Hörmətli oxucularım! Qeyd etmək istərdim ki, idarəetmə üzrə ali məktəb tələbələri və magistrlər üçün Azərbaycan dilində olan dərsliklər arasında ilk dəfə olaraq bu dərslikdə müasir strateji idarəetmənin elmi-nəzəri əsaslarının kompleks şərhi verilmişdir.
Əvvəlki dərsliklərdə strateji idarəetmənin ayrı–ayrı məqamları işıqlandırılmışdır, lakin bu dərslikdə strateji idarəetmənin müasir dünya təcrübəsinin ümumi baxışları əks olunmuşdır.
Müasir dövrdə strateji idarəetmə sahəsinə elm adamları və menecerlər daha çox diqqət yetirməyə başlayıblar. Strateji idarəetmə məsələlərinə maraq daima diqqət mərkəzində olub. Bu təkcə biznesin inkişaf strategiyasında idarəetmənin çox mühim rol oynaması ilə deyil, həmçinin, idarəetmənin praktiki fəaliyyət kimi daima inkişaf etməsi, öz mahiyyətinə görə elmi-nəzəri və praktiki cəhətdən düzgun idarəetmə nümunəsi sayılması ilə bağlıdır.
Məhz,buna görə, strateji idarəetməni əsaslı bildikdən sonra menecmentin imkanlarından səmərəli istifadə etməklə, rəqiblər qarşısında öz şirkətinin üstünlüyünü təmin etmək mümkündür. Əgər şirkətlərin sahibləri və ya onların menecerləri rəqibləri kimi, qəbul edilmiş qayda və standartlar üzrə hərəkət edərlərsə, o zaman həmin şirkət öz inkişafında heç bir nailiyyət qazana bilməz. Ona görə də, sahibkarlar daima strategiyada yeni, orijinal yollar axtarmalıdırlar və axtarırlar da.
Səmərəli və ya mənfəətli menecment məhz o menecmentdir ki, düzgün olanı deyil, mümkünsüz olanı etməyə çalışsın. Strateji idarəetmənin ənənələrə deyil, maraqlara uyğun qurulması müasir dövrün tələbidir və məhz, buna görə də o, daima axtarış vəziyyətindədir. Bütün bunları nəzərə alaraq, daima yaxşı (innovativ) strategiya təcrübəsinin, strategiya fəaliyyətinin ən uğurlu nümunələrini əks etdirən, strateji idarəetmə nəzəriyyəsi daha dərindən öyrənilməlidir.
Əlbəttə ki, strateji idarəetmənin ayrı – ayrı komponentləri mövcuddur. Çətin və nisbətən dayanıqlı nəzəriyyə əsasında təkcə bu komponentlər təsvir edilmir, həmçinin bu komponentlər çərçivəsində strateji fəaliyyəti necə həyata keçirmək lazım olduğu göstərilir. Əgər söhbət strateji idarəetmədən gedirsə, ilk növbədə, ali rəhbərliyin fəaliyyətinin nəzəri əsasları menecmentin tərkib hissəsi olduğunu, rəqabət şəraitində bu mübarizənin hər bir iştirakçısının qələbə qazanmaq üçün əlindən gələni etməyə çalışdığı bir mühitdə, şirkətin səmərəli fəaliyyət göstərməsinə köməklik edən düzgün qərarların axtarışına yönəldilməsini başa düşmək lazımdır.
Elmi ədəbiyyatlarda tez – tez rast gəlirlər ki, yaxşı nəzəriyyə üzərində qurulan təcrübə kimi faydalı heç nə yoxdur. Fikrimcə, bu tamamilə doğrudur. Bu baxımdan, nəzərə almaq lazımdır ki, yaxşı nəzəriyyə məhz ,o nəzəriyyədir ki, təcrübədə çox faydalı ola bilir. Bunun üçün nəzəriyyə təcrübənin xüsusiyyətlərinə adekvat olmalıdır.
Strateji inkişafın xüsusiyyəti də ondan ibarətdir ki, onda az sayda köhnə prosedurlar və ənənələr vardır, lakin orada çoxlu yaradıcılıq mövcuddur və bu yaradıcılığın rolu əhəmiyyətlidir. Ona görə də strateji inkişaf nəzəriyyəsinin uğurlu həlli təcrübənin ümumiləşdirilməsi əsasında ayrı-ayrı idarəetmə sxemlərini və iddialarını formalaşdırır. Bilmək lazımdır ki, hansı köməklik əsasında uğurlu nəticə əldə etmək mümkündür və bunu nəyin əsasında müəyyən etmək olar? Başqa sözlə, strateji inkişaf nəzəriyyəsi şirkətin bazarda uğur əldə etməsinə köməklik edə bilər. Strateji inkişaf nəzəriyyəsi necə davranmağı bizə əmr etmir. Bu nəzəriyyə izah edir ki, əgər müəyyən şəkildə daha fərqli hərəkət edilsə, uğur qazanmaq mümkündür. Ən azı, əvvəllər strategiyamız bu şirkətə uğur gətirib. Biznesin strateji idarəetmə nəzəriyyəsində nə olmadan idarəedici öz vəzifələrinin öhdəsindən gələ bilmədiyi və nəyi bildikdə onların verəcəyi qərarların düzgünlüyünə təminat verməsi təhlil edilmişdir.
Dərsliyi öyrənərkən fikrinizi biznesin inkişaf strategiyasının mahiyyətinin və vəzifələrinin nə olduğuna, onun həyata keçirilməsinin necə baş verdiyinə yönəldim. Lakin , buna baxmayaraq, Siz hansı proses və hərəkətlərinizə əsasən, biznesin strateji inkişafına zəmanət verməsi sualına bir mənalı cavab tapa bilməyəcəksiniz, çünki prinsip etibarı ilə biznes daima inkişafda olduğu üçün cavabı tapmaq da qeyri-müəyyəndir.
Dərslik müasir işgüzar biznesin mühüm tərkib hissəsi kimi, strateji idarəetmənin konsepsiyasının üç əsas sahəsini əhatə edir:
1) strateji inkişaf və xarici fəaliyyətdə davranışın işlənməsi və həyata keçirilməsi;
2) biznes məhsulunun hazırlanması stategiyasının işlənməsi və həyata keçirilməsi;
3) şirkətin strateji idarəetmədə kadrlarla bağlı olan münasibətinin hazırlanması və həyata keçirilməsi.
Strateji idarəetmənin sahələrini öyrənərkən onları strateji inkişafın ümumi baxış prizmasından qəbul etmək lazım olduğunu yaddan çıxarmaq olmaz. Əgər biz, strateji idarəetməni ümumi konsepsiya konteksindən öyrənməsək, onda strateji idarəetməni bütöv şəkildə başa düşmək bizə çox çətin olar.
Bu prosesdə yeni biliklər üzərində mütərəqqi idarəetmə metodlarının elmi-nəzəri və praktiki cəhətdən öyrənilməsi vacib məsələdir. Bu dərslikdə nəzəri və praktiki təhlillər sistemləşdirilib, bilikləri formalaşdırılmaqla, tələbələrə və magistrlərə təqdim edilir. Strateji idarəetmə nəzəri və praktiki biliklər verməklə, idarəetmədə yeniliklərə əsaslanan vərdişlər yaratmaqdan ibarətdir.
“Biznesin strateji idarə edilməsi” dərsliyində, biznesin strateji əsaslara uyğun konkret təcrübələrə əsaslanaraq daha doğrusu, uyğun konkret vəziyyətın təsviri verilmişdir. Təəssüflər olsun ki, bizdə hələ strateji inkişaf üzrə konkret vəziyyətin öyrənilməsi kifayət qədər çox deyil. Lakin, buna baxmayaraq, hər bir bölmənin əvvəlində fikirləşmək üçün konkret uyğun vəziyyətin təsviri verilmişdir. Dərslikdə strateji idarəetmənin elmi-nəzəri əsasları ilə yanaşı, təcrübələrə aid qeydlər də mövcuddur.
Məlumdur ki, bu dərslikdə ətraflı konkret inkişaf mərhələlərinin mövcud formada təqdim edilməsi bütün hallarda hazırki mərhələdə dərsliyə daxil edilənlər barəsində fikirləşmək üçün mövcud vəziyyət və real inkişaf təcrübəsindən qısaca verilən misallar müəyyən qədər bu çatışmazlığı aradan qaldırmağa imkan verir.
Dərslikdə, nə üçün konkret inkişaf strategiyası lazımdır və bu kitabdan lazımlı məsələləri oxuyub-öyrənib, bazardakı problemlərə necə yanaşmaq lazımdır? sualına birmənalı cavab yoxdur və tədris materiallarının xüsusiyyətləri də məhz bununla bağlıdır. Sualların qavranılması, fikirləşmək üçün situasiyanın təsviri, hər bir oxucunun fərdi xarakterindən asılıdır. Burada, real gerçəklikdə olduğu kimi, hər kəs biznesdə baş verən prosesləri və hadisələri bir cür görür.Oxucu bu dərsliyi oxuduqdan sonra, özündən cavab almaq istədiyi sualları formalaşdırsın. Nəzərə almaq lazımdır kı, suallar konkret olmalıdır, fakt və hadisələrlə bağlı təsvir edilməlidir. Bu sualların qurulması üçün ayrı-ayrı sahələri qeyd etmək olar:
a). Strateji idarəetmədə qərarların düzgün təsviri nə üçün edilib?
b). Strateji idarəetmənin onun təsvirində yaranan problemlərin səbəbi nədir?
c). Strateji idarəetmə məsələləri indiyə qədər necə həll edilib və gələcəkdə necə həll edilməlidir?
Nəzərə almaq lazımdır ki, strateji idarəetmənin müxtəlif situasiyalarda problemlərin xırdalıqlarının həllinin konkret modeli yoxdur.Bəzən, ilk baxışdan lazımsız və əhəmiyyətsiz detal, yaxud bu və ya digər qərarın qəbul edilməsinin motivləri nəticəyə nəzərə çarpacaq dərəcədə təsir göstərə bilər, bəzən isə yox.
Dərslik müasir proqrama uyğun olaraq tərtib edilmişdir və on beş fəsildən ibarətdir.Dərsliyin sonunda oxucuya materialları hansı dərəcədə mənimsədiyini yoxlamaq üçün, köməkçi suallar çox önəmli əhəmiyyət daşıyır.
Yaxşı olardı ki, oxucu mövzuların materiallarını öyrəndikdən sonra konkret situasiyaya özü tərəfindən qoyulan suallara yenidən qayıtsın və artıq öyrəndiyi elmi-nəzəri biliklərlə uyğun onları cavablandırmağa çalışsın.
Sonda qeyd etmək istərdim ki, dərslik üzərində həmkarlarımın, yəni Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin idarə edilməsi” kafedrasının bütün əməkdaşlarının elmi məsləhətləri və yardımları olmadan bu kitabı ərsəyə gətirmək çox çətin olardı. Mən müzakirə zamanı kitabın əlyazmasının elmi redaktoru olan “Biznesin idarə edilməsi” kafedrasının müdiri i.ü.f.d.dos. Əliyev Məhəmməd müəllimə çox önəmli məsləhətlərinə görə və ümumilikdə bütün kollektivə dəstək olduqları üçün hörmət və təşəkkürümü bildirirəm.
Əlbəttə ayrı-ayrılıqda rəyçilərdən i.e.d., professor A. Ş. Şəkərəliyevə, i.e.d., i.e.d., professor A. M. Məhərrəmova, i.e.d., professor T. N. Əliyevə, i.e.d., professor T. İ. İmanova və i.e.d.professor. R. Ş. Muradova öz dəyərli fikir və məsləhətlərinə görə dərin minnətdarlığımı bildirirəm.