A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Strateji idarəetmənin inkişaf mərhələləri



Yüklə 3,11 Mb.
səhifə91/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   87   88   89   90   91   92   93   94   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Strateji idarəetmənin inkişaf mərhələləri:
1. Şirkətlərdə biznes planlaşdırma üzrə xüsusi xidmətlər, İkinci Dünya müharibəsinə qədər nəhəng korporasiyaların formalaşması dövründə yaradılmırdı. Korporasiyaların ali icraçıları öz bizneslərinin inkişaf planlarını daim özləri tərtib edirdilər. Ancaq formal planlaşdırma yalnız illik maliyyə smetalarının tərtib edilməsi ilə məhdudlaşdırılırdı. Müxtəlif hədəflərə doğru yönəlmiş xərclərin məqsədi daha çox gəlir əldə etmək idi. Onların qısamüddətli xarakteri və daxili istiqaməti, büdcə maliyyə metodlarının xüsusiyyətidir, yəni şirkətə bu halda bağlı sistem kimi baxılır.
2. Uzunmüddətli planlaşdırma, 1950-ci–1960-cı illərin başlanğıcında bazarlarda yüksək artım sürətləri və milli təsərrüfatın inkişafının tendensiyalarının nisbətən yüksək olması ilə səciyyələnirdi, əvvəlcədən şirkətlərin işinin tipik söylənilə bilməsi şəraitinin olması ilə xarakterizə edilirdi. Bax, məhz bu amillər uzunmüddətli planlaşdırmanın inkişafı üçün şərait yaratdı. Bir neçə ilə şirkətin işinin proqnozlaşdırılması metodu əsasında inkişafı təmin etmək mümükün oldu. Bu halda uzunmüddətli planlaşdırma şirkətin inkişafının keçmişdə tendensiya­larının yaranmış ekstrapolyasiyasına əsaslanırdı. Menecer­lərin əsas məqsədi, şirkətin inkişafına maneə olan səbəbləri yaradan maliyyə problemlərinin üzə çıxardılmasından ibarət idi. Bu yanaşma, bizdə daha çox məlum olan "nail olunmuşdan planlaşdırmalar" metodu kimi, mərkəzləşdirilmiş biznes strategiyasından idarəetmə zamanı geniş istifadə olunması idi.
3. Biznesdə strateji planlaşdırma, 1960-cı illərin sonlarında böhranlı hadisələrin artırılması ilə və beynəlxalq rəqabətin gücləndirilməsi müddətində ekstrapolyasiya əsasında proqnozlar real rəqəmlərdən ayrılmağa başladığı dövrlərə təsadüf edir. Qeyd edilən çatışmazlıqların öhdəsindən gəlmək üçün strateji planlaşdırmanın konsepsiyası inkişaf etməyə başladı. Onun əsasında şirkətin daxili imkanlarının təhlilləri aparıldı, həm də xarici rəqabətdə güclərin spesifikalarını nəzərə alaraq, xarici imkanlardan istifadə yolları axtarılmağa başlandı. Beləliklə, strateji planlaşdırmanın hədəfi bazarın dinamikasına və rəqiblərin davranışına şirkətin reaksiyasının yaxşılaşmasına gətirib çıxarır.
4. Biznesdə strateji idarəetmə, 1990-cı illərdən başlayaraq bütün dünyada korporasiyaların əksəriyyəti strateji planlaşdırma əsasında, strateji idarəetməyə keçidə başladı.
Biznesdə strateji idarəetməyə kompleks kimi yanaşılır və yalnız şirkətin uzunmüddətli inkişafını müəyyən edən strateji idarəetmə qərarları, xarici mühitin dəyişikliyinə sürətli münasibət göstərməsini təmin edən konkret hərəkətləri təyin edilir. Strateji manevr etmək ehtiyacını, hədəflərə yenidən baxmaqla inkişafın ümumi istiqamətində düzəlişlər əsasında aparılması mühüm şərtdir.
Biznesin strateji planlaşdırmasından fərqli olaraq strateji idarəetməyə yönəlmiş sistem tərəfindən təsir göstərilir ki, bu da strategiyanın həyata keçməsi prosesinin müzakirəsinə, sonra isə qiymətləndirilməyə və nəzarətə daxil edilir.
Strateji idarəetmə əsasında müəyyən edilir ki, strateji idarəetmə prosesi qabaqlamağı bacarmalıdır.Bəzən bu reaktiv olmalıdır ki, xarici mühitdə hadisələrə təsir etsin, onlara reaksiya verə bilsin.
Hazırda strateji idarəetmənin inkişafının iki istiqaməti seçilir. Birinci istiqamət "müntəzəm strateji idarəetmək" - bunlar iki qarşılıqlı tamamlayıcı alt sistemdən ibarətdir:
a) təhlilin və strategiyanın planlaşdırılması;
b) strategiyanın həyata keçrilməsinin alt sistemi.
Əsasən, bu istiqamətin mahiyyəti şirkətin strateji imkanlarının idarə olunmasıdır. Bu istiqamət ona görə çox geniş yayılmışdır ki, daha dərin və dolğun hazırlanır.
Strateji idarəetmənin inkişafının ikinci istiqaməti "strateji idarəetmə ilə həqiqi zaman miqyasında" adlandırırlar və gözlənilmədən yaranan strateji məsələlərin qərarı ilə onu bağlayırlar. O müxtəlif sahələrdə inkişaf edir, harada xarici mühitdə dəyişikliklər olarsa,bunlar o qədər gözlənilməz olur.
Belə strategiyalar təcili adekvat reaksiyanı tələb edir və bu zaman şirkətlərin, sadəcə öz strategiyasına yenidən baxmasına vaxt qalmır. Şirkət strategiyanın dəqiqləşdirilməsi ilə yaranmış strateji problemlərin həlli ilə bağlı qərarın verilməsi üçün paralel məşğul olmağa müəyyən zamanda məcbur edilmiş olur. Strateji idarəetmənin bu sistemi onun formalaşmanın mərhələsindədir.

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin