A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Biznesin inkişaf strategiyasının məzmunu



Yüklə 3,11 Mb.
səhifə12/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

1.3. Biznesin inkişaf strategiyasının məzmunu
və quruluşu

Uzunmüddətli perspektivdə rəqabətli mübarizə şəraitində şirkətin yaşamasına imkan verən strateji inkişafın əhəmiyyəti son onillikdə kəskin surətdə artmışdır. Sərt rəqabət şəraitində bütün şirkətlər situasiyanın tez – tez dəyişildiyi bir şəraitdə diqqəti təkcə bu və ya işlərinin daxili vəziyyətinə deyil, həmçinin, onların ətrafında baş verən dəyişikliklərə adekvat reaksiya vermək və uzunmüddətli inkişaf strategiyasını hazırlamaq qabiliyyətinə malik olmalıdırlar. Keçmişdə bir çox şirkətlər gündəlik işlərində, cari fəaliyyətlərində öz resurslarından səmərəli istifadəni artırmaqla daxili problemlərə diqqət yetirərək uğurlu fəaliyyət göstərə bilirdi. İndi isə cari fəaliyyətdə potensialdan səmərəli istifadə məsələsi ilə yanaşı, şirkətin tez – tez dəyişən ətraf mühitə uyğunlaşmasının inkişafını təmin edən strategiyanın qurulması və həyata keçirilməsi son dərəcə vacibdir.


Əgər, əvvəllər kiçik şirkətlərlə müqayisədə böyük şirkətlərin qazanmaq şansı çox böyük hesab edilirdisə, zaman keçdikcə daha da aydın olur ki, çox sürətli rəqabətdə üstünlüyü saxlayan daha çox qazanc əldə edir. Ətraf mühitdə dəyişikliklərin sürətlənməsi, yeni tələbatın meydana gəlməsi, istehlakçının mövqeyinin dəyişməsi, resurslar uğrunda rəqabətin artması, biznesin beynəlmiləşməsi və yenilərinin yaranması, biznesin həyata keçirilməsi üçün tamamilə gözlənilməz imkanların ani olaraq meydana çıxması, informasiya şəbəkələrinin inkişafı, müasir texnologiyaların geniş yayılması, insan resurslarının rolunun dəyişməsi, eləcə də bir sıra digər amillər strateji inkişafın əhəmiyyətli dirçəlişinə səbəb oldu.
Biznes təcrübəsi bütün şirkətlər üçün vahid inkişaf strategiyasının olmadığı kimi, vahid universal biznesin strateji inkişafının da mövcud olmadığını göstərir. Hər bir firma və ya şirkət öz xarakterində inkişaf strategiyasının hazırlanması prosesində unikaldır, belə ki, o, firma və ya şirkətin bazardakı mövqeyindən, onun inkişaf dinamikasından və potensialından, rəqiblərinin davranışlarından, istehsal etdiyi mal və ya göstərdiyi xidmətlərin xarakterindən, iqtisadi və mədəni vəziyyətindən və bir çox digər xüsusiyyətlərdən asılıdır.
Eyni zamanda, bir sıra əsas məqamlar var ki, biznesin inkişaf strategiyasının həyata keçirilməsində bunların ümumiləşdirilmiş prinsipləri haqqında danışmaq lazımdır. Əlbəttə, həmişə yadda saxlamaq lazımdır ki, biznesin inkişaf strategiyası, ilk növbədə, ali rəhbərliyin yaradıcı məhsuludur, bununla yanaşı biznesin inkişaf etdirilməsini səmərəli həyata keçirməyə imkan verən strateji inkişaf nəzəriyyəsinin rolunu unutmaq olmaz.
Məqsədimiz biznesin inkişaf strategiyasına xüsusilə vacib olan 3 konteksdən baxmaqdır:
1. Biznesin inkişaf strategiyasını necə anlamalıyıq, onun mahiyyəti və məzmunu nədən ibarətdir?!
2. Firma və ya şirkətlərin inkişaf strategiyası nədir və o necə yaradılır?!
3. Firma və ya şirkətlərin inkişaf strategiyasının yerinə yetirilməsi nədir və o necə həyata keçirilir?!
Biznesin inkişaf strategiyasına beş qarşılıqlı idarəetmə prosesinin dinamik məcmusu kimi baxmaq olar və bu proseslər məntiqi olaraq bir-birindən irəli gəlir. Lakin, davamlı əks əlaqə və müvafiq olaraq hər bir prosesin digərlərinə və onların bütün məcmusuna əks təsir edə bilir. Biznesin inkişaf strategiyasının strukturunun mühüm cəhəti bununla bağlıdır. Biznesin inkişaf strategiyasının quruluşu sxematik olaraq sxemdə təsvir olunmuşdur.

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin