A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)



Yüklə 3,11 Mb.
səhifə35/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   31   32   33   34   35   36   37   38   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Ali rəhbərlik funksiyasını:
1. Mühitin dərindən öyrənilməsinin müasir vəziyyəti, məqsəd və strategiyaların hazırlanması və həyata keçirilməsi. Müəyyən məqsədlərin tam aydınlaşmasının mahiyyəti;
2. Mövcud bir şirkətin ehtiyatlarından istifadənin səmərəliliyi üzrə qərarların qəbul edilməsi;
3. Təşkilati struktur haqqında qərar;
4. Şirkətdə keçirilməsi zəruri olan dəyişikliklər;
5. Nəzərdə tutulmuş zəruri hallar yarandıqda strategiyanın yerinə yetirilməsi planına yenidən baxılması.
Dəyişikliklər strategiyaların icrası prosesində həyata keçirilən strateji dəyişikliklər adlanır. Təşkilatın yenidən qurulması belə formalarda ola bilər: adi dəyişiklik və əhəmiyyətsiz dəyişikliklər, radikal islahat, mülayim dəyişiklik.
Təşkilati strukturlarının tipləri: matris, iqtisadi sistemin təhlükəsizliyi (İST) üzrə strukturu, funksiyası, elementar. Seçim təşkilati strukturunun fəaliy­yə­ti­nin təşkili, coğrafi yerləşməsi, texnologiya, aidiyyəti şirkətlər tərəfindən həyata keçirilən strategiya şirkətin ali rəhbərlərinin və əməkdaşlarının, xarici mühitin dinamik dəyişməsindən, bu zaman tərəfin ödəyəcəyi məbləğin və bütün tədbirlərin fəaliyyət dərəcəsindən asılıdır.
Dəyişikliklər etmək üçün təhlil əsasında proqnozlaşdırma aparmaq lazımdır. Dəyişikliklərin aparılması üsulları: Rəqabət, əməkdaşlıq, güzəştə get­mək, qurğular. Müəyyən nəzarət vəzifəsi bundan ibarətdir ki, biznesin inkişaf strategiyasının həyata keçirilməsi, şirkətin kommersiya, iqtisadi, elmi-texniki və digər meyillər inkişaf məqsədlərinin həyata keçrilməsinə gətirib çıxaracaqdır.
Şirkətin əsas inkişaf məqsədlərinin və vəzifələrinin müəyyənləşdirilməsi investisiya baxımından kapitalın səmərəli istifadə edilməsi və ödənilməsinin təmin edilməsidir. Şirkətin ehtiyatlarının əsas məqsədlərə nail olmaq üçün onun inkişafı və vəzifələrini müəyyən etdikdən sonra səfərbərlik strategiyasının müəyyən edilməsi vacibdir.
Yuxarıda əsaslandırılmış vəzifələr, bütövlükdə şirkətin strateji planının işlənməsinin məntiqi ardıcıllığını müəyyənləşdirir. Cari vəziyyətinin qiymətləndirilməsi və onun inkişaf perspektivləri biznesin inkişafı olaraq həyata keçirilir. Onun strateji məqsədi, şirkətin missiyası daha sonra onun rəsmi inkişaf strategiyası seçilir.
Bu məntiq əsasən (İTS) İqtisadi Təsərüfatçılıq Sisteminə uyğun strateji pla­nın hazırlanması məsələsi ilə bağlı olduğu üçün ön plana keçir. Buna görə də, aşa­ğıda söhbət, eyni zamanda, müəyyən səviyyələrdə biznesin inkişaf strategi­ya­sı­nın planlaşdırılması barədə gedəcək.
Şirkətlər fəaliyyət göstərir, bunların bir çoxlarında işlədikləri təsərrüfat zonasının yüksək risklərini idarə etmək üçün istehlakçılar kifayət qədər yüksək biliklərə malik deyillər. Belə olduqda, istehlakçıların davranışı barədə, rəqiblərin mövqeləri haqqında, düzgün seçilmiş tərəfdaşları ilə səciyyələnən, etibarlı mənbələrdən alınması kommersiya və di­gər informasiyalar bəzən olmur. Bundan başqa, bizim Azərbaycan menecerlər qrupu biznesin inkişafı strategiyasının hazırlanması, bazar iqtisadiyyatı şəraitində rəqabətqabiliyyətli, dünya təcrübəsinə əsaslanan nə biliyə nə də təcrübəyə malik deyillər.
Bu şirkətlərin satış fəaliyyətinin Azərbaycan bazarında bir çox problem­ləri mövcuddur. Son və ya aralıq məhsulları istehsal edən şirkət rəhbərləri tərəfindən əhalinin tələbatını ödəmə qabiliyyəti olan səviyyəli istehlak malları ilə ödənmədiyindən sənayedə ticarətdə məhdudiyyətlərin olduğunu hiss edirlər.
Kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlər, şatışı həyata keçirən mü­əs­sisə, dövlət qurumları rəhbərlərinin bilavasitə koordinasiya və nəzarəti al­tında olur. Bir qayda olaraq, dövlət və satış xidmətinin ixtisaslı işçiləri olmadan xidmətin yüksək səviyyədə olması mümkün deyil. Bu baxımdan. onların əksəriyyəti taktiki məsələləri həll etməli olur, çünki öz məhsullarını və kəskin tələbat olan malların anbarlarda yığılıb qalması və zamanın itrilməsi üzündən sonra digər mallarla toqquşması problemi də yarana bilir. Qaldı bu məhsulların yeni satış strategiyasına, bazarda bu bir örtülü məsələdir. Bir çox şirkətlər istehlak mallarının istehsalına keçməyə başlayır, istehlak təyinatlı məhsullarn istehsal çeşidi çevik dəyişmək istəyini həyata keçirməyə imkan verir. Əgər eyni istehsal təyinatlı məhsul buraxılırsa, bu zaman şirkətlər bu məhsulları istehlak etdiyindən, onların bəziləri bu vəziyyətdən istifadə edərək öz şirkətlərini inkişaf etdirirlər. İstehsal olunan məhsulun çeşidini dəyişdirərək, şirkətin əvvəlcədən proqnozlaşdırılan satışını saxlayaraq öz məhsullarının istehlakçılarını bazarda axtara bilər.
Rəhbərlər istehlakçıların seçimi zamanı: Son istehlakçı ilə birbaşa ünsiyyəti, əlaqə və sifarişçinin ödəmə qabiliyyətini nəzərə alırlar. Şirkət üçün yeni bazarların (rəhbərlərinin bir hissəsi müstəqil şəkildə yeni istehlakçılar axtarır) mənimsənilməsinin, yeni istehlakçıların axtarışının çox aktual problem olduğunu nəzərdən qaçırmaq lazım deyil.
Biznesdə getdikcə yeni hallar baş verir ki, şirkətlərin qarşılıqlı kom­mer­si­ya strukturları yeni maraqlar üzərində yarandığından , konkret şirkətin məh­sul­la­rı­nın satış hissəsi və istiqaməti tez-tez dəyişir, bir hissəsi isə köhnə kanallar va­si­təsilə öz əmtəələrini reallaşdırır. Üstəlik, şirkət istehsalının təmin edilməsi üzrə bütün mürəkkəb məsələlərin həllində bu istiqamətdə fəaliyyət göstərən di­gər şirkətlərə də müraciət edə bilər. Məhsul satışının təmin edilməsi tak­ti­ka­la­rından biri, əsasən, Azərbaycanın müasir şəraitində və tələblərə uyğun beynəlxalq bazara çıxışı idi ki, burada yarana biləcək problem alıcılıq qabiliyyəti olan əhali üçün tələbat daxili məhsulun məhdudluğu idi. Lakin yadda saxlamaq lazımdır ki, bu yalnız yüksək səviyyəli texnologiyalarla istehsal edə bilən şirkətlər, onların mallarının rəqabət qabiliyyətini təmin etmək üçün müəyyən zaman çərçivəsində beynəlxalq bazara inteqrasiya edə bilsin.
Bu baxımdan, idarəetmə qərarlarının düzgün qəbul edilməsi bütün sistemin strateji istiqamətlərdə dövlət və qeyri - dövlət məsul şəxsləri bazar rəhbərliyi olaraq biznes mühitini yaxşılaşdırmalıdırlar. Bu yeni metodoloji-inkişafın zərurətindən irəli gəlir.
Hazırda Azərbaycan bazarında müəyyən bir şirkətin inkişaf strate­giyalarının qiymətləndirilməsi üçün ixtisaslı mütəxəssislərin hazırlanması bu sa­hədə gələcəkdə problemlərin həllinə şərait yaratmalıdır. Bundan əlavə, qiymətli kağızlar bazarında nəzarətin idarə olunması və dəyərə bəsid yanaşma və meyarların bir ikimərhələli qiymətləndirmə əsasında olması, sənaye şir­kət­lərində biznesin inkişaf strategiyasının seçilməsinin yeni üsulları çox az istifadə edilir.
Unutmaq olmaz ki, bazar münasibətlərinin davamlı inkişafı Azər­bay­can­da vəzifələrin həlli metodları ilə idarə edilməsinin keyfiyyətli səviyyəyə qalx­ma­sına, yeni xarakterli tələblərin həll olunan zaman digər yeni tələblər irəli sürülür. Dəyişikliklərin sürətlənməsi ilə daxili və xarici amillərin ətraf mühitin, şirkətin mövqelərinin dəyişməsi, yeni sorğular əsasında istehlakçılar uğrunda rəqabətin artması, informasiya şəbəkələrinin inkişafı, biznesin beynəlmiləl­ləş­məsi, sadəlik, müasir texnologiyaların dəyişməsi, eləcə də bir sıra digər səbəb­lər dirçəlişdə, əhəmiyyətli biznesin inkişaf strategiyasının idarə olunmasında da insan ehtiyatlarının rolu böyükdür.
İqtisadi artım prosesi yeni strategiyaların tətbiq olunmasından birbaşa asılıdır, nə dərəcədə yerli şirkətlər strateji idarəetmə sisteminin təkmilləşdiril­məsi üzərində işləyirlərsə, deməli, artımda bir o qədər çox olacaqdır. Bugün sadə və ucuz alətlər çatışmır, biznesin inkişaf strategiyalarının müxtəlif variant­ları obyektiv və subyektiv səbəblərdən tez qiymətləndirməyə imkan verən variantlarda, inkişaf strategiyasının seçimi haqqında qərar qəbul edərkən, təc­rübədə menecerlərə elmi-nəzəri və praktiki imkanlar vacibdir, çünki qərarın qə­bul edilməsi sürəti əsaslandırılmış olduğundan idarəetmə uğurlu inkişafın əsas amilinə çevrilir.
Biznesin inkişaf strategiyasının seçilməsi və qiymətləndirilməsinin müx­təlif aspektləri, İ.Ansoffa, M.Q.Brauna, P.Druker, B.Q.Kleyner, P.R.Nivinna, B.M.Portera, B.İ.Marşeva, R.S. Kaplan, İ.V.Yefremova, İ.M.Lifi-sa, M.D. Kruk və b. yerli və xarici müəlliflərin bir çox əsərlərində öz əksini tapmışdır.
Biznesin inkişaf strategiyasının seçilməsi və qiymətləndirilməsi metod­larının təhlilinin ümumi nəticələrinə əsaslanaraq, aşağıdakı nəticələri qeyd etmək olar:
- Biznesin inkişaf strategiyasının seçilməsi və qiymətləndirilməsi metod­ları, mövcud olan biznesin inkişaf strategiyasının qiymətləndirilməsi birtərəfli para­metrləri nəzərə alır;
- Biznesin inkişaf strategiyasının seçilməsi və qiymətləndirilməsi metod­ları həm vaxt b, həm də maliyyə ehtiyyatları baxımından olduqca zəhmətlidir;
- Xarici mühit şəraitində şirkətin biznesinin inkişaf strategiyasının seçilməsi və qiymətləndirilməsi daimi dəyişikliklər şəraitində vaxt ehtiyatı olmadığından, mövcud üsullardan istifadə etməklə alınan nəticələr aktuallığını xeyli azaldır;
- Mövcud metodların tam şəkildə deyil dəyər əsasında yanaşılması biznesin səmərəli idarə edilməsi nəzərə alınır.
Biznes sahibinin əsas məqsədi - uzunmüddətli maliyyə mənbələrindən maksimum faydalanmaqdır. Biznesin dəyəri idarəetmənin səmərəliliyinə hərtə­rəfli təsəvvür yaradan əsas meyardır. Biznesin inkişaf strategiyasının seçilməsi də yalnız daxili və xarici mühit amilləri dəyişən olduğu üçün, bu baxımdan, də­yərə əsaslanan biznesin idarə olunması anlayışını daima nəzərə almaq lazımdır.
Biznesin inkişaf strategiyasının seçilməsi və qiymətləndirilməsinin əsas üsul­larının müqayisəli təhlili önəmli əhəmiyyət daşıdığından bu məsələnin aşa­ğıdakı təhlilinə nəzər yetirək. Üsulun üstünlüklərini və çatışmayan tərəflərinin müqayisəli təhlilini aparaq.
Bu qeyri-müəyyənlik üsulunu qeyri-müəyyənlik şəraitində şirkətin fəa­liy­yətinin qiymətləndirilməsinə keçid üsulunu özündə əks etdirir. Təhlilin məqsədi vasitələrin köməyi ilə əlaqələndirilməsi mexanizminin vəzifəsi, bu me­todun idarəetmə sistemini keyfiyyətcə yaxşılaşdırmağa imkan verir və şirkət inkişaf "sxeminin" qurulmasında bu və ya digər bərabər şəraitdə olanların ya­nında olmaq, onu göstərir ki, nəzəri cəhətdən yanında əslində olmaya bilər. Bu üsul çox əməktutumludur.
İntellektual modellərdən istifadə metodu: bu metodun məqsədi gə­ləcəkdə maksimum imkan yaradır ki, insanın intellektual imkanlarından şirkətin daxili mühitinin hazır olmaması (bugün), istifadə metodunun intellektual modellər, Azərbaycan şirkətlərinin əksəriyyəti üçün istifadə olunması səmərəli hesab edilə bilər.
Ekspert qiymətləndirmə metodu, mümkünlük metodu, nisbi ucuzluq və xırda müvəqqəti xərclər metodları ,əsasən, mütəxəssislərin qiymətləndirmələri və onların subyektiv fikirlərinə əsasən yaradılmışdır. Digər bazar potensialının qiymətləndirilməsi metodu, şirkətin daxili fəaliyyətinin bütün sahələrini əhatə edir, onun işinin daxili göstəricilərini yaxşılaşdırır. Bazarla səmərəli qarşılıqlı fəaliyyət üçün şirkətin biznesinin inkişaf istiqamətlərini dəqiq təsəvvür etməyə imkan verir. Bazarın imkanlarının qiymətləndirilməsi metodikasının adı yox­dur, şirkətin bazar imkanlarına uyğun biznesin inkişaf strategiyalarının müxtəlif variantlarda uyğun dəyişikliklər obyektiv qiymətləndirilməyə imkan verir. Bazarın imkanlarının qiymətləndirilməsi metodu xeyli vaxt və maliyyə vəsaiti tələb edir. Bundan əlavə, rəqabət qabiliyyətinin qiymətləndirilməsi me­to­du, matris əsasında iqtisadi inkişaf strategiyasının qiymətləndirilməsi metodları da mövcuddur.
Balanslaşdırılmış Göstəricilər Sistemi (BGS) isə bölmələrin və əmək­daşların maksimum qısa müddətdə əsas məqsədə nail olması üçün hərəkətlərin razılaşdırılması hesabına xərclərin minimuma endirilməsi ilə şirkətin məqsəd­lərini həyata keçirməyə imkan verir. BGS-nin əsas prinsipi idarə etməkdir - ancaq ,onunla ölçülür ki, balanslaşdırılmış göstəricilər sistemi ,əsasən, şirkətin yeni biznes strategiyasının həyata keçirilməsi mərhələsində istifadə olunur.
Biznes kapitallaşması və biznesin qurulması metodikaları ,əsasən, biznesin dəyərinin qiymətləndirilməsinin durmadan artması və biznesin dəyərinin qiymətləndirilməsi kimi əsaslandırmaq olar. Şirkətin fəaliyyət göstəricisi, sırf məqsədləri üçün istifadə olunan müəyyən gəlirinin səmərəli istifadəsi çox böyük önəm daşıyır . Satış yerlərində digər şirkətlər bu və ya digər formada onlar kimi bu üsullardan istifadə edə bilər.
Əgər biznesin dəyəri yeni strategiyasının formalaşması üçün qəbul edilsə və idarəetmə qərarlarının biznesin idarə edilməsinə dəyərli yanaşmanın həyata keçirilməsinə yönəldilməsi lazımdır. Bu zaman qiymətləndirmənin bir neçə üsullarından istifadə etmək məqsədəuyğundur və müvafiq olaraq bir neçə göstə­ricilərinin dəyərləndirilməsi lazımdır. Aydınlaşdırmaq vacibdir ki, razılaş­dırıl­ma məsələsi nəticələrə müxtəlif metodların tətbiqi ilə alınan qiymətlər yüksəlir ya yox. Bu baxımdan, Azərbaycan Republikası xarici qiymətləndirmə təcrübə­sin­dən istifadə etməklə, nəticələrin razılaşdırılması probleminə ciddi diqqət yetirir. Q.S.Harrisonun «Daşınmaz əmlakın qiymətləndirilməsi» əsərində öz elmi bu məsə­lənin nəzəri əsaslarının öyrənilməsi prosesində yanaşmanın razılaşdırıl­ması və bu əsasda müxtəlif variantlar biznesin dəyərinin qiymətləndirilməsi və bu qiymətləndirmə problemləri əksini tapmışdır.
Mərhələnin həyata keçirilməsi üçün strategiyanın idarə olunması, biz­nesin inkişaf strategiyasının seçilməsi, bu baxımdan seçim metodikası inkişaf strategiyasının əsasında strategiyaların qiymətləndirilməsinin ikipilləliliyi şirkətin gələcəkdə öz biznesini inkişaf etdirməsi üçün təklif olunmalıdır. Bu metodika dəyər yanaşması əsasında biznesin idarə edilməsini nəzərə alır, habelə onun inkişafını alternativ strategiyalara uyğun qiymət üsulları əsasında da həyata keçirməyə imkan verir, icra minimallaşdıran zaman, insan və maliyyə resursları önəmli əhəmiyyət daşıyır. Biznesin inkişaf strategiyasının qiymətlən­diril­məsi o deməkdir ki, deməli, şirkətdə yeni biznesin yaranması baş verir. Birin­ci mərhələdə alternativ strategiyanın inkişaf strategiyası hər bir variant üçün biznes strategiyaların qiymətləndirilməsi birləşdirilmiş göstəricisi hesab etməklə qiymətləndirilir.
İndi isə ikinci mərhələnin təhlilini aparaq. İkinci mərhələdə qiymət amilini nəzərə alan biznesin inkişaf strategiyasının son seçimi baş verir. Bizim biznesin inkişaf strategiyasının seçilməsi üçün ilk mərhələdə ən az xərc, vaxt və maliyyə tələb edən ekspert üzərində qiymətləndirmə metodu istifadə olunmaqla təhlil edilmiş inkişaf strategiyasının seçilməsi baş verir və bundan sonra nə təklif olunur? Biznesin inkişaf strategiyalarının qiymətləndirilməsi üçün ekspert qiymətləndirmə metodunu istifadə etməklə istehsal olunan məhsulların, xüsusiyyətinə uyğun olaraq şirkətin fəaliyyəti və inkişaf strategiyalarının qiymətləndirilməsi üçün göstəricilərin də qiymətləndirmə meyarlarının müxtəlif qruplara ayrılışı vacibdir. Qrup meyar və əhəmiyyət əmsalları ekspert yolu ilə təşkili üçün maksimum mümkün balların sayı, eləcə də hər qrup üçün meyar­ların müəyyən edilmiş göstəricilərin hər biri üzrə müəyyən edilir. Həmçinin, mar­ketinq, idarəetmə fəaliyyəti, şirkətin ehtiyyatları, texnologiya əsasında is­teh­sal və onun səmərəliliyi, innovasiya və İKT sahəsində əsas meyilləri və də­yi­şikliklərin dinamikasını ifadə etmək məqsədəuyğundur.
Bu inteqrasiyanı aparmaq üçün alternativ strategiyanın qiymətləndiril­mə­sinin aparılması vacibdir və bu zaman bizim biznesin inkişafı aşağıdakı formuldan istifadə olunması daha məntiqə uyğun sayılır:
I = [(Кр1 х (А1р1+А2р1+...+А4р1)) / N1 + (Кр2 х (A1p2+A2p2+...+A4p2)) / N2 + ...+
+ (Кр4 х (А1р4+А2р4+...+А4р4)) / N4] / р,

Birinci mərhələdə seçim strategiyasının seçilməsi üçün strategiyaların əhəmiyyətinə görə bu inteqrasiyada bir alqoritmin istifadə olunması tövsiyə edilir çünki:


Burada 1 orta maksimal və minimal qiymətlərlə aldığı hər biri üçün alternativ strategiyaların inkişafı nəticəsində inteqrasiya göstəricisinin hesabı arasında inteqrasiyaedilmiş göstəricinin əhəmiyyəti kimi təsəvvür edirik:
I cp (I min max + I) / 2,

burada cp – I- strategiyaların seçilməsi üçün istifadə olunan inteqrasiyalı göstəricidir; I max - inteqrəedilmiş göstəricinin maksimum əhəmiyyət; I min - bu inteqrasiyaedilmiş minimal dəyəridir;


2 - inkişaf strategiyasının seçimi ikinci mərhələyə istehsal şirkətin inkişaf strategiyası, inteqrasiyaedilmiş göstəricidən əhəmiyyətli olan cp I az olmayaraq verilir.
Bu baxımdan, ikinci mərhələdə məsələnin həll edilməsi üçün dəyər yanaşması biznesin idarə olunmasını qiymətləndirmək təklif olunur, seçilmiş inkişaf strategiyası hər bir variant üçün iki ən məlumatlı metodlarından istifadə etməklə, biznesin dəyərinin hesablanmasını apararaq: aktivlər üzrə (С2) mənfəətin (С1) kapitallaşdırılması metodu və qiymətləndirilməsi metoduna əsaslanır. Bu hesabla orta riyazi göstəricilər gələcəkdə istifadə edəcəyimiz əhəmiyyətli biznesin dəyərinin verir. Say meyarı biznesin inkişaf strategiyasının seçilməsi üçün "ikinci" pillədə aşağıdakı qaydada aparılır:
КС = (С1 + С2)/2,

Burada:
- КС - biznesin dəyərinin qiymətləndirilməsi üçün say meyarı;


- Biznesin dəyəri, mənfəətin kapitallaşdırılması metodu ilə hesablanmış C1;
- Biznesin dəyərinin qiymətləndirilməsi metodu ilə hesablanan aktivlər üzrə, C2;

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin