Sxem 11.1
Maliyyə kompo -nenti
Maddi dəyərin müəyyən edilməsi
|
İstehsal strategiyası
Səhmdarların uzunmüddətli qiymətləndirilməsi
Artım strategiyası
Müştərilərin qiymətləndirilmsinin təkmilləşdirilməsi
Tutulmaların strukturunun təkmilləşdiril-məsi
Aktivlərin istifadəsinin təkmilləşdiril-məsi
Gəlirin bölüşdürülməsi imkanlarının genişləndirilməsi
Müştəri kompo-nenti
Qiymət
Keyfiyyət
Mövcudluq
Seçim
Funksionallıq
Xidmətlərr
Partnyorluq
Brend
Daxili proseslər kompo-nenti
Əməliyyatların idarə edilməsi
Müştərilərin idarə edilməsi
İnnovasiyaların idarə edilməsi
Sosial proseslərin idarə olunmasının təkmilləşdirilməsi
V
Təhsil və inkişaf kompo-nenti
İnsan kapitalı
İnformasiya kapitalı
Müəssisə kapitalı
SX ümumi halda strategiyanı təsvir edir, şirkət necə öz dəyərini uzunmüddətli möhkəm saxlayaraq səhmdarlar üçün, sabit gəlir gətirmək iqtidarında olduğunu göstərməlidir. Bu gün şirkətlərin yaradılmasının güclü təkan nöqtəsi kimi qeyri-maddi aktivlərdən istifadə edilməsi vacibdir. Qeyri-maddi aktivlərdən dəyərin yaradılması prosesi, bir tərəfdən maddilərdən və maliyyələrdən ibarət olmalı digər tərəfdən, ciddi surətdə bir - birindən fərqlənməlidirlər və bunlar hansılardır:
1. Dəyərin yaradılması vasitəçilik xarakterinə malik olmalıdır. Qeyri-maddi aktivlər, məsələn, biliklər və texnologiyalar, nadir hallarda belə maliyyə nəticələri düz təsirə malikdirlər. Gəlirlərin artması, xərclərin azalması və artım kimi məsələlər bura aiddir.
2. Qeyri-maddi aktivlərin təkmilləşdirilməsi zəncirvarı maliyyə nəticələrinə təsir edir və bu istintaq üzrə əlaqələr səbəbindən baş verir. Məsələn, kompleks keyfiyyəti idarəetmə (Total Quality Management, TQM) və "altı siqma" metodikası üzrə əməkdaşlar üçün təlim bilavasitə keyfiyyətin yaxşılaşmasına təsir edir ki, bu da, öz növbəsində, müştərilərin məmnunluğuna imkan verir. Buna görə də, onların loyallığının bərkidilməsinə şərait yaradır. Nəticədə, müştərilərin loyallığı və satış həcminin artması şərti gəlir olduğundan, uzunmüddətli müştəri münasibətlərinin nəticəsi nəzərdə tutulur.
3. Dəyər konseptual xarakterə malikdir. Qeyri - maddi aktivlərin dəyəri şirkətin strategiyasının uyğunluğundan asılıdır. Belə keyfiyyətli kompleks idarəetmə və "altı siqma" metodikası üzrə təlim şirkətlər üçün böyük dəyərə malikdir, burada məqsəd xərclərin azaldılması strategiyasına yönəldilmiş və məhsulun innovasiya liderliyinin strategiyası əsasında həyata keçirilməlidir.
4. Dəyərin potensial xarakterinə malik olması. Qeyri - maddi aktivlərə investisiyanın xərcləri üzrə şirkət üçün onların dəyərini qiymətləndirmək çox çətin məsələdir. Məsələ ondadır ki, qeyri - maddi aktivlərə investisiya qoyulması məsələsi özünə məxsus xüsusiyyətlərə malikdir. Məsələn təhsilə qoyulan investisiyaların keyfiyyətinin yoxlanılması statistik metodlara əsaslanır və əzəl səbəblərin təhlili metoduna uyğun olaraq bu məsələ üçün müəyyən potensiala malik olduğunu göstərir. Daxili proseslərə əsaslanaraq belə planlaşdırma istehsal, çatdırılma, müştəri xidməti kimi hesablanmalıdır və mütləqbelə olmalıdır, çünki, maddi dəyərə qeyri - maddi aktivlərin potensial dəyərini transformasiya etmək lazımdır. Əgər daxili proseslər istehlak dəyərinin təklifinə, müştəriyə yönəldilməmişdirsə və ya maliyyə vəsaitlərinin vəziyyəti yaxşılaşmamışsa, onda qabiliyyətin potensial dəyəri əsasında işçilərin və qeyri-maddi aktivlərin tətbiqinin həyata keçrilməsi mümkün olmayacaqdır.
5. Aktivlərin qarşılıqlı asılılığı. Qeyri - maddi aktivlər öz-özlüyündə nadir hallarda dəyər yaradır. Şirkətdən və onun həyata keçirdiyi strategiyadan təcrid edildikdə, onlar dəyərlərə malik olmur. Qeyri-maddi aktivlərin dəyəri onda yaranır ki, onlar səmərəli başqa qeyri-maddi və maddi aktivlərlə birləşirlər.
Məsələn, keyfiyyətli idarəetmə üzrə təlimlərin dəyəri maksimum ölçüyə gəlməz dərəcədə olur ki, işçilərin biznes proseslərinə xidmət edən informasiya sistemlərinin məlumat bazalarına vaxtında girişi mümkün olsun. Maksimal dəyər onda yaranır ki, bütün qeyri-maddi aktivlər bir-biri ilə ciddi uyğunluqdadır və maddi aktivlərlə şirkətin strategiyası uzlaşır.
Göstəricilərin tarazlaşdırılmış sisteminin strateji xəritəsi təklif edilən modelin əsasını təşkil edir, strategiyanın necə qeyri - maddi aktivləri və dəyərin yaradılması proseslərini birləşdirir məsələsi müəyyənləşir.
Maliyyəni təşkil edən sənəd ənənəvi maliyyə mənbələrinin köməyi ilə tərtib edilmiş, biznesin inkişaf strategiyasının həyata keçrilməsinin maddi nəticələrini təsvir edən bir sənəddir. Burada tərtib edilmiş göstəricilər - səhmdarlar üçün dəyər və gəlirlərin artması məqsədilə müəyyən strategiyalar əsasında müvəffəqiyyətə və ya müvəfəqiyətsizliyə gətirib çıxara bilər. Bu baxımdan, şirkət tərəfindən təşkil edilən iqtisadi fəaliyyət məqsədli müştərilər üçün istehlak dəyərini müəyyən etməlidir. İstehlak təklifi indiki halda ən mühüm şərtdir ki, qeyri-maddi aktivlərin dəyərini yaradır.
Əgər müştərilər daim göstərilən yüksək keyfiyyəti və çatdırılmanın vaxtlı-vaxtında olmasını qiymətləndirirlərsə, onda məsuliyyət daşıyan əməkdaşların, sistemin və proseslərin bacarıqlara uyğun keyfiyyətli məhsullar istehsal edən və xidmətlər göstərmək üçün çalışanlar, bunların hamısı şirkət üçün yüksək dəyərə əsaslanmalıdır. Əgər müştəri innovasiyalara və yüksək məhsuldarlığa üstünlük verirsə, onda bacarıqlar, sistemlər və proseslər böyük dəyər əldə edir və bazarda liderlik edərək yeni məhsulları və xidmətləri yarada bilirr. Hərəkətlərin və imkanların daimi uyğunluğu istehlak dəyərinin müştərilərə təklifinin və biznesin inkişafında vacib olan həyat strategiyasını təcəssüm etməsinin həlledici amilidir.
Biznesin inkişaf üçün maliyyə və müştəriləri qane edə biləcək strategiyanın arzuolunan nəticələrinin təsvir edilməsi önəmli haldır. Hər fəaliyyət dövrü bir çox təxirə salınmış indikatorlara malikdir. SX olması nəticəsində şirkət planlaşdırılmış nəticələrə çata bilir.
Əlbəttə, bu müəyyən suallar doğura bilər, çünki daxili prosesləri təşkil edən və ya daxili idarəetməni təşkil edən bir neçə ən əhəmiyyətli proses müəyyən edilməli və bu halda biznesin inkişaf strategiyasının həyata keçrilməsində həlledici əhəmiyyətə malik ola bilər.
Məsələn, bir şirkət yeni məhsullar bazarına onların istehsalı texnologiyasını hazırlamağa və irəli hərəkət etmək üçün investisiyaları artıra bilirsə, nəticədə müştərilər yüksək texnologiyalı yeni məhsulu ala bilərlər.
Başqa müştərilərə istehlak dəyərinin analoji təklifini verməyə çalışaraq, ortaq şirkətlərlə bağlı əməkdaşlıqlardan istifadə edərək, yeni məhsulları inkişaf etdirməyə qərar vermək olar.
İnkişafı təşkil edən və yaradan təhsil qeyri-maddi aktivləri əks etdirir və biznesin inkişafı strategiyası üçün çox əhəmiyyətlidir. Belə məqamlarda müəyyən edilən hədəflər əsasında insan kapitalı növlərini qurur, informasiya kapitalı və mənəvi atmosfer üzərindən dəyərin yaradılması proseslərinə dəstək üçün lazım olan təşkilati kapitaldan istifadə olunur.
Yaddan çıxarmaq lazım deyil ki, bunların hamısı qarşılıqlı qanunauyğunluqlara əsaslanan olmalıdır və əsas daxili proseslərə uyğun gəlməlidir.
Müəyyən edilən hədəflər bir-biri ilə qarşılıqlı iqtisadi və siyasi münasibətlərlə, müasir səbəblərlə bağlıdır. Əlbəttə, hər şey müəyyən fərziyyədən başlanır və sonra maliyyə vəsaitləri axtarılır. Yalnız o halda qələbə əldə edilir ki, müştərilərin bir qrupunun tələbatı təmin edilmiş olsun.
Məqsədli müştərilərin loyallığını fəth etmək və ya qazanmaq üçün istehlak dəyərinin nə cür təklif olunduğunu müştərilərə təsvir etmək lazımdır ki, gələcəkdə satışın həcmini necə artırmaq olar və məqsədli müştərilərin loyallığını necə fəth etmək mümkündür. Daxili proseslərin sayəsində belə təkliflər müştərilər üçün yaradılır və təqdim olunur.
Bütün bunları təşkil edənlərin hədəfinin strateji uyğunluğu, göstərilən dəyərin yaradılmasının əsas aləti kimi baxılmalıdır və bu dəqiqləşdirilmiş ardıcıl strategiya deməkdir. Dörd təşkil edən və bağlayıcı səbəblərin nəticəsinin təhlili, bunun arxitekturasının strukturudur və buna əsaslanan strateji xəritə tərtib edilməsi vacib məsələdir.
Bu proses şirkəti aydın müəyyən etməyə imkan verir ki, dəyərin yaradılmasının necə məntiqi var və o kimin üçün yaradılır. Bu fəsildə biz biznesin inkişafı üçün strateji xəritənin tərtib edilməsinin prinsiplərindən danışacağıq.
Strategiya idarəetmənin təcrid edilmiş prosesi deyil, bu yalnız addımların məntiqi ardıcıllığının pilləsidir ki, burada şirkət əvvəlcədən öz yolunu müəyyən edir, missiya icraçılara qoyulmuş konkret strateji məsələlərə qədər olan bir yol nəzərdə tutur.
Təqdim edilmiş mülahizələr bizim fikirimizə görə, praktiki fəaliyyətdə çox faydalı ola bilər (sxem 11.2).
Dostları ilə paylaş: |