A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Biznesin inkişaf strategiyası zamanı şirkətlərin strateji iyerarxiyasının nəzəri əsaslarının təhlili



Yüklə 3,11 Mb.
səhifə43/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Biznesin inkişaf strategiyası zamanı şirkətlərin strateji iyerarxiyasının nəzəri əsaslarının təhlili


4.1. İyerarxik strategiyanın strukturunun nəzəri əsasları

Biznesin inkişaf strategiyası ümumilikdə, şirkətin funksional fəaliyyətinə onun şöbələrinə həm də ayrı - ayrı strukturlarının daimi fəailiyyəti üçün lazımdır. Ən ümumi halda şaxələndirilmiş korporasiya üçün dörd müxtəlif təşkilati sə­viy­yələrdə strategiya hazırlanır və bu aşağıdakı sxemdə öz əksini tapmışdır (sxem 4.1).




Sxem 4.1
Biznesin inkişaf strategiyasının iyerarxik strukturu


Korporativ inkişaf strategiyası






İşgüzar strategiya





Marketinq

İstehsal

Heyətin idarə olunması



Biznesin inkişaf strategiyasının təşkili

Elmi texniki inkişaf

İnformasiya sistemləri

Maliyyə

Biznesin bir növü ilə məşğul olan geniş şaxələnməmiş şirkətlərin korporativ və biznesin inkişaf strategiyaları üst-üstə düşür, çünki onların strategiyaları bir fəaliyyət növü üçün hazırlanır. Korporativ strateji - plan təşkilati iyerarxiyanın müvafiq strategiyaların qonşu səviyyələri arasında iki tərəfli təsiri olur. Aşağı səviyyə üçün hazırlanmış strategiya, yüksək səviyyədə inkişaf strategiyasının tərkib hissəsidir. Hər səviyyədə hədəfə uyğun, biznesin inkişaf strategiyaları olmalıdır və onlar arasında razılaşdırılmış missiya olmalıdır. Bu vəziyyətdə hər səviyyədə əlaqələr arasında razılaşdırılmış missiya və biznesin inkişafında hədəflərə çatmaq strategiyaları olmalıdır (sxem.4.1).


Korporasiyanın liderləri arasında müxtəlif səviyyələrdə strategiyaların inkişafı üçün məsuliyyət ayrılmasıda bu qrafikdə göstərilmişdir. Korporativ strategiyanın əsas məqsədi, inkişaf yolunu müəyyən etmək, digər inkişafın fərqli yollarını təhlil etmək, mövcud ehtiyyatları müəyyən etmək, bacarıqları təhlil etmək, şirkətin tələblərini və ətraf mühitin məhdudiyyətlərini müəyyən edilməsi vacib məsələlərdəndir. Biznesin inkişafı üçün korporativ strategiyanın formalaşması və inkişaf üçün prosedur planda, adətən, aşağıdakı əsas məsələlər əks olunur:
- fəaliyyət üçün sənaye və funksional sahələrin seçimi;
- məhsulların növlərinin təsviri ;
- istifadə üçün nəzərdə tutulan texnologiyaların siyahısı azad iddialara əsaslanmalı;
- ehtiyyatların növlərinin müxtəlifliyi və onların əldə olunması mənbələri.
Biznesin inkişaf strategiyası, uzunmüddətli rəqabət üstünlükləri olan, ayrı - ayrı strateji biznes vahidlərini təmin etmək üçün bir üsuldur. Funksional strategiyaları korporativ və biznes strategiyaları əsasında funksional şöbələri yalnız şirkətin inkişafına xidmət edir.
Funksional strategiyalara daxildir:
- marketinq;
- maliyyə və digərləri.
Funksional strategiyaların əsas məqsədi, ehtiyyatların ayrılması fərdi şöbə, yaxud xidmət sahələrinin və biznes, korporativ strategiyanın funksional ədədi səmərəliliyə töhfəni müəyyən edir. Biznesin inkişafında funksional strategiya konsepsiyası xüsusi əhəmiyyət kəsb edir, çünki inzibati səviyyə aşağı düşüncə strateji nüfuzu əks etdirir və tamamilə yeni formalaşmaya yardım edir və biznesdə rəqabətin sərt olduğu bir şəraitində yeni yanaşmalara şərait yaradır. Biznesin inkişaf strategiyasının səmərəliliyi, əsasən funksional strategiyaların səmərəliliyindən asılıdır. İsveçrəli konsaltinq üzrə mütəxəssis Benqt Karlof təs­diq­ləyir ki, funksional strategiyaların müstəqil formalaşması istifadə olunmamış ehtiyyatların səmərəliliyindən asılıdır. Funksional strategiyalara lazımı diqqətin artırılması daha səmərəli bir ortağa səbəb olan funksional bölmənin qatqısını, miqyasını və bölmənin maliyyə xərcləri ilə də təsir edə bilər.
Biznesin inkişafında, strategiya əməliyyatı - bu fərdi əməliyyat və ya coğrafi bölmənin strateji qərar qəbuletmə vəzifələrinin bir səviyyəsidir (cədvəl 4.1).

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin