A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Matris 3.1 Tompson və Striklandın nümunəvi matrisi



Yüklə 3,11 Mb.
səhifə38/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Matris 3.1
Tompson və Striklandın nümunəvi matrisi

Bazarın sürətli inkişafı





II kvadrat strategiya

1.Cəmlənmiş strategiyaya baxış


2.Üfüqi inteqrasiya və ya birləşmə
3.İxtisar
4.Ləğvetmə

I kvadrat strategiya

1.Cəmlənmə


2.Şaquli inteqrasiya
3.Mərkəzləşdirmə



Güclü tərəflər

Zəif tərəflər





Mövqe


Mövqe



III kvadrat strategiya



  1. Xərclərin azaldılması

  2. Şaxələnmə

  3. İxtisar

  4. Ləğvetmə



IV kvadrat strategiya



  1. Şaxələnmənin mərkəzləşdirilməsi

  2. Holding şaxələnməsi

  3. Yeni sahədə birgə müəssisə

Ali rəhbərliyin münasibətləri və maraqları şirkətin inkişaf strategiyasının seçilməsində çox böyük rol oynayır. Məsələn, elə hallar ola bilər ki, ali rəhbərlik əvvəllər qəbul etdiyi qərarlara yenidən baxmaq istəməsin,(hətta inkişaf üçün yeni imkanlar açılsa da). Rəhbərlik risk etməyi seçə də bilər, bəlkə, əksinə, hazırkı vasitə ilə riskdən qaçmağa çalışa da bilər. Bu müddətdə isə şirkətin biznesinin inkişaf strategiyasının seçimində həlledici seçim, məsələn, yeni strategiyaya əsaslanan seçimdə yeni məhsulun hazırlanması və yeni bazarın mənimsənilməsi ola bilər. Rəhbər tərəfindən şəxsi rəğbət və ya antirəğ­bət strategiya seçimində çox güclü təsir göstərə bilər. Məsələn, yalnız şəxsi haqq – hesab və ya nəyi isə sübut etmək üçün şaxələndirmə kursunu götürə və ya digər şirkətləri uda bilər.


Şirkətin maliyyə ehtiyatları, həmçinin, strategiya seçiminə əhəmiyyətli tə­sir göstərir. Şirkətin davranışında istənilən dəyişikliklər, məsələn, yeni bazara çı­xış kimi, yeni məhsulun hazırlanması və yeni sahəyə keçid kimi böyük ma­liy­yə xərcləri tələb edir. Ona görə də, böyük maliyyə ehtiyatlarına malik olan şirkət ya daha yaxşı vəziyyətdə yerləşən davranış strategiyasının seçilməsi za­ma­nı nailiy­yətlərə asanlıqla nail olmaq və seçim üçün daha yaxşı sayda variantları olan yeni strategiyalardan istifadə edilə bilər. Lakin yaddan çıxar­maq lazım de­yil ki, bazarda daha çox məhdud maliyyə imkanlarına malik olan şirkətlər də var.
Şirkətdə işçilərin peşəkarlığı da, maliyyə ehtiyatları kimi inkişaf strategiya­sının seçilməsində güclü məhdudlaşdırıcı amildir. İşçilərin peşəkarlıq im­kanlarının təsnifatı, genişləndirilmiş yeni istehsala keçid və ya mövcud is­tehsalı keyfiyyətli texnoloji cəhətdən yeniləşdirilməsi imkanlarını təmin edən mü­hüm şərtlərdən biridir. Peşəkarlıq imkanları haqqında kifayət qədər dəqiq mə­lumatı olmadan, şirkətin rəhbərliyi biznesin inkişaf strategiyasını düzgün seçə bilməz.
Əvvəlki inkişaf strategiyaları üzrə şirkətin öhdəlikləri inkişafda müəyyən ədalət yaradır. Əvvəlki bütün öhdəliklərdən yeni strategiyalara keçidlə əlaqədar tam imtina etmək olmaz. Ona görə də, yeni inkişaf strategiyalarının seçilməsində bir müddət yeni strategiyaların reallaşdırılması imkanlarına düzəliş edilənə kimi əvvəlki illərin öhdəliklərindən istifadə edilməsi faktını nəzərə almaq lazımdır. Bununla əlaqədar olaraq köhnə öhdəliklərin güclü mənfi təsirlərindən qaçmaq üçün yeni inkişaf strategiyalarının seçilməsi zamanı onları tam nəzərə almaq və yeni strategiyaların həyata keçirilməsi prosesində onların yerinə yetirilməsini təmin etmək lazımdır.
Xarici mühitdən asılılıq dərəcəsi şirkətin yeni inkişaf strategiyasının seçiminə təsir göstərir. Elə vəziyyətlər olur ki, şirkət təchizatçılardan və ya məhsul alıcılarından nə qədər asılıdırsa, öz imkanlarından tam istifadə etmək məcburiyyətindən çıxış edərək yeni inkişaf strategiyası seçımində bir o qədər azad deyil. Bir sıra hallarda xarici mühitdən asılılıq bütün digər amillərə nəzərən şirkətin inkişaf strategiyasının seçilməsində daha böyük rol oynaya bilər. Xarici mühitdən güclü asılılıq şirkətin davranışının hüquqi tənzimlənmə­sinə, həmçinin, sosial məhdudiyyətə, təbii mühitlə qarşılıqlı fəaliyyət şərtlərinə və s. səbəblər ola bilər.
Biznesin inkişaf strategiyasının seçiminin bütün hallarında vaxt amili mütləq nəzərə alınmalıdır. Bu onunla bağlıdır ki, şirkət üçün təhlükə və imkanlar, dəyişikliklərin planlaşdırılması müəyyən vaxt sərhədinə malikdir. Bu zaman yeni strategiyanın həyata keçirilməsinin konkret fəaliyyətini həyata keçirən davamlılıq mərhələsini və təqvim vaxtını nəzərə almaq çox vacibdir. Şirkət istənilən an və istənilən tarixdə yeni strategiyanı həyata keçirə bilməz, lakin bunu üçün yaranan imkanlar vaxtı və anında həyata keçirə bilər. Çox vaxt yeni strategiyanın həyata keçirilməsinin uğurlu olması və deməli, rəqabətdə uğura o şirkət nail olur ki, vaxtı nəzərə almağı yaxşı öyrənir və vaxt proseslə­rinin idarəedilməsini yaxşı bilir.
Biznesin inkişafı üçün seçilmiş strategiyanın qiymətləndirilməsi, əsasən strategiyanın həyata keçirilməsi imkanlarını müəyyənləşdirən əsas amillərin strategiya seçimində uçotunun adekvatlığı düzgünlüyünün təhlili şəklində həyata keçirilir. Seçilmiş strategiyanın qiymətləndirilməsi prosesi, nəticə etibarilə, biri - birinə tabedir. Seçilmiş strategiya şirkəti öz məqsədlərinə nail olmasına gətirib çıxara bilərmi? Sualına cavabın düzgünlüyü bu seçilmiş strategiyanın qiymətləndirilməsi üçün əsas meyardır. Əgər strategiya şirkətin məqsədlərinə uyğundursa, onda onun gələcək qiymətləndirilməsi aşağıdakı istiqamətlər üzrə aparılmalıdır.
Mühitin tələblərinə və vəziyyətinə uyğun olan yeni strategiyanın seçilməsi şirkətin innovativliyindən çox asılıdır. Strategiya ətraf mühitin əsas subyektlərinin tələbləri ilə nə qədər bağlı olduğu, məhsulun həyat tsiklinin inkişaf dinamikası və bazar dinamikası amilləri hansı dərəcədə nəzərə alındığı, həyata keçirilən yeni strategiya bazarda yeni rəqabət üstünlüyünün yaranmasına gətirib çıxartdığını və s. yoxlayır.
Şirkətin imkanları və potensialına uyğun yeni strategiyanın seçilməsi vacibliyi onunla bağlı olur ki, bu halda seçilmiş strategiyanın digər strategiyalar ilə nə qədər bağlı olduğu yeni strategiyanın heyətin imkanlarına uyğunluğu, mövcud struktur strategiyanın uğurlu həyata keçirilməsinə imkan verdiyini, təsbit olunmuş zamanda həyata keçirilmiş strategiyanın proqramı təsdiq olunduğu və s. qiymətləndirilsin.
Biznesin inkişafında yeni strategiyaya xas olan riskin məqbulu mövcud riskin qiymətləndirilməsi üç istiqamət üzrə həyata keçirilir:
1. Yeni strategiyanın seçimində əsas şərtlər reallığa əsaslanır;
2. Şirkət üçün bazarda hansı mənfi nəticələr yeni strategiyanın iflasına gətirə bilər;
3. Riskin mümkün məqbul nəticəsi yeni strategiyanın həyata keçirilməsində uğursuzluqdan asılı olan itkilərin düzgün hesablanması.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin