə görə aşağıdakı (meyarlara görə) dörd hissəyə bölünür:
1. Əmtəə bazarlarında amillər;
2. Coğrafi amillər;
3. Şirkətdaxili şərtləri;
4. Xarici ictimai - siyasi şərait.
Yuxarıda söylənilənlərə əsaslansaq cox mühüm nəticələri əldə edə bilərik:
1. XX əsrin ikinci yarısında vəziyyətin dəyişməsi ilə əlaqədar yaranan yeni problemlərin sayının durmadan artması nəticəsində onların bir çoxu, yeni əsrin birinci yarısında əldə olan təcrübə əsasında qərarların qəbulunu əsas kimi götürmə­di.
2. Vəzifələrin çoxluğu, bazar iqtisadiyyatının coğrafi əhatəsinin genişlən­dirilməsi ilə yanaşı menecment problemlərinin daha da mürəkkəbləşməsinə gətirib çıxarır.
3. Biznesin inkişaf strategiyası mürəkkəblik və idarəetmə bacarıqlarının şəbəkə əsasında əsrin birinci yarısında problemlərin həlli üçün vəziyyətin düzəldilməsi sualına cavab az idi. Getdikcə inkişaf menecerləri və ali rəhbərləri yeniliklər üçün yeni cavablar axtarmağa vadar etdi.
4. Yeni problemlər daha tez-tez yaranırdı. Onların əsası yeniliklərin mürəkkəbliyi və tempi strateji sürprizlər ehtimalını artırırdı (cədvəl 5.2).

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin