A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


II FƏSİL. Biznesdə strateji inkişaf məktəblərinin metodoloji əsasları



Yüklə 3,11 Mb.
səhifə18/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

II FƏSİL.
Biznesdə strateji inkişaf məktəblərinin metodoloji əsasları


2.1. Biznesin inkişafında strategiya məktəblərinin metadoloji əsasları

“Biznesin strateji idarə edilməsi” termini XX əsrin 60 – 70-ci illərində istehsal səviyyəsində cari idarəetmə ilə perspektiv idarəetmə arasındakı fərqi təyin etməyi, yüksək səviyyədə həyata keçirməyi öyrənir. Belə fərqin qeyd olunmasının zəruriliyi, ilk növbədə, biznesin aparılması şəraitində dəyişikliklərə səbəb oldu. Biznesin inkişaf strategiyası ideyalarının hazırlanması Frankenhofs və Granger (1971), Ansoff (1972), Şandel və Hatten (1972), İrvin (1974) və s. müəlliflərin əsərlərində öz əksini tapıb. Operativ strateji idarəetməni əks etdirən aparıcı ideyanın mahiyyətinə keçid müvafiq şəkildə və öz növbəsində, baş verən dəyişiliklər mühitində reaksiya verməsi üçün ideyanı ali rəhbərliyin diqqət mərkəzinə gətirir.


Son dövrlərdə biznesin inkişafı strategiyasının xüsusiyyətlərinin təkmilləşməsində on məktəbin rolu böyükdür. Biznesin davamlı inkişafını təmin etmək üçün səmərəli qərara əsasən, həlli düzgün və yaxşı hazırlanmış inkişaf strategiyası nəticəsində əldə edilə bilər ki, onun da əsası rəqabət üstünlüklərinin yaradılması və həyata keçirilməsidir.
Hazırda fəaliyyət mühiti yerli şirkətlərin, biznes fəaliyyətinin mürəkkəb­liyi və qeyri-müəyyənliyin artması ilə səciyyələnir (yeni informasiya texnolo­giyaları, fərdiləşdirmə, beynəlxalq rəqabətin gücləndirilməsi, yüksək tələblər və. s. malların və xidmətlərin keyfiyyətinə davranış), bu təcrübə şirkətlərin me­necmentdə ideyalarının və texnologiyaların inkişafı zəruriliyini və aktuallığını təsdiq edir.
On məktəb üç qrupa bölünür, ilk üç məktəblərdə hazırlaşanları ,əsasən maraqlandıran, yeni strategiyanın formalaşdırılmasıdır ki, bunlar əslində bu məktəbin formalaşdığını göstərən xarakter daşıyır. Digər tərəfdən dizayn məktəbi (layihələşdirmə, quraşdırma, modelləşdirilmə) biznesin inkişaf strategiyasının uyğunluğunun üst-üstə düşməsinə nail olmaq cəhdləridir və yaxud daxili və xarici imkanlardan başqa sözlə quruculuğ modelini təklif edir. Bu məktəbin nümayəndələri arasında həmin şirkətin imkanlarını və xüsusiyyət­lərini tələb edir, onun mövqeyini müəyyən edən alət kimi göstərilməsi müəyyən edilir, onun köməyi ilə öz xarici mühitinə uyğunlaşdırılması ideyasına uyğundursa, bu zaman istinad edilən ola bilməz. Oxuduğumuz hər bir dərslikdə bu məktəbin ən parlaq nümunəsi və nümayəndəsi SWOT-strateji idarəetmə üzrə təhlil metodu Kennet Enderyusdur (cədvəl 2.1).

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin