Sxem 4.2 Şirkətin biznesinin inkişaf strategiyasının idarə olunmasına marketinqin daxil edilməsi Strateji idarəetmə
Əks-əlaqə
Əks-
əlaqə
Məhsulların satışı
Məhsulların hazırlanması
Bir tərəfdən marketinqin inkişafı digər proseslərlə yanaşı biznesin inkişaf strategiyasının idarə olunmasında keçid imkanları yaradır. Marketinq biznesin inkişaf strategiyasının idarə olunmasının əsaslarından biri sayılır. Eyni zamanda, biznesin inkişaf strategiyasının idarə olnmasına keçid marketinqin inkişafı üçün güclü təkan verir və şirkətdə onun rolunu dəyişdirir.
Məhz marketinq, biznesin inkişaf strategiyasının idarə olunmasını ön plana çəkir və onun əhəmiyyətini daha da artırır. Bu baxımdan, biznesin inkişafının həyata keçirilməsində onun rolunu keyfiyyətcə dəyişdirir.
Bu istiqamətdə bütün yuxarda deyilənləri yekunlaşdırsaq aşağıdakı nəticələrə gəlmək olar:
1. Məhsul şirkətin strategiyasında mühüm rol oynayır. Məhsulu yaratmaq və bazarda reallaşdırmaqla şirkət aydınlaşdırmalıdır ki, məhsulu alıcı necə qarşılayır.
Məhsul özündə mürəkkəb vəziyyəti daşıyır, belə ki, o alıcının məhsul seçimində həlledici rol oynayan bir neçə hissədən ibarətdir. Məhsulun əsas tərkib hissələri bunlardır:
funksional istehlak xassələri;
markanın imici və etiketi;
qablaşdırma;
zəmanət.
Məhsul daim dəyişməkdə olan canlı varlıq kimi yaranma, inkişafı, yetkinlik və yavaş - yavaş məhv olma mərhələsindən keçir.
2. Şirkətin biznesinin inkişafına əsaslanan, rəqabət strategiyası rəqabətli gücü və rəqabət mühitində tutduğu mövqe vəziyyətinə əsasən qurulur. Hər birinin öz strategiya və taktikası olan dörd rəqabətli mövqe mövcuddur.
3. Şirkətin istehsal etdiyi məhsulların struktur təhlili ayrı - ayrı məhsullara uyğun, biznesin inkişaf strategiyasının müəyyənləşdirilməsi üçün çox böyük əhəmiyyətə malikdir. Şirkətin məhsullar portfelinin aparılan təhlili metodlarından biri Boston məsləhət qrupu tərəfindən hazırlanmış "Artım - bazar payı" matrisidır. Bu matrisin köməyi ilə portfelin təhlili məhsula münasibətdə hansı uzunmüddətli strategiyanın qəbul edilməsi barədə nəticə çıxarmağa imkanı verir. Həmçinin məhsul portfelinin təhlili üçün Makkinzi məsləhət firması tərəfindən hazırlanmış "Sahənin cəlbediciliyi - rəqabət mövqeyi" matrisindən istifadə oluna bilər.
4. Marketinq biznesin inkişaf strategiyasının idarə olunmasının inkişafı ilə çox sıx bağlıdır, biznesin inkişaf strategiyalarının reallaşdırılması vasitəsi kimi çıxış edir, belə ki, şirkətin inkişaf strategiyalarının hazırlanması prosesini informasiyalarla, xüsusilə də, şirkətin məhsul strategiyasının hazırlanmasını təmin edən vasitələrdən biridir.