A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Ayrı-ayrı dövrlərdə məhsul strategiyası



Yüklə 3,11 Mb.
səhifə86/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   82   83   84   85   86   87   88   89   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Ayrı-ayrı dövrlərdə məhsul strategiyası
Şirkət məhsulu yaradır və kütləvi istehsalını həyata keçirir. Lakin onun fəaliyyəti bazarda olan güclü məhsulun təsiri altında olur. Həyat tsiklinin ayrı-ayrı mərhələsini keçərək məhsul və ya funksiyalar idarəetmənin bütün sahələrinə təsir göstərir, onların müvafiq modifikasiyasının yaranmasını tələb edir. Onların hansı mərhə­lədə olmasından asılı olaraq, məhsulun məqsəd və strategiyası müəyyənləşdirilir. İdarəçiliyin forma və metodlarının yaradılması, məhsul satışı ilə seçilir və bundan sonra idarəetmə və informasiya sxemlər və s. qurulur. Məsələn, məhsulun formalaşması mərhələsində onun üslubuna yaradıcı münasibət olmalıdır. Bu zaman əməyin təşkili formaları çevik qərarlar qəbul edilməsini əhatə etməlidir.
Məhsulun həyat tsikli üçün şirkətin strateji qərarlarını üç səviyyədə təsir etmək olar:
Birinci səviyyə - şirkətlərin davranış strategiyasıdır. Bu halda məhsulun yerləşdirilməs fazasında şirkətin davranış mühitini yaxşılaşdırmaq üçün strategiyanın seçiməsi vacib məsələdir. Deməli, məhsul şirkətin strategiya seçiminə təsir göstərir, yadda saxlamaq lazımdır ki, məhsulun başqa daha bir neçə güclü amilləri şirkətin strategiyasının seçimini müəyyənləşdirir.
İkinci səviyyədə strateji qərarlar, əslində məhsulun özü ilə də bağlıdır, belə ki, dəyişikliklər etmək, məhsulun məzmununu dəyişmək və s. məsələlər mühümdür. Mə­sələn, yetkinlik fazasına daxil olan məhsula nisbətdə, aşağıdakı strate­giya tətbiq edilə bilər:
1. Məhsulun markasının irəliləməsi: möhkəmləndirmədə artıq forma­laşmış alıcıların cəlb edilməsi ilə deyil, yeni, əlavə xidmətlərin genişlən­dirilməsi, hazırlanması, daha cəlbedici qablaşdırılması, intensiv reklam markalı səylərini birləşdirməsi;
2. Müxtəlif variantlı məhsul artımı: bir çox hallarda tətbiqi müxtəlif his­sələrə müxtəlif dizayn, yeni tərtibat, müxtəlif rənglərin və çalarların axtarışı və istifadəsi, orijinal və qeyri - adi formalarda fərqli qablaşdırma, həmçinin, komplektləşdirici detalların köməkçi çoxvariantlılığı;
3. Məhsul prestijinin artırılması: Onun keyfiyyətinin yaxşılaşdırıl­ması və qiymətlərin saxlanılması, istifadəsi və qablaşdırmanın, nüfuzlu markasının bazarda yüksək qiyməti, böyük satış həcmi, aşağı qiymətlər ilə almağa hazır olan müştərilər, kiçik satış həcminin üstünlüyü.

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin