A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Azərbaycanın iqtisadi inkişafında alternativ



Yüklə 3,11 Mb.
səhifə115/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   111   112   113   114   115   116   117   118   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

9.4. Azərbaycanın iqtisadi inkişafında alternativ
strategiyalara müasir yanaşma

Azərbaycanın inkişafına istiqamətlənmiş strategiyaya uyğun cəhətdən prioritetlərini, əsasən alternativ strategiyalara uyğun olaraq mövcud vəziyyəti nəzərə alaraq imkanları ilə tam xarakterizə etməklə, inkişaf mərhələ­sinə nail olmaq üçün bütün ehtiyyatlarını səfərbər etməlidir. Azərbaycanda dayanıqlı iqtisadi artımı və yüksək təhlükəsizlik şəraitində sosial təminatın zəmini yaratmaq üçün, yaxşı idarəetmə və qanunun aliliyini, bütün insan hüquq və azadlıqlarını, vətəndaşların içtimai fəallığını təmin etməlidir. Azərbaycan iqtisadi və sosial inkişafı istiqamətində, ölkənin bütün sahələrində rəqabət mü­hiti təmin edilməlidir. Hətta Azərbaycanın ən ucqar kəndlərdə vətəndaşların gün­dəlik ünsiyyət və həyat səviyyəsi, sağlamlıq halında təhsilin bütün zərurəti tə­min olunmasıdır. Azərbaycan əhalisi yüksək gəlirli olmalı, işsizliyin səviy­yəsi minimuma endirməli və saxlanılmalı, yüksək insan kapitalı yaradılmalı və hər vətəndaş qorunan və sağlam ətraf mühitdən geniş istifadə edə bilməlidir.


Əlbəttə, aparılan iqtisadi islahatlar nəticəsində nəzərdə tutulmuş tədbir­lərin həyata keçrilməsi adambaşına düşən gəlirin miqdarı xeyli dərəcədə artmış­dır. Lakin məqsəd Azərbaycanda yüksək insan meyarlarının inkişafını təmin etmək, milli gəliri artırmaq və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqra­mı­nın təsnifatına əsaslanaraq yuxarı gəlirli ölkələr sırasına çıxmaqdır.
İqtisadi inkişaf üçün mühitin vəziyyətini yaxşılaşdırmaq istiqamətində əldə olunacaq nəticələrin bölgənin lider dövlət olan Azərbaycan Respublikası beynəlxalq aləmdə iqtisadi yüksəlişə nail olmaqla rəqabət mühitində iştirakçı olması vacib məsələdir. Əlverişli coğrafi mövqeyinin olması və bölgədə bir ticarət mərkəzinə çevrilməsi üçün potensial imkanların olduğundan alternativ strategiyaların daim diqqət mərkəzində saxlanması sevindirici haldır.
Bu cür prinsipləri rəhbər tutaraq strategiyaların səmərəli tənzimlənməsi, bazar iqtisadiyyatı şəraitində rəqabət mühitini yaratmaqla iqtisadiyyatın çevri­lərək ixracyönümlü səmərəli enerji mənbələrindən istifadə edərək mənfəətin yaradılması, sosial inkişafa yüksək əlavə dəyər verməklə inteqrasiyayönümlü iqtisadi sahələri yaratmaq mümkün olacaq. Konsepsiyalar çərçivəsində iqtisadiy­yatın ümumi artım tempi əsasında ölkənin iqtisadiyyatı səmərəli transfor­masiya edə bilir. İqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yaxşılaş­dırılması makroiqtisadi sabitliyin qorunması, iqtisadi potensialın möhkəmlən­dirilməsi və koordinasiya kimi istiqamətlərə ayrılacaq maliyyə vəsaitləri və fiskal siyasət, biznes mühitinin yaxşılaşdırılması və özəl sektora dəstək veril­məsi təşəbbüsləri, maliyyə xidmətləri bazarının inkişafı və təkmilləşdirilməsi, xarici ticarət və investisiya siyasəti önəmli əhəmiyyət daşıyır. Uzun müddət ərzində inflyasiyanı məqbul səviyyədə saxlamaq və tədricən daha çevik məzənnə rejimini təmin etmək lazımdır.
Eyni zamanda, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi məqsədyön­lü həyata keçirilməlidir. Prioritet sahələr sayılan neft və qaz, neft - kimya səna­yesinin müasirləşdirilməsi, diversifikasiyası və qeyri-neft sektorunun genişlən­dirilməsi, alternativ strategiyalardan istifadə edilməsi vacibdir. Yeni və ya bərpaolunan enerji mənbələrindən istifadə edilməsi, ərzaq təhlükəsizliyi özəl sektorun inkişafı və möhkəmlənməsi ticarət və xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi, xarici ticarət və investisiya strukturlarının təkmilləşməsi vacibdir.
Qəbul edilmiş yeni strategiyalara əsasən orta real ÜDM, qeyri - neft sekto­runu da artırmaq və bu mərhələni sürətləndirmək üçün iqtisadiyyatın diversifi­kasiyasını, konservasiya və gələcək illərdə yüksək artım tempinin neftdən asılı olmayaraq gəlirlərin artım səviyyəsi qeyri-neft sektorunun üzərinə düşməklə, rəqabət mühitinin genişləndirilməsi əsasında, ixrac imkanlarını artırmaq lazımdır. Qəbul edilmiş konsepsiya inkişaf və gələcəyə baxış əsasında iqtisadi model üzərində ixracyönümlü və artım təminatı olmaqla rəqabət əsasında iqtisadiyyatın strukturunun daha da təkmilləşdirilməsi vacibdir.
Qeyri - neft sektorunun sürətli inkişafı ilə yanaşı, ölkənin innovativ sənayenin formalaşması üçün münbit zəmin yaradılması vacibdir və bu baxımdan, iqtisadiyyat biliklərə əsaslanmalıdır.
Məqsədlərə nail olmaq üçün vacib şərtlər bütün ölkənin potensialından səmərəli istifadə olunmasıdır. Resursların səmərəliliyini artırmaq üçün yeni şəraitin yaradılması ölkənin potensialının göstəricisidir. Bu baxımdan, inkişafın təminatı olan enerji infrastrukturu, nəqliyyat, tranzit və logistika, regionların inkişafı üçün alternativ strategiyaların yaradılmasını nəzərə alaraq, inkişafın hər bir regionda infrastruktur və sosial inkişafa əsaslanan rəqabət üstünlüklərini, şəhər və kənd yerlərində daima diqqət mərkəzində saxlanılmalıdır. Azərbaycan müasir dövlət olaraq əsas prioritetlərindən biri kimi imkanları artırmaq məqsədilə təhlükəsizlik sistemi yaratmalı, İKT xidmətlərinin rabitə infor­ma­siya və kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirməlidir. Milli standartların hazırlanması, habelə ölkənin rəqəmsal rabitədən istifadə və yayım imkanlarını genişləndirməklə yanaşı bu sahədə etibarlı sistem yarat­malıdır.
İqtisadi artım məqsədi sosial rifahı artırmaq və bu baxımdan, konsepsi­yanın əsas prioritetlərindən əsası sosial təşəbbüslər və insan kapitalının inkişaf etdirilməsi olmalıdır. Əsas sahələr çərçivəsində təhsilin keyfiyyətinin yaxşılaşdı­rıl­ması və səhiyyənin gücləndirilməsi, sosial müdafiə, gender bərabərliyi və ailələrin inkişaf potensialını artırmaq, gənclər və idmanın inkişafı bu prioritetlərin içində olmalıdır.
Alternativ strategiyalar əsasında yoxsulluğun səviyyəsini aşağı salmaqla yanaşı, insanın inkişaf konsepsiyası ilə bağlı yanaşma vacib məsələlərdəndir. Azərbaycanda danılmaz tərəqqi, əlbəttə, yoxsulluğun səviyyəsinin kəskin azaldılmasına səbəb olmuşdur.
Ölkənin yoxsulluq səviyyəsinin azalmasını göstərən əsas meyarlar il ərzində bu ailələrin sayında, yoxsulluğun kateqoriyalarına uyğun həyata keçiri­lən iqtisadi siyasət nəticəsində dövlət tərəfindən sosial müavinətlərin kəskin azalması olmalıdır. Bu anlayış altında mütləq olan problemi Azərbaycanda daimi diqqət mərkəzində olması lazımdır. Bununla yanaşı, əsas məqsədlərindən biri orta təbəqənin genişləndirilməsi və əhali arasında onun rolunun gücləndirilməsi olmalıdır. Dünya təcrübəsi göstərir ki, hansı ölkələrdə güclü orta təbəqə varsa, deməli, orada, iqtisadi, siyasi sabit sosial və digər aspektlərin yüksək artım potensialı mövcuddur.
Əhalinin kəmiyyət və keyfiyyət göstəriciləri əsas milli güc elementləridir və bu kimi məsələlərin Azərbaycan xalqının miqrasiya və demoqrafiya məsələlərində uğurları mövcuddur və milli təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Daima çalışmaq lazımdır ki, səmərəli alternativ strategiya­lar əsasında gözlənilən səviyyədə ölkənin əhalisinin sayı artsın. Nəzərdə tutulan məqsədlərə nail olmaq üçün tədbirlər davam etdirilməklə yanaşı, qanunvericilik bazasının mütəmadi təkmilləşdirilməsi lazımdır və gücləndirilməsi vacib olan institusional potensiallarından səmərəli istifadə edilməlidir.
Mədəni irsin qorunması və səmərəli idarəetmə məsələləri, ətraf mühit və ekologiya da əsas prioritet kimi qəbul edilir, bütün strategiyalar çərçivəsində öz həllini tapmalıdır. Bu sahələrdə müvafiq həyata keçirilməsi təmin edilən siyasət olmalıdır.
Yüksəkrəqabətli iqtisadiyyat səmərəli əsaslarla formalaşdırılmış iqtisadi model əsasında tənzimlənilməli və yetkin bazar münasibətləri səviyyəsinə qaldırılmalıdır. Sosial - iqtisadi inkişaf anlayışı çərçivəsində yüksək səmərəliliyi ilə kifayət qədər rəqabətqabiliyyətli iqtisadi sistemi yaratmaq özü qlobal sistemdə formalaşmaya səbəb olur. Dünyada olan müasir təcrübə göstərir ki, belə sistem yalnız sahibkarlıq təşəbbüsü və azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı şəraitində mövcud ola bilər. Lakin iqtisadi və sosial sahələrdə yüksək artım tempi, əsasən, dövlət tənzimlənməsinin təkmilləşdirilməsini tələb edir. Tendensiyalar və istiqamətlər əsasında bazar iqtisadiyyatı qloballaşan dünya iqtisadiyyatına inteqrasiya edir.
Müasir dövrün şərtlərinə əsaslanaraq onu demək olar ki, Azərbaycanda dövlət tənzimlənməsinin yetkin formalaşması əsasən bazarın tənzimlənməsi münasibətlərinin idarəedilməsinə əsaslanaraq qorunması sahəsində həyata keçiriləcək makroiqtisadi sabitlik, biznes mühitinin təkmilləşdirilməsi və təmin etmək üçün ölkədə rəqabət mühitinin, yerli istehsalçılar üçün əlverişli şəraitin yaradılması, xarici və daxili investorlara iqtisadiyyatın strukturunun yaradıl­ması, həyat səviyəsinin yüksəldilməsi istiqamətində iri infrastruktur layihələrin həyata keçrilməsi vacibdir.
Gücləndiriləcək makroiqtisadi siyasət əsasında koordinasiya formalaşdırıl­malıdır ki, maliyyə sabitliyi makroiqtisadi çərçivəsində mümkün olsun və optimal adekvat pul siyasəti həyata keçirilə bilsin.
Bu siyasətin ilk addımı inflyasiya və digər makroiqtisadi göstəriciləri nə­zər­də tutur. Növbəti mərhələdə tənzimləmə alətlərinin yaradılması və maliy­yə sektorunda idarəetmə alətləri əsasında sabitliyin təmin edilməsi və riskin azal­dılmasını nəzərdə tutr. İnflyasiya xüsusi məsələ olduğundan, əsasən, iqtisadiy­yatın nəğd ehtiyaclarının səmərəli idarə edilməsi üçün təkmilləşdirilmiş institusio­nal çərçivədə aparılması lazımdır.
Fiskal siyasətin təmin edilməsi müvafiq büdcə resurslarının formalaşması və istifadə üçün ayrılması, səmərəlilik göstəricilərinə xüsusi diqqət yetrilməsi vacibdir. Müxtəlif büdcə riskləri ilə bağlı çevik qiymətləndirmə həyata keçirmək lazımdır ki, xarici maliyyə əməliyyatları ilə bağlı riskləri aradan qaldırmaq mümkün olsun. İqtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə fəal fiskal siyasət nəticəsində passiv keçidi tədricən təmin etməklə, vergi dərəcələrinin optimallaşdırılması üçün biznesdə əlverişli mühitin yaradılması istiqamətində tədbirlər həyata keçrilməsi zəruridir. Neft və qaz sənayesinin imkanlarından istifadə üçün təkmilləşdirilmiş mexanizmlərdən istifadə edilməlidir.
Karbohidrogenlərin satışından əldə olunan vəsaitlərin investisiyayönümlü olması alternativ strategiyaların tətbiqinə imkan verir. Əlbəttə, əldə olunan gəlirlərin tədricən difersifikasiya edilməsi işləri durmadan davam etdirilməlidir. Ölkənin ödəmə qabiliyyətinin yaxşılaşdırılması və ixrac iqtisadiyyatına istiqa­mət­lənərək, daha çevik iqtisadi siyasət sayəsində xalis beynəlxalq investisiya mövqeyi saxlanılmalıdır. Biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ətraf mühit tədbirləri, investorların qorunması üçün mexanizmlərin qurulması istiqamətində vacib məsələlərdəndir. Sahibkarların qeydiyyata alınması işinin sadələşdiril­məsi və təkmilləşdirilməsinə yönəlmiş tədbirlər həyata keçirilməli və sahibkar­lar üçün biznesin asanlaşdırılması lazımdır ki, beynəlxalq bazarlara daxil olmaq asanlaşsın. Güzəştlər əsasında həyata keçiriləcək ixracat potensialının artırıl­ması üçün kiçik və orta sahibkarlığın təmin edilməsini artırmaqla, daxili bazarın qorunması üçün sahibkarlara güzəştli kreditlərin verilməsi prosesi davam etdirilməlidir. Haqsız rəqabət əlehinə mübarizəni gücləndirmək lazımdır. Əlbəttə, bu istiqamətdə dünya təcrübəsini öyrənmək şərti ilə.
Eyni zamanda, vergi dərəcələrinin azaldılması və strukturun optimallaş­dırıl­ması, məcburi dövlət sosial sığorta biznesi üçün müsbət mühitin təmin edilməsi önəmlidir. Ədalətli rəqabət mühiti yaratmaq üçün tədbirlər planı xüsusilə istehlak bazarında vəziyyətə uyğun iqtisadiyyatda inhisarçılığın məhdudlaşdırılması lazımdır. İstehlakçıların hüquqlarının müdafiəsinin güclən­dirilməsi, müəyyən məhsullarının keyfiyyətinin monitorinq mexanizmləri, milli standartlar hazırlanmalı və daima təkmilləşdirilməlidir.
Keyfiyyətə nəzarət və sertifikatlaşdırma sistemi təkmilləşdirilməlidir. İctimai birliklərin yaradılması və inkişafına dəstək, o cümlədən, peşə assosiasiyalarının yaradılması sahibkarlığa dəstək ola bilər. Bu istiqamətdə mane olan səbəbləri müəyyən etmək və aradan qaldırmaq üçün müntəzəm monitorinq aparmaqla, sahibkarlığın inkişafını təmin etmək olar.
Əsas anlayışlara uyğun dövr aparılacaq tədbirlərin Azərbaycanın əsas maliyyə seqmentlərinin tarazlığına və inkişafına xidmət etməlidir. Bankların və bank olamayan kredit təşkilatlarının, sığorta, lizinq və fond bazarının dəqiq istiqamətləri müəyyən edilməlidir.
Aparılan islahatlar çərçivəsində banklara nəzarət alətləri sabit və təhlükəsiz inkişafı təmin etmək üçün müvafiq qaydalara uyğun bank sistemi təkmilləşdirilməlidir. Bank sektorunda konsoli­dasiya davam etdirilməli və struktur islahatlar dərinləşdirilməlidir. Maliyyə və bank xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, elektron ödəniş sistemləri infrastrukturunun və genişləndirilməsi istiqamətində irəliləyişlər mühüm əhəmiyyət kəsb edir. Bank sisteminin kapitallaşmasını davam etdirmək və regional bank şəbəkəsinin genişlənməsi, investisiyaların təşviqinin dəstəklən­məsi, banklarda əmanətlərin məbləğinin artırılması, ipoteka mexanizminin daha da təkmilləşdirilməsi lazımdır.
Elektron ödəniş sistemi və poçt depozitləri, bank xidmətləri istehlakçıla­rının hüquqlarının daha da inkişaf etdirilməsi və qorunması istiqamətində işlərin nkişaf etdirilməsi vacibdir.
Sığorta şirkətlərinin kapitallaşması və genişləndirilməsi sığorta xidmət­ləri­nin çeşidinin genişləndirilməsi, istifadəçilərin sayının artması, təkrar sığorta, həyat sığortası və tibbi sığortanın ölkədə tətbiq edilməsi sığorta bazarının inkişafına müsbət təsir edəcəkdir. Sığorta kənd təsərrüfatı sahəsində müvafiq qanunvericilik istiqamətində işlərin yaxşılaşdırılması önəmli hesab olunduğun­dan vacibdir. Eyni zamanda, lizinqin təşkilatlarının uzunmüddətli maliyyə resursları payının artırılması və infrastruktur layihələrə investisiyaların cəlb edilməsi gələcəkdə də öz əhəmiyyətini saxlayacaqdır. Həyata keçirilməsi nəzərdə tutulan kənd təsərüfatı istiqamətli layihələr üçün maliyyə mənbəyi mühüm əhəmiyyət daşıdığından bu sahə texniki təminat baxımından dəstəklənməlidir.
Alternativ strategiyaya baxımından sistemli tədbirlərin həyata keçirilməsi bazarda rəsmi qiymətli kağızların fəaliyyətini aktivləşdirməklə, bu bazarın cəlbedi­ciliyinin artırılması investorlar üçün asanlaşdırılmalıdır və qanunveri­cilikdə təkmilləşdirilmə aparılmalıdır, peşəkar bazar iştirakçılarına nəzarət artırılmalıdır.
Iqtisadiyyatda struktur tədbirlərin həyata keçirilməsi, qeyri-neft sektorunun inkişafı prioritet hesab edilməlidir. Strategiyaların əhatə etdiyi dövr ərzində istehsalın yenidən qurulması, nəqliyyat və emalı sahələrinin modernləşdirilməsi və qaz istehsalının artırılması lazımı məsələlərdəndir. Klaster­lər əsasında iqtisadi inkişaf çərçivəsində neft və qaz emalından ibarət kompleksin, neft-kimya zavodlarının yenidən qurulması vacibdir. Kompleksin inkişafı üçün zəruri texnoloji zəncir yaratmaqla ekoloji qaydalara riayət etməklə, investisiyaların cəlb edilməsinin təşviqi istiqamətində işlər finallaş­dırıl­malıdır. Hazırda rəqabət gücünü artırmaq məqsədilə bu sahədə məh­sulların istehsalı, ixrac həcminin və çeşidinin genişləndirməsi vacib amillərdəndir.
Eyni zamanda, qeyri - neft sənayesinin inkişafı üçün təbii və iqtisadi inkişafın verdiyi imkanlardan istifadə edərək ölkənin maliyyə ehtiyyatlarını artırmaqla onların istifadəsinin səmərəliliyini daha da yaxşılaşdırmaq lazımdır.
Iqtisadi inkişafı sürətləndirmək üçün strategiyaların əhatə etdiyi dövrlərdə alternativ strategiyalar əsasında bərpa olunan enerji mənbələrinin genişlən­dirilməsi və bu sahədə görülməsi nəzərdə tutulan işlərin, institusional inkişafı proqramlarının həyata keçirilməsi məqsədilə ətraf mühitin, elm və texnoloji potensialın gücləndirilməsi, davamlı təlimlər əsasında mütəxəssislərin peşəkarlığının artırılması mühüm əhəmiyyət daşıyır.
İnkişaf müddəti ərzində özəl sektorun çevik uyğunlaşdırılmasını təmin etməklə alternativ enerji tariflərini təkmilləşdirmək lazımdır. Qeyri-neft sektorunda istehsal olunacaq məhsullar bazar şəbəkəsinin müasir tələblərinə əsaslanan infrastrukturu yaratmaqla, idarəetmənin mütərəqqi formalarından geniş istifadə etməlidir. Regionlarda sənayenin fəaliyyətinin müasir keyfiyyət səviyyəsini yaratmaqla, yerli xammal əsasında yeni müəssisələrin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi lazımdır. Belə strategiyaların həyata keçirilməsi zamanı ölkə polad istehsalı üçün kompleksin yaradılması və inkişaf etdirilməsi, neft və qaz emalı və neft-kimya kompleksinin inkişafı, gübrə istehsalı, gəmiqayırma və sement zavodlarının genişləndirilməsi, alüminium sənayesinin inkişaf etdirilməsi, ilkin alüminium istehsalının artırılması, özəl sektorun inkişafı, o cümlədən, istehsalı zənciri əsasında son məhsulun istehsalı və ixrac potensialının genişləndirilməsi vacibdir.
Təbii bitkilərdən səmərəli istifadəni təşviq etməklə texnologiyaların yeniliyə istiqamətlənmiş və ixtisaslaşdırılmış sənaye zonalarının yaradılması günün aktual problemi hesab edilir. Ümumi təyinatlı sənaye məhsullarının şəbəkəsini yaratmaq və daima təkmilləşdirmək lazımdır ki, infrastrukturun iqtisadi cəhətdən riqionlarda inkişafı üçün dövlət investisiya siyasətinə xsusi diqqət yetirməlidir. Bu baxımdan, məqsəd strategiyalar əsasında yaradılması nəzərdə tutulan bütün sahələrin alternativ strategiyalar əsasında həyata keçirilməlidir ki, riskin dərəcəsi aşağı olsun. İqtisadi zonanı nəzərə alaraq onların iqtisadi potensialını da nəzərə almaq lazımdır. Ənənəvi qeyri-neft sektorunun istehsal potensialını və inkişafı ilə yanaşı sənaye və ixrac imkanlarının genişləndirilməsi tərəfindən dəstək verilməsi və yeni rəqabətqabiliyyətli emal sənayesi tətbiq olunacaq yerli və xarici investorların cəlb edilməsini intensivləşdirmək və təşviq mexanizmləri qeyri - neft sektorunun inkişafı üçün istiqamətlənməlidir.
Dövlət və özəl sektorlarun inkişafı istiqamətində turizmin infrastrukturu­nun inkişafına xüsusi diqqət yetirməli və turizm xidmətlərini beynəlxalq standartlara cavab verə biləcək səviyyəyə çatdırmalı və genişləndirilməlıdir.Bu sahənin rəqabət qabiliyyətinin artırılması və ÜDM-in payının artırması ilə turizm inkişaf üçün qanunvericiliyin və standartların təkmilləşdirilməsi lazımdır. Eyni zamanda, bu sahədə regionlarda turizm fəaliyyəti stimullaşdır­maqla, müvafiq yardımlar əsasında inkişaf etmişafını təmin etməklə milli tarixi, mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlərin müxtəlif növləri təşviq edilməlidir.
Kənd təsərrüfatının inkişafı bir tərəfdən emal sənayesi ilə bağlı olduğun­dan və bu inkişaf problemi müzakirə olunacaq məsələ xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan, mövcud vəziyyətin yaxşılaşdırılması və gücün artırılması məqsədi ilə müasir innovativ texnologiyaların tətbiqi nəticəsində emal müəs­sisə­lərinin texnologiyaları təkmilləşməli və yeni müəssisələrin yaradılması strategiyalara əsaslanan tədbirlər həyata keçirilməlidir. Davam edən dövlət tədbirləri nəticəsində kreditlərin verilməsi kənd təsərrüfatına dəstək mexanizm­ləri sadələşdirilməli, özəl kənd təsərrüfatı xidmətləri şəbəkəsi genişləndiril­məlidir. Kənd təsərrüfatı üzrə sığorta mexanizmlərinin tətbiqinin şərtləri asanlaşdırılmalı, sadələşdirilməli və gücləndirilməlidir.
Torpaq bazarının inkişaf edəcək könüllü birgə idarəetmə ənənələri fer­mer­lə­rin formalaşması əsasında qurulmalıdır. Meliorasiya və irriqasiya fəaliy­yəti gücləndirilməlidir və bu istiqamətdə tədbirlər torpaq eroziyası qarşısının alınmasına yönəlməli, suvarılan torpaqların şoranlaşmasının qarşısının alınması əsasında, becərilən sahələri məhsuldarlığının artırılmasına nail olunmalıdır.
Ölkədə ekolojı çəhətdən təmiz kənd təsərrüfatı və ərzaq məhsullarınin istehsalını stimullaşdırmaqla, genetik ehtiyatların qorunması üçün tədbirlər və biomüxtəlifliyin daha da təkmilləşdirilməsi lazımdır. Xüsusən toxum və heyvandarlıq böyük əhəmiyyət daşıyır.
Kənd təsərrüfatı istehsalçılarını təmin etmək üçün təkmilləşdirilmiş müa­sir texnikanın, gübrə, toxum, baytarlıq və digər istiqamətlərdə təmin etməklə kənd təsərrüfatının elmi tərəfdən dəstəklənməsi və təlimlərin daha da təkmilləş­dirilməsi vacibdir. Kənd təsərüfatının intensiv inkişafı üçün həyata keçiriləcək stimullar müxtəlif sahəli olmalı və bu istiqamətdə təşəbbüslər dəstəklənməlidir.
Kənd təsərrüfatının intensiv inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq ən müasir texnologiyalara əsaslanan regional anbarlar yaradılmalı, mövsümi qiymətlərin tənzimlənməsi lazımdır ki, itkilərin qarşısının alınması mümkün olsun. Daxili bazarda məhsulları müdafiə etmək məqsədilə bazada qanuni dəyişikliklər aparmaqla ixrac və idxal potensialını tənzimlənməsi vacib faktorlardan hesab edilir. Bu sahədə mütərəqqi tədbirlər qlobal proseslərə uyğun həyata keçrilməlidir. Elm tutumlu və innovasiyaların dəstəklənməsi genişlən­diril­­məli, uzunmüddətli davamlı iqtisadi inkişaf üçün sahələr təmin edilməklə yanaşı bilik iqtisadiyyatı əsasında yüksək texnologiyaların yaradılması sürətləndirilməlidir. Bu baxımdan, elmin inkişafına üstünlük verilməlidir və elmi tərəqqi mütərəqqi dünyaya səmərəli inteqrasiya edilməlidir. Elmi infra­struktur təkmilləşdirilməli və elm - texniki bazasın inkişafı istiqamətində təd­birlər aparılmalı və bu sahədə informasiya idarəetmə sistemlərinə keçid elektron formada təmin edilməlidir.
Eyni zamanda, elmə maliyyənin cəlb edilməsinə təkan verilməlidir. Bu döv­lət büdcəsinin vəsaitləri və digər mənbələr hesabına aparılmalıdır ki, son nəti­cə­də tədqiqat fəaliyyəti ilə məşğul olan işçilərin sosial müdafiəsinin gücləndi­ril­məsinə şərait yaransın və beyin axınının qarşısı alınsın. Ölkədə innovativ iq­tisadiyyatını yaratmaq üçün əlaqələri gücləndirməklə elm ilə sənaye arasında əla­qə üçün lazımi mexanizmlər yaratması bazarın tələbinə uyğun olaraq tətbiq edilməlidir.
Belə tədbirləri dövlət dəstəkləməli və müvafiq hüquqi çərçivədə innovasiya fəaliyyətini artıraraq rəqa­bətqabiliyyətli məhsulların ölkədə buraxılması üçün strategiyaların həyata keçirilməsi məqsədilə zəruri mexanizmlərin qurulması və fəaliyyəti təmin edilərək səmərəli istifadə olunması üçün inkişaf potensialı yaradılmalıdır. İnnovativ sahibkarlığın inkişafı və formalaşması ilə yanaşı yeni məhsulların inkişafı üçün əlverişli mühit yaradılmalı, qabaqcıl texnologiyaların mənimsənilməsi və inkişafı üçün tədbirlər həyata keçrilməlidir. Yüksək texnologiyaların inkişafı və tətbiqi üçün texnoparkların və innovasiya zonalarının yaradılması ön plana keçməlidir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, regional inkişafın təmin edəilməsi, ticarət mərkəzi olan Azərbaycanın imkanlarından çevik və səmərəli istifadə edərək tranzit və nəqliyyat xidmətlərinin strateji inkişafı üçün coğrafi mövqeyindən istifadə etməklə formalaşdırılması lazımdır.
Nəqliyyat sisteminin təkmilləşdirilməsi mexanizmi yerli və xarici ölkələrin nəqliyyat sisteminə inteqrasiya etməklə yaradılması vacibdir. Bununla yanaşı, ümumiləşdirilmiş strategiyalarla yanaşı həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər üçün ümumi alternativ strategiyalarla yanaşma, əsasən, dəmiryolu, su, hava və yeraltı (metro) nəqliyyat da nəzərdə tutulur.
Ölkənin beynəlxalq nəqliyyat sisteminin rəqabət qabiliyyətinin artırıl­ma­sı üçün nəqliyyat dəhlizinin yradılması və həyata keçiriləcək tədbirləri surətləndirmək lazımdır. Ərazi­dən ke­çən yük dövriyyəsini tənzimləmək məqsədilə tədbirlər Azərbaycanın, ixrac - idxal əmə­liy­yatları üzrə sərfəli tarifləri tətbiq etməlidir. Ölkə ərazisindən yükdaşımalarını asanlaşdırılmasına gətirib çıxara bi­lən bütün tədbirlərin görülməsi dövlət strategiyasının əsası olmalıdır.
Dəniz nəqliyyatının yeniləşməsi və genişləndirilməsi, dəmiryolunun və hava nəqliyyatının bərpa və müasirləşdirilməsi, diversifikasiyası siyasətinə uyğun olaraq şəbəkə dəmiryolu hazırlanması üçün əsas yollarından zəruri yenidənqurma işlərinin həyata keçrilməsi, nəqliyyat sisteminin mütərəqqi sistemə keçidini təmin etmək üçün bütün yollarda dəyişikliklər aparılmalıdır.
Nəqliyyat istiqamətində digər tədbirlər isə avtomobil yollarının genişlən­diril­məsi ilə yanaşı dəhlizin yaradılması və yenidənqurmasıdır. Strategiyaya əsasən mill yolların tikilməsini və tamamlanmasını təmin edəcək beynəlxalq standartlara uyğun ölkənin yol - nəqliyyat infrastrukturunun yaradılmasıdır.
Müasir iqtisadi yanaşma səmərəliliyi artıracaq iqtisadi qərarların qəbul edilməsi hökumətin məsuliyyətini artırır. Kənd ərazilərinin inkişafı üçün xüsusi alternativ strategiyalar həyata keçirməklə infrastrukturun və sosial sferanın xidmətlərini yaxşılaşdırmaq olar. Regionlarda kəndlərə istiqamətlənmiş yolların problemli olması baxımından bu sahəyə həsas yanaşılma vacibdir.
Təkmilləşdirilmiş infrastruktur təminatı, ölkənin regionlarında infor­masiya texnologiyaları, regional formalaşması üçün rəqabət üstünlükləri baxı­mından mərkəzləri və prioritet sahələrin inkişafı vacibdir. Regional mər­kəz­ləri inkişaf proqramları regionlarda balanslaşdırılmış sosial-iqtisadi inkişafı tə­min edə biləcək və regional bərabərsizlikləri azaltmaq üçün şərait yarada­caq­dır.

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin