A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Biznesin inkişaf strategiyasını formalaşdıran amillərə isə daxildir



Yüklə 3,11 Mb.
səhifə40/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   36   37   38   39   40   41   42   43   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Biznesin inkişaf strategiyasını formalaşdıran amillərə isə daxildir:
- Sosial, siyasi, hüquqi normativlər;
- Sahənin cəlbediciliyi və rəqabətə şərait;
- Bazar imkanları və təhlükələr;
- Şirkətin güclü və zəif tərəfləri, onun rəqabət imkanları;
- Şəxsi ambisiyalar, biznes mədəniyyəti, biznes fəlsəfəsi;
- Strategiya seçiminə təsir dəyərlərinin və mədəniyyət səviyyəsi;
- Korporativ strategiyanın difersifikasiyası və daristiqamətli formalaşdırılması;
- Strategiyanın (əsas səlahiyyət qazandığı, təşəbbüskar) hazırlanması üsulları.
Strateji idarəetmə prosesi şirkətin korporativ strategiyasına əsaslanan çoxşaxəli və daristiqamətli istiqamətlər üzrə şaxələndirmə məsələləri müəyyən sahələr və şirkətlərin xidmət sahələri bazasında artım imkanlarının, onun rəqabət mövqeləri həll olunur. Strateji idarəetmə çərçivəsində biznes-sistemlərini müasir xidmət sahələrinə əsaslanan 3 (üç) prioritet istiqamətə ayırmaq olar:
- Nomenklaturasının genişləndirilməsinin xidmət tələblərinə uyğun formalaşdırılması, təşkilati dəyişikliklər, istehlakçıların, brend - biznes prosesləri və idarəetmə mədəniyyəti;
- Sahibkarlıq fəaliyyəti sahəsinin genişlənməsinə imkan yaradan yeni tərəfdaşların axtarışı;
- Fəaliyyətdə olan müəssisələrin modernləşdirilməsi və genişləndirilməsi.
İslahat, təşkilati idarəetmə strukturunun xidmət sahəsində sahibkarlıq strukturlarının inkişafının mühüm elementlərindən biri sayılır. Strateji planlaşdırma metodologiyası aşağıdakı məhdudiyyətlərin nəzərdə tutur:
- böhranlı vəziyyətin olması;
- korporativ mədəniyyətin səviyyəsi;
- xarici mühitin qeyri-sabitliyi;
- müəssisənin ölçüləri.
Bu zaman nəzərə almaq lazımdır kı, gəlir nə qədər yüksək olarsa, xarici mühitin qeyri-sabitlik halında böyüklüyü daha az etibarlı strateji planlaşdırma mexanizmi deyil.
Strateji planlaşdırma (üçlüyü) prosesinin müəyyən mərhələlərinin strateji planlaşdırma prosesinin strukturunu təşkil edən strateji problemlərinin ardıcıl həll olunması şəklində təqdim edilməsi mərhələsidir.
Biznesin strateji cəhətdən mühim fəaliyyət sahəsi şirkətlər tərəfindən dərk edilir ki, onun fəaliyyət sahəsində də, infrastruktur və digər bazarlardan asılı olmayaraq ona dair planlaşdırılması və bunu idarə edənin müəyyənləşdirilməsidir. Hər bir strateji sahənin müstəqil məqsədi olmalıdır, bazarın və istehlakçıların tələblərinə cavab verən, müəyyən şirkətlər­lə münasibətdə olmağa, müasir xarici bazara istiqamətlənməlidir. Digər tərəf­dən, strateji sahə müstəqil olmalıdır və müstəqil idarə olunan sahə öz strateji rəqabət üstünlüklərinin çərçivəsində məqsədə çatmaq, bacardıqca uzun müddət ərzində mövqeyi sabit saxlamaq kifayətdir.
Strateji planlaşdırma prosesi əsasında, ayrı - ayrı təsərrüfat sahələrinin təhlili problemlərinin üzə çıxarılması yalnız bu sahələri əhatə etməlidir, şirkətin problemlərini bütövlükdə toxunmadan təqdim etdikdə onun aşağıdakı istiqamətlərini qeyd etmək olar:
- müəyyən sahənin tənzimlənməsi normaları;
- xarici mühitin təhlili;
- bazarın təhlili xidmətləri;
- rəqibləri ilə müqayisə.
Təhlilin nəticəsinə əsasən şirkətin məqsəd və vəzifələri müəyyənləş­dirilir, uzunmüddətli məqsədli strateji struktur qurğusu təsdiqlənir, ümumi şirkət strategiyasının müəyyən zaman kəsiyində məhz onun üçün hazırlanır. Bu strateji planlaşdırma fəaliyyətinin ayrı - ayrı növlərinin səviyyəsində həyata keçirilir, və strategiyası ümumi şirkət baxımından nəzərdə tutulmuş ehtiyatlara arxalanmalıdır. Funksional strategiya bütün səviyyələrdə hazırlanır ki, məqsədli layihələri və onların həyata keçirilməsi proqramı formalaşdırılsın. Xidmət sahəsində kiçik və orta bizneslə məşğul olan şirkətlər üçün marketinq strategiyası xidmət bazarları üçün xüsusilə vacibdir, çünki onlar şirkət üçün deyil, bütövlükdə funksional strategiya kimi maraq doğurur, həm də onun təsərrüfat sahələri üçündür. Son mərhələdə hazırlanmış strategiya reallığa uyğun olaraq əsaslandırılır.
Biznesin inkişaf strategiyasının məqsəd uzunmüddətli maliyyə planlarının hazırlanmasına və təhlili yoluna aydınlıq gətirməkdir. Şirkətin təsərrüfat fəaliyyəti sahəsi üzrə bir və bir neçə müxtəlif strateji planları olmalıdır. Şirkətə aid olan bir təsərrüfat sahəsi və vahid funksional təşkilati kiçik və orta sahibkarlıq ilə məşğul olan şirkətlərin olduqca çox az sayda ümumi planları olur və plan üzrə yalnız bunlar ən mühim funksiyaların yerinə yetrilməsi üçün tələb olunur.
Strateji və əməliyyat planlarının hazırlanmasında, idarəetmə sistemi və şirkətin bölmələri arasında əlaqələndirici kimi, strateji nəzarət və perspektivli idarəetmə qərarlarının qəbul edilməsi xüsusi istiqamət kimi çıxış edir. Kiçik və orta sahibkarlığın hər bir şirkəti uzaqda deyil, öz xidmət sahəsində biznesinin inkişaf strategiyasını hazırlayır və həyata keçirməyə çalışır. Əgər strateji menecmenti səmərəli işlədirsə yalnız bundan sonra strateji qərarlar qəbul etməyə imkan verən şərait yarana bilər. Əgər şirkət ehtiyatlarının ona imkan verən fəal iqtisadi fəaliyyətinə təsir edən xarici mühit varsa, onda inkişaf məqsədlərinin həyata keçrilməsi üçün şəraitdən istifadə strategiyası olmalıdır. Lakin təşkilati strukturun inkişafı, idarəetmə sahəsində ixtisaslara uyğun strateji idarəsində formalaşmasını şərtləndirir.
Biznesin inkişaf strategiyasının qəbul səviyyəsi strateji qərarların ümumi kapitalın payı, bu da sahiblərinin maraqları bir-biri ilə əlaqələndirilməsini nəzərdə tutur ki, bu da bütövlükdə sosial - iqtisadi sistem kimi qərarların hazırlanması zamanı şirkət üçün müəyyən çətinliklər yaradır. Bu, vahid bir bütöv kimi, biznes-təhsilinin inkişafına xidmət etmir, çünki qərarların müəyyən hissəsinin maraqlarını güdənlər tez-tez qərar qəbul edir və bunlar sonradan bütöv biznesin inkişaf strategiyasının hazırlanması və əlaqələndirilməsi funksiyasına birləşir. Bu ziddiyyətli idarəetmə şirkətin təşkilati strukturunun təkmilləşdirilməsi vasitəsilə ləğv edilə bilər. Təşkilati dəyişikliklər qarşıya qoyulan məqsədlərə çatmaq üçün məsuliyyət, biznesin inkişaf strategiyası və onun həyata keçirilməsi məsələləri möhkəmləndirilir ki, arxasınca peşəkar menecerlərin formalaşmasına kömək edən şərait yaransın.
Biznesin inkişaf strategiyasının formalaşdırılması üçün şirkət, əsasən xarici mühitə menecerlərin baxışlarından asılıdır. Bu məsələyə daha çox, səmərəli strateji modelinin formalaşması təsir göstərir:
- Təfəkkürün ənənəvi xarakterli qorunması;
- İnam əsasında dəqiq qiymətləndirmə, xərclər və mənfəətlər ilə məqsədlərinə nail olmaq;
- Şirkətlərin tam nəzarət sisteminə və xarici mühitə etibarın olması;
- Şirkətin sabitliyinə etibarlı inam;
- İnkişaf prosesində yalnız bir məqsədlə həyata keçirilməsinin zəruriliyinə əminlik.
Menecerlər üçün metodoloji bilik, bu sahədə anlayışların əsaslarını, strateji fikirlərin müvafiq məqsədləri strateji təfəkkürün formalaşması və inkişafı mütləq lazımdır. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin uğuru bir çox hallarda sahibkarın şəxsi xarakterindən, menecerlərin şəxsi yanaşmasından, biznesin səmərəliliyinin qiymətləndirilməsindən asılıdır. Qərarın qəbul edilməsi üçün cavabdeh olan şəxslərin, keyfiyyətləri subyektiv amillərin təsirinə məruz qaldığından, həm səmərəli, həm də düzgün ardıcıllıqla qəbul edilməlidir. Biznesin inkişaf strategiyasını hazırlayanlar qərarlarında anlaşıl­maz­lıq, bilik və təcrübəsinin məhdudluğu, xarici vəziyyətin tam anlaşılmaması üzündən həmin vaxt məhdudiyyətlər olur ki, buna görə də dürüst ifadəetmə strategiyası mürəkkəb prosesə çevrilir. Belə amillərin təsiri altında həm təşkilati mədəniyyət, strateji siyasət, informasiya çatışmazlığı, fərdi təqdimat və səlahiyyət çərçivəsini ötüb keçir. Menecer cavabdeh şəxs olmaqla, biznesin inkişaf strategiyasını seçməli və onun hərtərəfli qiymətləndirilməsini aparmalıdır:
- Rəqiblərin təhlili və mümkün reaksiyalar;
- Riskin qiymətləndirilməsi;
- İnkişaf imkanlarının səmərəliliyinin tədqiqi;
- Təşkilati strategiyaların, şirkətlər və xarici ətrafla inkişaf strategiyasının razılaşdırılması;
- Strategiyanın reallaşdırılması imkanlarının qiymətləndirilməsi.
Bununla yanaşı, iş adamının məqsədlərinin çoxluğunu etiraf etmək lazım gəlir. Şirkətin biznesinin inkişafı məqsədinə əsasən, təsərrüfat fəaliyyəti heyyətin xarakterindən asılıdır, maksimum götürülmüş əsas məqsədləri təmin etmək üçün, mənfəət əsasında digər məqsədlərə nail olmaq və onu təmin edə bilən zəmini hazırlamaq lazımdır. Bunun üçün lazımı heyyətin cəlb edilməsi vacibdir (lakin biznes-təhsilinin inkişaf proseslərinin müzakirəsi üçün deyil).
Xidmət bazarında deyil, həm də bir sıra müxtəlif hərəkətləri rəqiblərini neytrallaşdıra biləcək planlarının yerli şəraitə uyğun vəziyyəti göstərən ümumi strateji planı olmalıdır ki, intensiv rəqabət kiçik və orta biznes müəssisələri ilə münasibətdə aydın olsun. Biznesin inkişaf strategiyasının hazırlanması keyfiyyətini əvvəlcədən nəzərdə tutulmuş ərazinin relyefini göstərən modifikasiyalı sayına əsasən qiymətləndirilməlidir. Bütün inkişaf strategiyası və ərazinin relyefini göstərən planlar və konkret tədbirlər bu biznesin inkişafının müjdəçisidir.
Rəqabət mühitində biznesin inkişaf strategiyası davamlı olmalıdır və bu rəqiblərə qarşı mübarizə mümkünlüyü nəzərə alınmaqla işlənməlidir. Biznesin inkişaf strategiyasını menecer yoxlamalıdır, daxilən razılaşdırılmış strateji plana uyğun ayrı-ayrı tədbirlərə əsaslanaraq il ərzində inkişaf strategiyası xarici mühitə və təhlükəyə qarşı onun potensial dözümlülük imkanlarına əmin olduqdan sonra, demək olar ki, biznesin bu inkişaf strategiyası şirkətin ümumi məqsədlərinə uyğundur. Beləliklə, tərkib hissəsi olaraq, strateji idarəetmə, strateji planlaşdırma şirkətin inkişafının əsas istiqamətlərini müəyyən edir və onun məqsədi perspektivdə potensialın təmin olunmasında uğurlu fəaliyyəti biznes-təhsilindən ibarətdir.
Bu mənada güzəştə vəhdəti kimi baxmaq olar, formal, qeyri-formal isə plan­laş­dırıl­mış və xidmət sahəsində biznes proseslərinin yenidən yaranan rəqabət mü­hitində dəyişikliklərlə bağlı yeni strategiyası daim yenidən qiymətləndiril­mə­lidir ki, onun mühitə uyğunlaşması məqsədilə həyata keçirilməsi zamanı strateji idarəetmə mümkün olsun (cədvəl 3.1).



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin