Cədvəl 6.1
Dünyada ən bahalı ticarət markaları
Marka
|
Şirkət
|
2019-cu ildə qazanılan yer
|
Markanın qiyməti,
mlrd. doll.
|
Apple
|
Apple
|
1
|
182.0
|
Google
|
Google
|
2
|
132,0
|
Microsoft
|
Microsoft
|
3
|
104,0
|
Focebook
|
Focebook
|
4
|
94,0
|
Amazon
|
Amazon
|
5
|
70,0
|
Coca-Cola
|
Coca-Cola
|
6
|
57,3
|
Samsung
|
Samsung
|
7
|
47,6
|
Disney
|
Disney
|
8
|
47,5
|
Toyota
|
Toyota
|
9
|
44,7
|
AT&T
|
AT&T
|
10
|
41,9
|
Əlbəttə, bilmək vacibdir ki, nəyə görə alıcı pul ödəyir, hansı istehlak xassələri məhsulun tərkib hissələrindən biri kimi onu nəzərdən keçirməyə imkan verir?
1. Marka alıcı üçün müəyyən səviyyədə istehlak xassələrinin və məzmun təminatçısı kimi xidmət edir. Marka keyfiyyəti aşağı olan malın istehlak xüsusiyyətlərini, onun spesifikasiyasının və məhsulun funksional xassələrinin uyğunlaşdırılmasına, əmtəənin istismarda etibarlılığına zəmanət verə bilər.
2. Müəyyən markalı məhsulların alınması müştəriyə onlardan istifadə prosesini asanlaşdırmağa imkan verir, çünki eyni markalı malların çoxunun analoji istismar xüsusiyyətləri var.
3. Müəyyən markalı məhsulu alanda, müştəri xidməti, təmiri və dəyişdirilməsi məhsulun uyğun sisteminə daxil edilir.
4. Alıcı üçün markalı məhsulun təqdim edilməsi, həmçinin, digər sistemdə digər məhsullar bu məhsulun durumunu asanlaşdırır.
5. Bir sıra markalı mallar yalnız yüksək keyfiyyətə malik olduğu üçün alınır.
6. Müəyyən markalı malları alaraq, müştəri müəyyən üslub məhsullarına öz tələbatını ödəyir. Bu halda marka üslub təminatçısı kimi çıxış edir.
7. Marka alıcı üçün məhsulun seçilməsi və alınması prosedurunu asanlaşdırır.
Markanın xüsusi çəkisi və rolu məhsulun tərkib hissəsi kimi durmadan artır. Ona görə də, məhsulun yaradılması prosesində firma üçün marka müstəsna əhəmiyyət kəsb edir. Bir çox firmalar məhsulu deyil, markanı reklam edir çünki müştərini məhz onların markalı mallarını almağa cəlb edir. Əvvəlcə şirkət, yaratdığı marka üzərində işləyir, əgər bu iş uğurlu olarsa, sonradan marka şirkət üçün işləyir.
Bundan başqa, istənilən metodların istifadəsi və bəzi digər yaradılan üstünlüklər şirkətə onun məhsulunun bazarda irəliləməsinə kömək edə bilər. Xüsusilə, istehsalat markası müəyyən mənada rəqiblərdən qorunmağa imkan yaradır. Marka şirkətin nüfuzunu qaldırmağa imkan verir, onun imicinin yaranmasına və ucalmasına xidmət edir. Məsələn, bazarda "Tоyota" şirkətinin "Коrolla" modelli avtomobillər bazarında şirkətin nüfuzunun artmasına və mövqeyinin gücləndirilməsinə kömək edir. Bu baxımdan, alıcılar tərəfindən geniş şöhrət qazandığından "Тоyota" şirkətinin avtomobillərinə dünyada maraq çoxdur.
Böyük investisiyalar qoymaqla bu marka, bir çox şirkətlərlə müqayisədə özünə rəqabət üstünlüyü yarada bilmişdir. Ona görə də, bu şirkətlər öz markalarının qorunmasına böyük diqqət yetirirlər.
Apardığımız biznes təcrübəsindən görünür ki, 1962-ci ildə stolüstü, cib və qol saatı hazırlayan saat zavodu öz məhsulları üçün "Raket" ticarət markasını qeydiyyatdan keçirmişdir. Lakin son illərə qədər zavodda öz məhsullarının satışı ilə bağlı çətinliklə rastlaşırdı. Gəlir əldə etmədən, 1995-ci ildə qeyri-qənaətbəxş nəticələri ilə bu zavod öz fəaliyyətini başa vurmuşdur. Lakin Rusiya televiziyasında yeni il verlişində saat zavoduna öz maliyyə vəziyyətini düzəltməyə şans verildi. Saat zavoduna aid "Casio" reklam çarxının nümayişi zamanı aparıcının saatının iki dəqiqə geri qalan gəmi kapitanı öz saatını atması və ona əvəzində heç vaxt geri qalmayan "Casio"nu təklif etməsi, Yapon brendinin inkişafı idi. Hər bir şey sadə ola bilərdi, əgər aparıcı, köhnə saatını kapitan atanda, "Raket nə etməlidir? Uçmalıdır" cümləsini deməsəydi.
Bu fikri maddi və mənəvi ziyan çəkmiş saat zavodunun rəhbərliyi təhqir kimi qiymətləndirmişdir və bu adamlardan 7 mln dollar məbləğində təzminat almaq istəyirdi. Bu mübahisəyə məhkəməylə davam edildiyindən, "cavabdehlər" onun məhsullarının ticarət markasını təhqir etməkdə ifşa olunan zavodun açıqlamasına müxtəlif cür reaksiya veriblər. Televiziya özünün təqsirsiz olmasını sübut edə bildi. Eyni zamanda, "Soti" günahlarını etiraf edərək, öz hesabından televiziyada dörd 15 dəqiqəlik verlişdə saat zavoduna aid reklamı göstərməyi öhdəsinə götürdü.
Dostları ilə paylaş: |