Rəqib qüvvələr: Ən ümumi şəkildə rəqib firmalar bazarda hər bir subyekt fəaliyyəti sayılır, bu isə öz əməlləri ilə ona satılan məhsulun gəlirini, ümumiyyətlə, azalda bilər. Firma məhsul istehsal edir, onu reallaşdırmaq və gəlir əldə etmək, mövcudluğunun təmin edilməsində istifadə edə bilmək üçün: əgər gəlir - kifayət qədər böyükdürsə, onda firmanın işi yaxşı gedir. Amma, əgər o gəlir kifayət qədər deyilsə, deməli, kimsə üçün nəzərdə tutulan puldan, firma məhrum edilib. Bu kimsə - rəqib firmalardır.
Məhsulun rəqabət mühitini formalaşdıran və onun rəqabət imkanlarını artıran qüvvələr beş qrupa parçalanır. Daha sonra rəqabət mühitinin təhlili M. Porterin (Porter, 1980) rəqabət strategiyasının konsepsiyasına uyğun olaraq ifadə olunur:
1. Birinci qrupu analoji məhsul istehsalçıların rəqabət qüvvələri təşkil edir. Yəni, birinci qrupda daxili rəqabət, bazar sistemlərinin ənənəvi baxışı zamanı çıxış edən sinonimlə təqdim olunub.
2. İkinci qrupda tədarükçülər xammalı, materialları, komplektləşdirici məmulatları və yarımfabrikatları formalaşdırır. Bu qrupun təsir gücü firmalarda rəqabət potensiallı nümayəndələri öz müştəri qismində saxlamaq bacarığından ibarətdir. Bu, ilk növbədə, özünü məhsulun maya dəyəri və keyfiyyətinə mühüm təsir göstərir.
3. Üçüncü qrupa məhsul alıcıları daxildir. Onların rəqabət gücün onun azaldılması istiqamətində, həmçinin məhsulun qiymətinə təsir etmək üçün məhsulun istehlak keyfiyyətlərinin müəyyən olmasını tələb etmək qabiliyyəti var.
4. Dördüncü qrup istehsalçıların analoji məhsullarının potensial ibarətdir. Onların rəqabət qüvvəsi, qoşulma imkanları və istehlakçı potensialı, həmçinin öz məhsullarını artırmaq imkanları var.
5. Nəhayət, beşinci qrupu əvəzedici məhsulların istehsalçıları təşkil edir. Belə vəziyyət tez - tez müşahidə edilir ki, məhz bu qrupda rəqabət gücü dağıdıcı,hətta məhsulu üçün məhvedicidir.
Rəqib təhlilinə yanaşma: Strategiyanın hazırlanmasında məhsulun rəqabət mühitinin vəziyyətini öyrənməklə, firma strukturunu deyil, eyni zamanda rəqabət qüvvələrinin dəyişmə dinamikasını təhlil etməlidir, həm də ayrı - ayrı rəqib olan məhsul strategiyasını təqdim etmək kifayətdir. Bu zaman bir faktı nəzərə almaq mütləqdir ki, firma özü, həm də onun rəqibləri daim dəyişən, rəqabət mühitində,ayrı-ayrı subyektlərinin davranış strategiyasında dəyişiklik ola bilər, yeni rəqiblər peyda ola bilər, ayrı - ayrı əleyhdarları ilə rəqabət meydanı və s. ola bilər.
Rəqib təhlilinə yanaşma aşağıdakı sxemdə ümumi şəkildə təqdim olunub (sxem 6.2).