2.2. Biznesin inkişaf strategiyasının hazırlanması zamanı mühitin təhlil metodologiyası
Şirkətin yaşamasını təmin edən mühiti şərti olaraq iki hissəyə bölmək olar: şirkətin münasibətdə olduğu xarici mühit (makromühit və ətraf mühit) və daxili mühit. Menecmentin vəzifəsi şirkətlərdə məhsulun yaradılması yolu ilə onun təşkilati ehtiyatlarının həyatı fəaliyyətini təmin etmək üçün onların daxili mühitdə mübadiləsini təmin edən xarici mühit arasında balansın saxlanılmasını təmin etməkdən ibarətdir. Şirkətin xarici mühitlə qarşılıqlı fəaliyyəti prosesində strateji idarəetməni, ilk növbədə, xarici mühitlə balansın saxlanılmasını təmin edən digər şirkətlərlə rəqabət şəraitində şirkətin uzunmüddətli perspektivdə özünü necə aparmalı olduğunu, deməli, davamlı mövcudluğunu təmin etmək şirkəti daha çox maraqlandırır.
Xarici mühitdə hər zaman dəyişikliklərin dinamik prosesi cərəyan edir, daima nəsə itir və nəsə meydana çıxır. Bu prosesin bir qismi şirkət üçün yeni imkanlar açır, əlverişli şərait yaradır, digər qismi isə əksinə, əlavə çətinliklər və məhdudiyyətlər əmələ gətirir. Uzunmüddətli perspektivdə uğurlu şirkət gələcəkdə onun qarşısında hansı çətinliklərin yaranacağı ,hansı yeni imkanların açılacağını görməyi bacarmalıdır. Ona görə də , xarici mühiti öyrənən strateji idarəetmə, bu mühitində hansı təhlükələri və hansı imkanları gizlədildiyini aydınlaşdırmağa diqqəti cəmləşdirməlidir. Lakin təhlükələrin öhdəsindən uğurla gəlmək və imkanlardan istifadə edə bilmək üçün onlar barədə yalnız bir az bilmək heç də kifayət deyil. Şirkətin , eyni zamanda, açılan yeni imkanları barəsində bilməsi vacibdir və əgər onların istifadəsi üçün potensiala malik deyilsə, deməli, onlardan da faydalana bilməyəcək. Şirkətin daxili mühitinin güclü və zəif tərəfləri, imkanlar və təhlükələr kimi eyni şəkildə şirkətin uğurlu fəaliyyət şərtlərini müəyyən edir. Ona görə də, strateji idarəetmə də daxili mühitin təhlili zamanı, şirkətin ayrı – ayrı hissələrinin bütövlükdə hansı güclü və hansı zəif tərəflərə malik olduğu maraqlandırır.
Beləliklə, biznesin inkişaf strategiyasının idarə olunmasını necə həyata keçiriləcəyini müəyyənləşdirən, mühitin təhlili şirkətlə münasibətdə xarici mühitdə yarana bilən imkanlar və təhlükələrin, həmçinin, şirkətin malik olduğu güclü və zəif tərəflərin aşkar edilməsinə yönəlib. Məhz biznesin inkişaf strategiyasının idarə olunması zamanı istifadə edilən bu məsələlər dəqiqliyi ilə həll edilir və mühitin təhlili üsulları işlənib hazırlanır.
Biznesin inkişaf strategiyasının tərtibatı zamanı, mühitin təhlili üçün tətbiq edilən SWOT metodu (SWOT təhlili) – güc (strength), zəiflik (weakness), imkanlar (opportunities) və təhlükələr (threats) xarici və daxili mühitin öyrənilməsini həyata keçirməyə imkan verən geniş tanınmış yanaşmadır. SWOT metodunu tətbiq etmək xarici təhlükə və imkanlara , şirkətə xas olan güclü və zəif arasında əlaqəni yaratmağa nail olmaqdır. SWOT metodologiyası, ilk növbədə, güclü və zəif tərəflərin, həmçinin təhlükə və imkanların üzə çıxarılmasını və bundan sonra şirkətin strategiyasını formalaşdırmaq üçün gələcəkdə istifadə edilən, onlar arasında qurulan zəncirvarı əlaqəni nəzərdə tutur.
Tompson və Strikland şirkətin güclü və zəif tərəflərinin siyahısını, həmçinin onun üçün xarici mühitdə mövcud olan təhlükə və imkanların siyahısını tərtib etməyə imkan verən aşağıdakı xarakterik nümunələri təklif etmişlər. (56. s.98)