Biznes təcrübəsində: Rusiyada müasir şəraitdə bir çox aviaşirkətlərin hava daşımaları həyata keçirərək, rəqabət mühitində biznes fəaliyyəti göstərirlər. Ən iri aviaşirkətləri, belə ki, “Aeroflot”, “Transaero” və hətta daşımaların lideri, kifayət qədər az diqqət mərkəzində olan "Vnukova” hava yolları şirkəti təyyarə xəttlərində rusiyadaxili üçün yerli uçuşlar həyata keçirir. Bunun əsas səbəbi o idi ki, rəqabət mübarizəsində və əlverişli beynəlxalq reyslər Rusiya ilə dünyanın böyük şəhərlərini birləşdirən paytaxtlara reysləri əldə etsinlər. İri aviaşirkətlər hava sərnişin daşınmasını həyata keçirirlərsə deməli bu marşrut üzrə uçuşlar uğrunda mübarizə aparmaq lazım gələcək. Rəqabətə davam gətirməyən yerli aviaşirkət hesab edilən “İst layn” iflas həddində olduğu üçün, onun rəhbərliyi elan edib ki, o, Rusiyada bir neçə marşrut üzrə sərnişin daşınmasını dayandırmaq niyyətindədir. Daha çox dövlət tərəfindən dəsdəklənən "Aeroflot" şirkəti isə gələcəkdə ölkə daxilində 20-dən çox istiqamətdə marşrutlar açmaq istiqamətində təşkilati işlər apardığını bəyan edib.
Bu beş üsullardan birinin istənilən halda rəqabət mübarizəsini aparmaq üçün aşağıdakı vasitələrdən istifadə edilə bilər:
• Məhsula qiymətinin müəyyən hücum edilən məhsulun daha aşağı qiymətlərlə müqayisədə;
• Yeni tələbatın yaranması və yeni məhsulun bazara çıxarılması;
• Müştərilərə xidmətin yaxşılaşdırılması, xüsusilə malların gətirilməsi və nəql sisteminin;
• Satış və paylama sistemlərinin yaxşılaşdırılması və genişləndirilməsi;
• Məhsulun irəlilədilməsi və sistemlərin reklamın gücləndirilməsi və yaxşılaşdırılması.
Davamçısı: Rəqabət davranışı strategiyasının ardıcılı ondan ibarətdir ki, o, liderə hücum etməyə can atmır, lakin bazar payını dəqiq qoruyur. Davamçısı müştəriləri saxlamağa çalışır, yeni yaranan bazarları üçün öz payının alınması adından da imtina etmir. Belə firmaların biznesinin aparılmasının mühüm cəhəti odur ki, o, kifayət qədər yüksək öz bazar strategiyası və mənfəəti üzərində diqqəti cəmləşdirir. Onu bu xətdən kənara intensiv rəqabət mübarizəsi aparır.
Firmanın rəqabət strategiyası bazarda öz lazımı yerini bilən, axtarışı və həmin yerlərin bazarda ələ keçirilməsi, hansı ki, maraq doğurmur və ya müvəqqəti olaraq rəqibləri çox güclü məşğul etmir. Bu boş taxçalarda bazar biznesini uğurla aparmaq üçün, firma bazarda çox ciddi ixtisaslaşma aparmalıdır, öz sahəsini çox diqqətlə öyrənməyə və inkişaf etməyə, yalnız güclü və nüfuzlu rəhbəri olmaq həddində artım tempinin dəqiq tarixi sınaqlarından çıxmış olmalıdır.