A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)



Yüklə 3,11 Mb.
səhifə8/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

1.2. Biznesin inkişaf strategiyasının
məqsədi

Biznesin inkişaf strategiyasının məqsədi və növləri anlayışı şirkətin formalaşmasına istiqamətlənən, onun mövcudluğunun yeni mənasını əks etdirən missiya ümumi uyğunlaşdırma yaradırsa, onda vaxtın hər anında çalışan şirkət özünün məqsədli növündən təsbit olunur. Daha dəqiq desək, biznesin inkişaf strategiyasına uyğun olaraq məqsəd – bu, şirkətin arzuladığı və onun fəaliyyətinə istiqamətləndiyi və bu şirkətin nail olmaq istədiyi ayrıca yeni xüsusiyyətlərin konkret vəziyyətinin təzahürüdür.


Şirkət üçün “yeni məqsəd” anlayışını həddən artıq şişirtmək olmaz, məqsəd strategiyaya uyğun planlaşdırılmış fəaliyyətin çıxış nöqtəsidir, bazarın tələbləri dəyişdiyi üçün, bu məqsədlə şirkətin istifadə etdiyi motivasiya sistemi bazalaşdırılır və nəhayət, yeni məqsəd bütövlükdə şirkətin və ayrı-ayrı işçilərin əməyini qiymətləndirərək nəzarət prosesini ön plana çəkir.
Biznesin inkişaf strategiyasına uyğun yeni məqsədləri, deyilənlərə nail olmaq üçün tələb edilən vaxt müddətindən asılı olaraq uzunmüddətli və qısamüddətli məqsədlərə bölmək olar.
Biznesin inkişaf strategiyasına uyğun məqsədlərin təsnifləşdirilməsinin əsas prinsipində istehsal tsiklinin davam etməsi ilə bağlı olan zaman xüsusi əhəmiyyət daşıyır. İstehsal tsiklinin sonunda nail olunması düşünülən məqsəd – uzunmüddətlidir. Burdan da göründüyü kimi, ayrı-ayrı sahələrdə uzunmüddətli məqsədlərə nail olmaq üçün aralıq müddət müxtəlif olmalıdır. Lakin təcrübə göstərir ki, qısamüddətli məqsədlərə, adətən, 1-2 il müddətində, uzunmüddətli məqsədlərə isə 3-5 il müddətində nail olunur.
İnkişaf strategiyasına əsasən məqsədlərin qısamüddətli və uzunmüddətli dövrlərə bölünməsinin prinsipial mənası məqsədlərin saxlanılması müxtəlifliyidir. Konkretləşdirmə və detallaşdırma halları (kim nəyi və necə yerinə yetirməlidir) daha çox qısamüddətli məqsədlər üçün çox xarakterikdir, uzunmüddətli məqsədlərə nisbətən. Əgər lazım olarsa, bəzi hallarda uzunmüddətli və qısamüddətli məqsədlər arasında ortamüddətli məqsədlər sayılan azalan məqsədlər də yaradıla bilər.
Biznesin inkişaf strategiyasında yaradılmış yeni məqsədlərə istiqamətlənmə sahənin spesifikasından, vəziyyətinin xüsusiyyətlərindən, hər bir şirkətdə yeni missiyanın yaradılması və xarakterindən asılı olaraq onun yeni məqsədlərinin növündən çıxış edən arzu olunan vəziyyətin parametrlər dəsti və bu parametrlərin keyfiyyət qiymətləndiricisi kimi şirkət özünün əsas yeni məqsədlərini yaradır. Lakin vəziyyətə baxmayaraq şirkət öz yeni məqsədlərini aşağıdakı dörd əsas amillərə əsaslanaraq qurmalıdır:
a). Şirkətin gəlirliliyi;
b). Müştərilərlə iş;
c). Əməkdaşların rifahı və tələbatları;
d). Sosial cavabdehlik.
Göründüyü kimi, bu amillər, bazar iqtisadiyyatında təhlillər aparan zaman, biznesin inkişaf strategiyasının yeni missiya məsələləri müzakirə ediləndə müxtəlif alimlər tərəfindən qeyd edilmişdir ki, şirkətlərdə fəaliyyət göstərən subyektlərin yeni və daha gəlirli maraqlarını əks etdirmək vacib məsələlərdən sayılmalıdır.
İnkişaf strategiyasına əsaslanan işgüzar şirkətlərdə yaradılan yeni məqsədlərə istiqamətlənən bölgüyə aşağıdakılar daxildir:


  1. Yüklə 3,11 Mb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin