A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Şirkətin biznes proseslərinin diaqnostikası



Yüklə 3,11 Mb.
səhifə103/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   99   100   101   102   103   104   105   106   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

8.3. Şirkətin biznes proseslərinin diaqnostikası,
ekspress-metod
Bu maddənin təklif olunması, yəni biznes proseslərinin qiymətləndiril­məsi metodu əsasında yeni ekspress baxılması məqsədəuyğun hesab edilir. Bu metod mahiyyətcə təhlil əsasında və biznes proseslərinin diaqnostikasına yanaşmanı prinsipcə dəyişdirir. Bazar iqtisadiyyatı şəraitində bir necə keyfiyyətli qiymətləndirmə metodları ilə tədqiq olunan biznes proseslərinin qiymətləndirilməsi faktiki olaraq sürətli və ucuz üsul ilə strukturlaşdırılır.
İqtisadçı alimlərin əksəriyyəti bu fenomeni öyrənən proseslərin təhlilində keyfiyyət qiymətləndirilməsi üsullarına üstünlük verir, biznes proseslərinin mövcud və istifadə olunan metodların dəyişikliklər əsasında proseslərin, riyazi metodlar və modellərini anlamaq üçün kifayət qədər çətin ola bilər. Mütəxəssislər və ya analitiklər biznes proseslərinin tətbiqi ilə məşğul olurlar. Belə vəziyyət daha çox onlarda aparılan islahatlara uyğun metodla­rın proseslərinin mahiyyətindən irəli gəlir. Lakin kitabın bu fəslində hə­min proseslərin, proses idarəetmə üsullarının və dəyişikliklər nəzəriyyəsinin başa düşülməsində fikir ayrılığı problemlərinə baxılması önəmli hesab edilir. Müəllif idrak metodu, tədqiq olunan biznes proseslərinin vəziyyəti operativ qiymətləndirməyə imkan verir. Real olan biznes analitiklərə suya girməyi təklif edirsə və şirkətlərin top-menecmenti nöqsanların təkmilləşdirilməsi üçün zəruri tədbirlər haqqında proseslərin kompleks fəaliyyətinə rəy verməyi tələb edirsə, deməli, vacibdir.
Biznes proseslərinin təhlili əsasında idarəetmə prinsipləri və metodlarının təhlilini gündəliyə qoymaq lazımdır. Biznes proseslərinin analitik təhlil metodundan istifadə aşağıdakılar təklif olunmaqla aparılır:
- modelləşdirmə (SADT (Structured Analysis and Design Techniques modellərinin struktur analizi layihələndirmə və texnologiya) metodları;
- obyektlərin modelləşdirilməsi;
- biznes-proseslərin (metod (ФСА) Dəyərin Funksional Təhlili (DFT) baxımdan təhlil və s.) dəyərinin təhlili. Əsas göstəricilərinin təhlili.
Yuxarıda verilmiş əsas formulun səmərəliliyinin qiymətləndirilməsi üçün, biznes proseslərinin göstəricilərinin hesablanmasında aldığımız əmsal­ları yerinə qoymaq lazımdır. Üsulun dəqiqləşdirilməsi məqsədilə qeyd etmək la­zımdır ki, əmsalları aşağı dəyərləndirilən bu proseslərin modelləşdirilməsində da­ha çox biznes prosesinin səmərəliliyini göstərən SADT metodikasını tətbiq etmək lazımdır.
Biznes proseslərinin kəmiyyət göstəricilərinə aşağıdakıları aid etmək lazımdır:
1. Mürəkkəbliyini müəyyən edilməsi, proseslərin modellərinin prose­si­nin məbləğinin nüsxəsinə münasibətin hansı səviyyədə olmasının səviy­yə­sini və göstəriciləri müəyyən etməklə, iyerarxiya struktu­ru­nun biznes proseslərinə necə təsir göstərməsi;
2. Prosesin məbləğinə sinifin biznes prosesləri arasında, sa­yının nisbəti əsasında müəyyən edilməsi bu göstəricinin problemli biznes-proseslərinin olmasını xarakterizə edir. Əmsalın xarakterinin göstəricisinin bütün nüsxələri modeli öz aralarında olan göstəricilərə uyğun səbəbdən təhlillə müəyyənləşdirilmiş rabitə əlaqələri ilə bağlılığı və üfüqi inteqrasiyanın müəyyən olunması;
3. Biznes proseslərinin siniflərə əsasən, mülkiy­yətçi­lərinin sayına necə münasibət göstərildiyi müəyyən edilməlidir və yal­nız bundan sonra biznes münasibətlərinə məxsus olan biznes proseslərinin idarəetmə səmərəliliyinin xarakterizə edilməsi;
4. Biznes proseslərinin sayına uyğun istifadə olunan ehtiyatların sayına nisbəti kimi və göstəricilərin analitik təhlillər əsasında müəyyən olunur ku, nə dərəcədə səmərəli ehtiyatların konkret şəraitə uyğun biznes-imkanlarında istifadə etmək olar;
5.İdarəetmənin mövcud reqlament sənədlərinin sayının biznes-proseslərinin təsnifləşdirilmiş sayına necə təsir göstərdiyini müəyyənləşdirir və bu göstəriciləri təhlil edənlər biznes proseslərinin tənzimlənməsi səviyyəsi barədə düşünməlidir. Göstəricilərin idarə olunması biznes proseslərinin reqlamentlərlə necə tənzimlənməsini və ya tənzimlənməməsini xarakterizə edərək müəyyən olunması.
Yuxarıda qeyd edilən göstəriciləri cədvəldə nümayiş etdirməklə onların hesablanması və normativ qiymətlərlə əmsalları göstərilmişdir (cədvəl 8.2).


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin